ERMƏNİLƏRİN SUMQAYITDA TÖRƏTDİKLƏRİ ERMƏNİ SOYQIRIMI

 

Erməni terrorist təşkilatlarının təşkil edib törətdikləri Sumqayıt terroru ermənilərin özlərinin özlərini soyqırıma düçar etdikləri tarixi hadisə idi.

Erməni terrorist təşkilatlarının törətdikləri Sumqayıt terroru Sumqayıt hadisələri kimi yanlış adla tarixə düşüb.

Erməni terroristlərinin törətdikləri Sumqayıt soyqırımı Azərbaycanın mərhələli məhvinə hesablanmış terror hadisəsi idi.

 

ERMƏNİLƏRİN AZƏRBAYCANI MƏRHƏLƏ - MƏRHƏLƏ MƏHVETMƏ PLANI

 

Bəri başdan deyim ki, erməni terrorizminin törətdiyi Sumqayıt terror aktı onların Azərbaycanı məhv edib Ermənistana çevirmək planının başlanğıc mərhələsi kimi həyata keçirilən terror aktı idi. Ermənilərin Azərbaycanı məhvetmə planı ötən yüzillərdə baş verən Rusiya-İran, Rusiya-Türkiyə müharibələrində ermənilərin məskunlaşması üçün Azərbaycan torpaqlarına köçürüldükləri dövrlərdən başlayıb bu günə qədər davam və inkişaf etdirilən plandır.

26-29 fevral 1988- ci ildə baş verən erməni terrorizminin törətdiyi Sumqayıt terror aktı onların "Azərbaycanı mərhələ-mərhələ məhv edib Ermənistana çevirmək planı"na uyğun iki yüz ilə yaxın bir müddətdə həyata keçirdikləri qanlı çinayətlərin davamı idi.

Tarixən cinayətlərini başqalarının üstünə atmaqda çoxsaylı təcrübələr qazanan erməni terrorist təşkilatları Sumqayıtda törətdikləri erməni və azərbaycanlıların ölümü ilə nəticələnən terror aktını da azərbaycanlıların üstünə atmağa çoxsaylı cəhdlər göstərdilər. Lakin, bu cəhdlər, tam şəkildə, istədikləri kimi alınmadı.

Millət vəkili kimi İsveçrədə olarkən dörd nümayəndədən ibarət erməni deputatları ilə söhbət zamanı bir vaxtlar Azərbaycana qarşı Zori Balayanın apardığı çirkin təbliğatdan söhbət saldıqda onların dördü də bir ağızdan dedi:

 

- Gto proydennıy etap.

Etap - mərhələ sözü ermənilərin "Azərbaycanı mərhələ-mərhələ məhv edib Ermənistana çevirmək planı"na uyğun həyata keçirdikləri Sumqayıt terrorunun mənə bəlli olan məqamları haqqında söhbət açmağıma səbəb oldu.

 

QƏDDAR ERMƏNİSTANLA YUXULU AZƏRBACAN

 

Azərbaycanlıların ermənilərə sədaqətindən, dostluğundan epopeyalar yaradılmış, dastanlar qoşulmuş, mahnılar bəstələnmişdi. Sovetizmin turk xalqlarının ruslaşdırılıb yox edilməsi ideologiyası Azərbaycanda dövlət səviyyəsində həyata keçirilir, hətta dövlət tribunalarından azərbaycanlı qızların ruslara ərə verilməsi kimi fikirlər səsləndirilirdi. Bakı ruslaşdırılmış, rus dili, rus əlifbası hökmran mövqeyə qaldırılmışdı... Mövqeləri rus mövqeləri ilə eyniləşən erməilər Bakıda xüsusi çəkiyə malik idilər. Pul gətirən bütün sahələri, birinci növbədə ticarəti ələ keçirmişdilər. Vəzifə tutmağa çalışan azərbaycanlı kişilərin rus, erməni qadınları ilə evlənmələri xobbiyə çevrilmişdi.

Azərbaycanda tutduqları yüksək mövqelər, qazandıqları var-dövlət harınlaşan erməniləri elə həddə çatdırmışdı ki, onlar Azərbaycanı özlərinki hesab edirdilər.

