"RÜBAİLƏR"
Mənə elə gəlir ki, Ömər Xəyyam imzasını tanımayan, onun rübailərindən xəbərdar
olmayan tək-tək adamla qarşılaşmaq
və yaxud da mövcudluğuna rast gəlmək mümkündür. Çünki
Ömər Xəyyam şərq aləmində
özünün orijinal
və hikmət dolu rübailəri ilə həmişə gündəmdə olmuş,
hətta onun bir çox rübailəri zərb məsələlərə, hikmətli
sözlər yüksəkliyinə
qalxmışdı.
"Araz" nəşriyyatı
bu ilin ilk ayında 200 səhifədən ibarət olan
rübailər kitabını nəfis şəkildə
çap edərək oxucuların ixtiyarına təqdim edib. Kitabın
naşiri və redaktoru Əlirza Sailovdu. Xüsusi qeyd etmək
lazımdır ki, kitab həm də rəssam işi ilə
paralel bir şəkildə oxucuya təqdim edildiyindən
rübailərlə bir tamlıq yaradır. Məsələn:
Əfsus gəncliyimin
dövranı getdi,
Ömrümün xoş bahar
zamanı getdi.
Gənclik dedikləri o
quş bilmirəm,
Nə zaman
tərk edib
bu canı getdi.
Və yaxud:
Ağıl bu qədəhə
söyləyərək sən,
Öpür məhəbbətlə
min yol üzündən.
Onu gör nə zərif
yaratmış fələk,
Sındırıb məhv edir
sonra qəfildən.
Və yaxud:
Bəs deyilmi bunca
xalqı incitmək,
Yazıq insanların
ətini didmək.
Tutaq ki, sənindi
bütün bu dünya,
Axırı nə olar-
Fənaya getmək!
Doğrudan da xüsusi
zövqlə hazırlanmış və səhifələrin
özündəki bir aura kitabı oxumaq üçün
adamda bir daxili təlabat hissi yaradır. Vərəqləri
çevirdikcə kitabdan qopub ayrılmaq olmur. Bu da onu göstərir
ki, böyük və qüdrətli söz bütün
zamanlar üçün əbədiyaşardır, ölməzdir.
Məsələn:
Məndən də Xəyyama
yetirin salam,
Ona söyləyin ki,
xamsan, ey Xəyyam!
Nə vaxt
dedim
şərab içməsin arif?
Mən meyi xamlara
etmişəm haram.
Və yaxud:
Kövsərdir gördüyüm
hər axar bulaq,
Gözəl bir cənnətdir
hər çiçəkli bağ.
Cəhənnəm sözünü
burax, cənnətdə,
Bir gözəl dilbərlə otur,
kefə bax.
Bu gün Azərbaycan
oxucusunun qapısını açmağa haqqı olan
kitabların sırasında zənnimcə, Ömər Xəyyamın
"Rübailər"inin yeri görünür. Tələsib
bu kitabı əldə etmək onunla müəyyən məqamlarda
baş-başa qalıb dünyanı unutmağa dəyər.
Ədalət.- 2011.- 12 fevral.- S. 17.