Səfir Hulusi Kılıc: "Xocalı
qətliamı dünyada
törədilmiş ən
dəhşətli faciələrdən
biridir"
Türkiyənin Azərbaycandakı
səfirliyində TRT telekanalının
Bakı təmsilçiliyinin
Xocalı faciəsinin
19-cu ildönümü ilə
əlaqədar çəkdiyi
"Duyun artıq"
sənədli filminin təqdimatı keçirilib.
APA-nın məlumatına
görə, filmin quruluşçu rejissoru Nailə Əkbərova, quruluşçu operatoru Vüqar İbadov, rejissor assistenti Aybəniz Rəfiyevadır.
Təqdimat mərasimində
çıxış edən TRT-nin Bakı təmsilçiliyinin
rəhbəri Yüksel Dəyərcan bildirib ki, 1992-ci ildə
fevralın 25-dən 26-na keçən gecə törədilən
bu faciəyə TRT "Duyun artıq" deyir: "Erməni
vəhşiliklərini bütün dünyaya
çatdırmaq hər birimizin borcudur. Biz bu cür münasibətə
yetər deyirik. Bu gün sizlərə təqdim etdiyimiz bu film
TRT ekranlarında nümayiş etdirilib. Film vasitəsi ilə
çox məqamları aşkara çıxarmaq və
tamaşaçılarımıza çatdırmaq istəmişik".
Türkiyənin Azərbaycandakı
səfiri Hulusi Kılıc bildirib ki, bu film vasitəsi ilə
türk dünyası və dünya ictimaiyyəti bir daha
Xocalı qətliamını izləyib. Səfir bu günə
qədər susmağın kifayət olduğunu qeyd edib:
"Biz artıq barış, əmin-amanlıq istəyirik. Biz
bütün bunlara yetər deyirik. Bu ədalətsizliyə,
haqsızlığa son qoyulmalıdır. Xocalı qətliamı
dünyada törədilmiş ən dəhşətli faciələrdən
biridir".
Tədbirdə millət
vəkilləri Gülər Əhmədova, Məlahət
İbrahimqızı və başqaları da
çıxış edərək öz fikirlərini
bölüşüblər. Çıxışlardan sonra 30
dəqiqəlik film nümayiş etdirilib. Filmdə Xocalı
faciəsinin şahidləri, millət vəkilləri,
tarixçilər danışdırılıb. Eyni zamanda
filmdə Xocalı faciəsindən görüntülər də
yer alıb. Filmin rejissoru Nailə Əkbərova deyib ki, ekran əsərinin
çəkilişi bir həftə davam edib.
Ədalət.- 2011.- 23 fevral.- S. 7.