Ermənistanda azərbaycanlılara nifrət, kin, Azərbaycanda ermənilərə məhəbbət, hörmət hissləri aşılanırdı.

Bunun əksinə, erməni terrorizminin ocağına çevrilən Ermənistanda azərbaycanlılara olan münasibət təhlükəli axara yönəldilmişdi. Altımışıncı illərdə türklərin, azərbaycanlıların qətliamçısı Andranikə heykəl qoyulmuş, uydurma "soyqırım" kompleks abidəsi ucaldılmışdı. Azərbaycanlılara qarşı erməni terroristlərinin təbirincə desək "medlennıy kenosid" siyasəti həyata keçirilirdi. Bu siyasət səksəninci illərin ikinci yarısında ermənilərin sovet hakimiyyətinin başında hakim mövqeyə gəlmələri ilə daha qabarıq həddə çatmışdı. Sov.İKP MK-də Şahnazaryan-Qorbaçov idarəçiliyi dövründə erməni terrorist təşkilatları "Azərbaycanın məhv etdirilib Ermənistana çevrilməsi"nin yeni mərhələlərini işləyib hazırladılar.

Dilini, dinini, əlifbasını, iqtisadiyyatını, rəhbərini, tarixi-mənəvi-mədəni-ədəbi abidələrini, bir sözlə, milləti millət kimi tanıdan bütün dəyər və atributları məhv etməklə milləti məhv etməyi həyata keçirən sovet ideologiyasının başına gəlib həlledici söz demək səlahiyytləri qazanan ermənilər Azərbaycanın təkmilləşdirilmiş məhvetmə planını hazırlamışdılar. Bu plan Azərbacanın hər hansı şəhərində erməni terroritlərinin törətdikləri qırğını azərbaycanlıların törətdikləri kimi qələmə verməklə start götürməli idi.

 

SUMQAYITDA ERMƏNİ TERRORİSTLƏRİNİN ERMƏNİ SOYQIRIMI TÖRƏTMƏLƏRİNİN ƏSAS SƏBƏBLƏRİ:

 

1. Ermənistanda hələ də yaşayan azərbaycanlıları qovub çıxardaraq torpaq və mülkiyyətlərini zəbt etmək prosesini başa çatdırmaq üçün bəhanə- əsas yaratmaqdan;

2. Vəhşi, varvar azərbaycanlılar obrazı yaradıb dünyaya bildirməklə, güya, sivil, mədəni ermənilərin onlarla bir ərazidə yaşamalarının mümkün olmadığını sübuta yetirib DQMV-nin Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında 20 fevral 1988-ci ildə çıxardığı qərarı reallaşdırmaqdan;

3. Zəncirvari erməni-azərbaycan münaqişələri yaradıb rus-erməni qoşun birləşmələrinin vasitəsilə azərbaycan torpaqlarını hissə-hissə işğal etmək, etnik zəmində parçalayib federallışdırmaq, Bakını paytaxt statusundan çıxarıb Rusiyanın tabeçiliyinə çevirərək erməniləşdiməkdən və bunlarla bağlı həyata keçirilməsi nəzərdə tutulan digər məsələlərdən ibarət idi.

 

ERMƏNİ-RUS DÖVLƏTİ

 

Nə Azərbaycanda, nə də Rusiyanın özündə, məlumatları olsa da, hələ heç kim erməni-rus dövlətinin mövcudluğunu dilinə gətirmir. Bu dövlət erməni terrorist təşkilatlarının hakimiyyətə gətirdikləri Qorbaçov dövründə reallaşmışdı.

Ermənilər öz aralarında "Erməni-rus dövləti" yaratdıqlarını açıq-açığına danışırdılar. 1985-ci ildən başlayan proseslərə nəzər saldıqda bu aydın görünür. Sov.İKP MK-nin aparatı erməniləşdirilmişdi. Coxlarının laqeyd qaldığı Qorbaçovun köməkçisi Şahnazaryanı ermənilər SSRİ-ni idarə edən "Şah" adlandırır, onu Mixail Qorbaçovu Stavrapol Vilayət Partiya Komitəsinin katibliyindən SSRİ-nin Baş Katibi kürsüsünə gətirən fiqurlardan biri kimi tanıyırdılar.

