NUMEROLOGİYA
YAXUD ƏDƏDLƏR HAQQINDA ELM
(əvvəli ötən şənbə
saylarımızda)
PİFAQORUN RƏQƏMLİ
QOROSKOPU
İnsanın taleyi
Pifaqor öz rəqəmli
cədvəllərində insan təbiətinin bir çox cəhətlərini
göstərmişdir. İnsanın mahiyyəti onun anadan
olduğu ilin, günün, ayın tarixi ilə
bağlıdır. Amma anadan olanda təbiətin bizə bəxş
etdiyi qabiliyyətləri həyata keçirmək həm
özümüzdən, həm də
düşdüyümüz mühitdən asılıdır.
Adamlar müəyyən rəqəmlərlə doğulur,
onların xarakteri həmin rəqəmlərdə ifadə
olunur. Siz, aşağıdakı cədvələ əsasən
öz rəqəmlərinizi hesablasanız təbiətin sizə
hansı qabiliyyətləri bəxş etdiyini öyrənə
bilərsiz.
Məsələn, belə
bir təvəllüd tarixini götürək: 29.11.1970. Gün və
ay tarixlərini toplayan:
2+9+1+1=13. Anadan olduğumuz
ilin rəqəmlərini
toplayaq: 1+9+7=17. Alınan
rəqəmləri toplayaq:
17+13=30.
30 - birinci işçi ədəddir.
Aldığımız
birinci işçi ədədin rəqəmlərini (30)
toplayaq: 3+0=3.
3 - ikinci işçi ədəddir.
Təvəllüd gününün rəqəmlərini (1+1)
iki dəfə artıraraq 30-dan çıxaq: 30-4=26.
26 -
üçüncü işçi ədəddir.
Üçüncü işçi ədədin rəqəmlərini
toplayaq: 2+6=8.
8 - dördüncü
işçi ədəddir.
Təvəllüd
tarixini müəyyən edən ədədlərin birinci sətri
belə olacaq: 2911197.
İkinci sətir belə
olacaq: 303268.
İki sətirdə
olan ədədlərin sayı 12-dir. Bu o deməkdir ki, mən
Yer üzünə 12-ci dəfə gəlmişəm. Ümumiyyətlə
isə, Pifaqorun təsdiq etdiyi kimi insan Yer üzünə 15 dəfə
gəlir. Bundan sonra başqa ölçülərlə
tamamilə fərqli şəkildə dünyaya gəlir.
Bir cədvəl çəkək,
hər iki sətirdə olan eyni ədədləri cədvəlin
xanalarına yazaq:
1-ci kvadrat
1- eqoistdir.
11- eqoizmə meyl edir.
111- xarakteri
yaxşıdır.
1111- güclü
xarakteri var.
11111- diktator, tərs və
özündən razı adamdır.
111111- nadir hallarda rast gəlinir,
əzazildir, amma yaxın adamı üçün
mümkün olmayan şeyi eləyir. Belə adamlarla dil tapmaq
çətin olur.
2-ci kvadrat (bioenergiya).
__ iki ədədinin
yoxluğu bioenergiyanın olmamasını göstərir, deməli,
bioenergiya kanalı intensiv enerji toplamaq üçün
açıqdır. Belə adamlar köhnə şeyləri
xoşlayır, ətraf adamlara qaynayıb qarışır,
sanki belə adamlardan enerji alır. Tərbiyəli olurlar.
2- bioenerji həyat
üçün bəs etsə də, hazırki mərhələdə
kifayət deyil, ona görə də idmanla məşğul
olmaq lazımdır, atmosfer dəyişikliklərinə həssasdır.
22- bioenerjiniz kifayət
qədərdir, siz başqa adamları da müalicə edə
bilərsiz.
222- siz yaxşı
ekstrasenssiniz.
2222- əks cinsdən
olan adamlar belələrini çox sevir. Əgər buraya
üç altı (666) rəqəmi də əlavə olunsa,
onlar sizi məharətlə yoldan çıxarar.
3-cü kvadrat (tərbiyəlilik)
__ üç ədədi
yoxdur. Səliqəli və sözübütöv adamdır. Bəlağətli
danışığı ilə fərqlənir.
3- hər şey belə
adamların əhval-ruhiyyəsindən asılıdır,
"istəsəm- eləyərəm, istəməsəm
-yox" belələrinin devizidir.
33- belə adamlar elmə
həvəs göstərir, riyaziyyatçı, fizik,
kimyaçı olurlar.
333- olduqca elmi qabiliyyətlidirlər.
Elmdə uğur qazanmasalar, pedant, həm də həddən
artıq səliqəli olurlar.
4-cü kvadrat
(sağlamlıq)
__ dörd ədədinin
yoxluğu o deməkdir ki, həmin adam tez-tez xəstələnir.
