SEVİN
Evdə bikef
olur yoldaşım hərdən,
bir soyuqluq qopur qana, iliyə.
- Dünən qonşuluqda səni
istəyən
bu gün əleyhinə
danışır, niyə?
Eh, həyat belədir,
düzü, belədir,
bəzən yağış
döyür, bəzən, qar, külək.
Sən o söz-söhbətə
öyrəş arabir,
yağışa, küləyə
öyrəşdiyintək.
Göydən dolu töksə,
mat qalma buna,
qoy gülər gözlərin
batmasın yasa.
Qar yağsa, şərfini
dola boynuna,
get, qalma, gedəsi bir yerin
olsa.
Həyatda təhqirə,
tufana öyrəş,
qoy üzün
alışsın oda, küləyə.
Sözünü kəssələr,
sən ona öyrəş,
Çalış uyğunlaşma,
amma heç nəyə.
Bir dəgməndən
ötrü xiffət hədərdir,
əksinə, sevin.
Düşmən - qələbəmin
sayı qədərdi,
dost - mənim səhvimin,
sən buna sevin.
1975
BİLMƏDİM
Müəllimim Mir Cəlalın 60 illiyinə
Deyirlər, kamala yetdikcə
insane
şirin acı olur,
acılar şirin.
Niyə könlün
gözü doyur dünyadan,
niyə gözün
könlü ac qalır görən?
Günə bir ümid var,
aya, ilə bir
bəlkə buna görə əzizdir
həyat.
Əvvəl, arzularla
qızınan qəlbi
sonra xatirələr
üşüdür, heyhat.
Dərk edə bilmədim hələ
bir şeyi,
bilmədim dünyanın bu sirri
nədir
bədən bərk olanda qan
olur beyin,
beyin bərkidikcə bədən
köyrəlir
Yox, həyat çoxuna gəlməsin
asan,
böyüdün sadələr
cərgəsində sən.
Oturub tərini
soyutmamısan,
təriflər,
təltiflər kölgəsində
sən.
Sənin öz səsini
eşitdi aləm,
"Manifest" söyləyən
gəncin səsindən.
Dünyaya mən bir də
baxmaq istərəm
sənin gözləriyin pəncərəsindən.
1968
MƏNƏM
Dəyişir mənim də
halım arabir,
bəzən heç bilmirəm
nəçiyəm, nəyəm.
Üstümə suallar
yağır, elə bil
Hardasa müttəhim
kürsüsündəyəm
Odlar qalanıb yanır bədənim,
hissimi, ruhumu buza qoyurlar.
Şahidlər üzümə
dururlar mənim,
hakimlər üzümə
hökm oxuyurlar.
Nə vaxtsa
yıxılıb biri qəfildən,
yüyürüb qolundan
tutmamışam mən.
Görmüşəm,
vurublar bir vaxt kimisə,
arxa durmamışam
yıxılan kəsə.
Kimsə ac olubdu, mən tox
olmuşam,
məni axtarıblar, mən
"yox" olmuşam.
Nə vaxtsa gizli bir macəram
olub,
sonradan kiməsə bu, haram
olub.
Dolaşır qanımda yad
bir hiss mənim,
dünya günahımdan xəbərsiz,
mənim,
Mənəm ən müqəddəs,
mənəm ən təmiz,
mənəm,
günahkar da mənəm,
şübhəsiz.
1968
DEYİRLƏR
Elə dayanırsan, elə
baxırsan,
elə bil qarşında quru
bir Daşam.
İpək
saçlarını bir vaxt oxşayan
elə bil hardasa mən
olmamışam.
Səni dostlarımla,
tanışlarımla,
mən
İndi özgələri
yad ehtiramla
deyirlər
nə qəribədir.
Yuxuda görərdin nə
vaxtsa hər dəm,
yolumu gözlərdən
yollardan uzaq.
Mən sənin yuxundan
çıxıb gəlmişəm,
bu da bir yuxudur, gəl,
Qoluna girərdim... bu,
yadındadır,
gedərdik... yolumuz, arzumuz
şərik.
Qolum qollarının lap
yanındadır,
toxunsa, biz indi üzr istəyərik.
Hayanda oldumsa səhər, ya
axşam,
aradın sən məni,
gördün sən məni.
İndi gözlərinin
qabağındayam,
hayanda durum ki,
görəsən məni?
1973
QADINA MƏKTUB
Sizin qızınızla
görüşürük biz,
gedirik gah yolla, gah kənar
izlə.
Bunu mən bilirəm, siz
bilmirsiniz, -
o gəlir sizin öz icazənizlə.
Tələbə
yoldaşı, rəfiqəsi var,
işi də çox olur, bəzən
dərsi də.
Mənəm,
qızınızın necə
deyərlər, -
"tələbə
yoldaşı", "rəfiqəsi də".
Mən başa
düşürəm, siz anasınız,
ürəyə
sığışmır adi həyəcan.
O, evə dönüncə
nigaransınız
evdə olanda da mənəm
nigaran.
Bir ömrün mənzili
uzun, ya qısa
məhəbbət,
doğmalıq –
hansı qədimdir?!
O, sizin adicə
qızınızdısa,
o, mənim yeganə səadətimdir.
Siz də heyransınız, mən
də bir qıza,
kimin qapısından o, girməlidir.
Dünya elədir ki,
biri tapırsa,
biri... təbiidir, itirməlidir.
Duruluq rəmzidir sizin
qızınız,
gözündən oxunur qəlbi,
isməti.
Sizin bu sevdada
uduzmağınız,
sizin borcunuzdur, mənim qismətim.
Gərək darılmasın
bu eşqə həyat,
deməyin biz kimik, nəçiyik,
nəyik
Yad ikən doğmayıq,
Doğma ikən yad,
dünya qəribədir, biz
qəribəyik.
Sizin adınıza hörmət,
ehtiram,
qadın qarşısında
baş əyib aləm.
Mən də baş əyirəm,
vidalaşıram, -
qızınız gələcək,
mən getməliyəm.
1978
O VAXT YAŞID İDİK
Biz nə vaxt ayrıldıq?..
o vaxtdan bəri,
səni yuxularda görürəm
yalnız.
Yenə eşidirəm o
gülüşləri,
qalıb o əvvəlki
baxışlarımız.
Yenə başındakı o
örpək durur,
mən də hey dururam sənin
yanında.
Yaxanda sancaqlı kəpənək
durur,
durur əynindəki ipək
donun da.
Əlində təzəcə
yonulmuş qələm,
o boy, o buxun da necə var, elə.
Mən də filoloji
fakültədəyəm,
iyirmi ildir ki, dərs gedir hələ.
Yenə eşidirəm
doğma da deyildir, yad da
deyildir.
Bitmir müəllimin
mühazirəsi,
eşiyə zəng olmur
iyirmi ildir.
Dəftərlər
içində bir dəftər durur,
o daha açılmır,
yazılmır ancaq.
Durur o çinarlar, o şəhər
durur,
necə
görmüşdümsə, iyirmi il qabaq.
O vaxtdan elə bil
dayanıbdı vaxt,
daha dövr eləmir bu aləm
indi.
O vaxt yaşıd idikg sən
işə bir bax,
səndən iyirmi yaş
böyüyəm indi.
1978
Nəriman HƏSƏNZADƏ
Ədalət.- 2011.- 12 fevral.- S. 20.