"Şah" Azərbaycan əleyhinə aparılan bütün tədbirlərə başçılıq edirdi. O, Kaputikyan, Balayan, Aqambekyan kimi neçə-neçə terroristlərin Qorbaçovla saatlarla davam edən görüşlərini təşkil edirdi. Görüşlərdə terroristlər Qorbaçova Azərbaycanın qədim erməni torpaqları olduğu fikrini aşılayir, təkcə DQMB-nin deyil, həm də ona bitişik rayonların Ermənistana verilməsi tələblərini irəli sürürdülər. Bu haqda onlar əsərlərində xatirələrində ətraflı yazıblar.

SSRİ-də erməni terroristləri xüsusi mövqeyə malik idilər. Onlar iqtisadiyyatı, siyasəti, hərbini, hüquq-mühafizə və təhlükəsizlik orqanlarını idarə etməyi bacarırdılar. SSRİ-nin parçalanıb müxtəlif respublikalara çevriləcəyini qabaqcadan bilirdilər. Odur ki, bu parçalanma ilə yanaşı kimsəsizləşdirilmiş, tənhalaşdırılmış Azərbaycanı da parçalayıb Ermənistana çevirmək layihələri hazırlayırdılar. 1918-ci ildə Bakida yaratdıqları erməni-rus dövlətinin məhvinin səbəblərini araşdırır, yenidən yaradacaqları ona oxşar dövlətin də məhv olmaması üçün qabaqlayıcı tədbirlər görürdülər.

Arxalarında təkcə Rusiyanın deyil, bütün xristian dünyasının dayanacağına ümidləri vardı

Azərbaycanın məhvi prosesinə başlamaq üçün erməni katalikosu xeyir-dua vermişdi.

Sonda, müxtəlif şəhərlərdə törədilməsi nəzərdə tutulan erməni soyqırımını Sumqayıtda törətməyi qərara almışdılar.

 

SUMQAYIT TERRORUNA HAZIRLIQ

 

Krunk, Miaçum və başqa erməni terrorist təşkilatları Sumqayıt terrorunun təşkili və həyata keçirilməsi üçün çoxlu hazırlıq işləri görmüşdülər. Bu işlər ümumdünya erməni terrorist təşkilat və lobbi qurumlarının birgə səyi ilə hazırlanmışdı. Ermənistanda və erməni lobbiləri yaşayan digər ölkələrdə çoxlu üzvülük haqları toplanmış, küllü miqdarda vəsait əldə edilmişdi. Bu proses Sumqayıtda da həyata keçirilmişdi. Hadisələri törətmək üçün şəhərin məhəllə və mikrorayonları pulla təmin edilən terrorist dəstələri arasında bölüşdürülmüşdü. Dəstə üzvlərinin böyük əksəriyyəti Azərbaycanda yaşayan və Azərbaycan dilini təmiz bilən, nisbətən cavan erməni kişi və qadınlarından seçilmişdi. Hər dəstəyə başçı təyin edilmişdi. Çoxlarına azərbaycanlı olmalarını təsdiq edən saxta pasportlar verilmişdi. Özlərini azərbaycanlı kimi qələmə verən terroristlər Ermənistanın Korus digər rayonlarında ermənilərin azərbaycanlıları ağlasığmaz işgəncjələrlə məhv etdikləri, mənzillərini taladıqları haqda çoxsaylı yalanlar yaymaqla, əvəzində Sumqayıtda da ermənilərin öldürülməsini, mənzillərinin taladılmasını təşkil etməli idilər. Terroristlərə hadisələrə yüngül həyat tərzi keçirən, kriminogen duruma mənsub azərbaycanlı gənjlərin jəlb edilməsi çox ciddi tapşırılmışdı.

 

 

(Ardı var)

 

Xıdır ALOVLU

 

Ədalət.- 2011.- 24 fevral.- S. 7.