4- belə adamlar az, əsasən
qocalıqda xəstələnirlər.
44- sağlam və
yüksək temperamentlidir.
444- sağlam və
yüksək temperamentə ikiqat enerji də əlavə edin.
5-ci kvadrat (intuisiya)
__ beş ədədi
yoxdur, deməli, bioenerji kanalı anadangəlmə
bağlıdır. Belə adamlar həmişə nəsə
eləmək istəyir, həmişə fikirli olur, eksperimentlər
aparır, elə hey götür-qoy edirlər. Təcrübə
göstərir ki, belə şəxslər çoxlu səhvlərə
yol verirlər. Onlar hər şeyi çətinliklə əldə
edirlər. Adətən, riyaziyyatçı və jurnalistlərlə
evlənirlər.
5- bioenerji kanalı
açıqdır. Belə adamlar az səhv edirlər.
55- yüksək
intuisiyaya malikdir, onlar müstəntiq, hüquqşünas və
s. olurlar.
555- uzaqgörəndilər,
ətrafda baş verənləri yaxşı başa
düşürlər. Bəzən vaxtı və məkanı
qabaqlayırlar.
6-cı kvadrat (Yerə, əməyə
bağlılıq)
__ altı ədədi
yoxdur. Bu o deməkdir ki, insan yer üzünə gəlibsə,
sənət öyrənməli, işlə məşğul
olmalıdır. Amma belə adamlar fiziki əməyi sevmirlər.
6- Yerə, əməyə
bağlı adamdır, ona fiziki əmək vacibdir, amma təhsil
almaq barədə də fikirləşməlidir.
66- həddən
artıq Yerə bağlı adamdır, ona fiziki əmək
lazım deyil, amma o əməyi sevir.
666- həyəcan işarəsidir.
Belə adamlar cazibədar və çox temperamentli olurlar. Kvadratında
ikisi çox olan adamla onlarınkı
tutur.
6666- Pifaqorun
dediyi kimi insan dəfələrlə
dünyaya gəlir. Belə adamlar (6666) hər dəfə dünyaya gələndə
əməyə daha çox bağlanır və realist olurlar, iş onları
bezdirmir, əksinə,
işləməyi sevirlər.
7-ci kvadrat
(istedad)
__ yeddi ədədi
yoxdur, belə adamlar dünyaya gəliblər ki, sonrakı gəlişləri
üçün 7 ədədi (yəni istedad) qazansınlar. Amma
onu yalnızbaşqalarına qarşı həssas olmaqla
qazanmaq olar. Belə adamların həyatı çox
ağır keçir.
7- bacarıqlı olsa
da, çox istedadlı olmurlar.
77- hərtərəfli
inkişaf etdirilsə çox güclü əlamətdir. Musiqini
duyur, bədii zövqü vardır, rəsm çəkə
bilir. Əgər kvadratında 1 və 2 ədədləri
varsa xudpəsənd olacaq, heç kimə xeyir verməyəcək.
Belə adamlar tündxasiyyət olur, həm yaxşı, həm
də pis cəhətləri vardır. Onun üçün
açılmayan qapı yoxdur.
777- xüsusi əlamətdir.
Belə adamlar ciddi maneələrlə üzləşəcəklər.
7777- həyəcan
işarəsidir. Bu əlaməti olan adamlar olduqca diqqətli
olmalıdırlar.
8-ci kvadrat (məsuliyyət)
__ səkkiz ədədi
yoxdur, belə adamlar nəyisə alır, qaytarmağa tələsmir.
8 - bu adamlarda məsuliyyət
hissi inkişaf etmiş olur.
88- çox məsuliyyətli
olur, hamıya kömək etməyə
çalışırlar.
888- yüksək dərəcədə
inkişaf etmiş məsuliyyət deməkdir, xalqa xidmət
etmək nişanəsidir.
8888- bu işarə
yalnız 1988-ci ildə rast gəlinmişdir. Həmin il
yüksək qabiliyyətli, dəqiq elmlərə meylli
uşaqlar anadan olmuşdur.
9-cu kvadrat (ağıl)
9- belə adamlar daha bir
9 qazanmaq üçün çalışmalıdırlar.
99- anadangəlmə
ağıllı olurlar, amma oxumağa həvəs göstərmirlər.
999- təbiətən
ağıllı, zəkalı olurlar, hər şeydə
uğur qazanırlar.
9999- bu adamlar belə bir
həqiqəti başa düşürlər ki, nadir zəka hər
şeydir. Onlar kobudluğu mərhəmətsizlikdən
ayıra bilirlər.
Gələn şənbə
sayımızda Pifaqorun uşaqların bürclərə
görə xarakterləri barədə yazı dərc olunacaq.
(Ardı var)
Ədalət.- 2011.- 19 fevral.- S. 10.