ŞƏXSİYYƏT ƏMANƏTİ
Oğluma deyərsən ki, atan da, babam da ermənilər
döyüşdə mərdliklə vuruşaraq şəhid
oldular. Qoy yavrum bu qurşunları üç yansın.
Şəhidin alın
yazısı
Mübarizə bu gün də var,
yarın da,
Mən də onun
ən ön sıralarında
Rəsul Rza
Şair Rəsul Rza şair Sabiri "kişi
şair" adlandırırdı. Bu ad həyat yolu dramatik əfsanəyə
bənzəyən Rəsulun özünə də
yaraşır: Rəsul Rza kişi şairdir!
A.Zamanov
Dədəm hər səhər işə gedərkən
anama pul verib şəhidlərin, kimsəsiz məzarların və
züriyyəti olmayan qəbir sahiblərinin ruhuna Yasin
oxudardı.
Qan yaddaşı
"Nur dağı" bir ifadə var; Zülmətin
bağrını yaran görmüşəm Ay
işığında pırıl-pırıl şölənən
gümüşü nur dağlarını. Yaxınlaşdıqja
elə bil ki, gümüşü tonqala düşürsən,
o nura boyanırsan. O gümüşü tonqalın atəşi,
odu səni nə qarsır, nə də yandırır. Bircə
qəlbinin başına od düşür. O nurun mərhəmliyi
Ağ yapıncı kimi sənin Qaraçuxan olduğunu hiss
edirsən.
***
Rəssam T.Salahovun qələmindən
çıxmış bir portret var: "Başı qallı Rəsul
Rza"
***
Göy dalğalı
Göyçay çayının dərya tək kənarında
üç ucaboy qamətli xan çinar boyboya, başbaşa
verib bir həsrət nəğməsinə dəm tuturlar; Əsri
adlamış yaşı. Saroğlan babam əkib o
çinarları - onlara üç qardaş deyirlərg O xan
çinarların əbədi nəğməsində Rəsul
Rza var, Əli Kərim varg Abdulla Faruq da var
Rəsul Rza ilə bir məktəbdə
oxumuş Qaroğlan əmi 70-ci sinnilərində deyirdi ki, Rəsulun
gözündə qorxu yox idi, sözünü adamın
üzünə şax deyirdi. Çox nadir və itili adam idi.
Havayı yerə söz danışmazdı. Çoxları
ondan tük salırdı. Komsomol idi. O illərdə məktəbə
gələn komissiyanın yersiz iradlarına görə iclasda
natiq kimi çıxış elədi, komissiya
başını tutub qaçdı. Rəsul kişi adam idi.
Bir ömür ki, yoxuşu şərəfli,
Həm dözümlü, enişi
Bir insan ömrü –
Kişi ömrü, kişi!
Mən şair Rəsul
Rzanı 70-ci illərdə Sabir poeziya günlərində
görüb, tanımışdım. Həmin günlərin
sərkərdəsi Rəsul Rza idi. Bizi yaxına buraxmasalar da
hər il Sabir günlərində olub, tamaşasına
durardıq. Elə bilirdim ki, Rəsul Rza nəhəng bir
dağdır, ona yaxın düşməyin
mümkünatı yoxdur. Sən demə, sərt kişilərin
ürəyi kövrək olurmuş.
Haşiyə: Dədəm
Səfa sərt adam idi. Baxışları ilə idarə
olunardı. Anamın rəfiqələri soruşanda ki, bu
kişi ilə necə yola gedirsən, anam demişdir: ipək
kimi kişidir.
Rəsul Rza kişi kimi
"Sabir payeziya günlərinə" ömrünün
sonuna kimi sərkərdəlik elədi. (hər hansı məmurun
nə həddi var ki, Rəsul məclisinə "mız"
qoysun).
Böyük Rəsul
Rzadan sonra Sabir günlərinin çırağı
söndü. Ocağı söndürüb külü ilə
oynadılar. Artıq o günlərin Rəsul
yanğısı keçmişdir.
Bu il "Sabir günləri"nə
gəlmədi Rəsul
Hər ocağa bu xəbərin
ayazı yetdi.
Avazıdı qara torpaq,
qaraldı ağ su,
Zaman bir də çətin doğa
o planeti!
(M.Araz)
Rəsul Rza elə sərbəst
şeirin Rəsulu idi. O poeziyaya yaxınlaşdıqca
qarşımda müəmmalar açılırdı. O zaman
da Rəsul Rza poeziyasını oxuyurdum, indi də oxuyuram. Daha
doğrusu özünü oxudur mənə, yüz mətləb
pıçıldayır mənə.
Rəsul Rzanın "Rənglər"
silsiləli şeirlərini dünyanın hər yerində
başa düşdülər... şüphə etmirəm ki,
sadəcə "Şirmayi" şeirindəki dərd,
miskil, həsrət, vətənpərvərlik və cəsarət
əlinə qələm götürənlərin çoxuna
hələ də mübhəm zona kimidir.
Amma, mənim Rəsul
Rzanın poeziyası ilə işim yoxdur. O barədə
cild-cild kitablar yazılıb, yazılır və yazılacaq.
Rəsul Rzaya səthi yanaşmaq "milli"lik
anlayışına xor baxmaqdır.
Bənzərsiz Ə.Kərim
yazırdı: ...Əsrin ahəngi-vəzni, müqəyyəd
qafiyəsi... o, sözlər sərkərdəsi, fikirlər qəhrəmanı
şair Rəsul Rzadır.
Bəli, Rəsul Rza vətəndaş
şairdir. Qarşıdan şairin 100 illiyi gəlir - demək,
o demək deyildir ki, yubleydən yubleyə
görüşürük. R.Rza 100 ildir ki, gümdəmdədir.
Bu gündə yaşayır, bu gün də
düşünür; əsərləri, şeirləri, ruhu
döyüşür. R.Rza ədəbi, əbədi və
novator şair olmaqla vətən millət dərdinin özəyində
olub, sinirib. Nə eləyibsə vətəni, xalqı
üçün eləyib, bütövlüyümüz
üçün çalışıb. Vətənin, millətin
namını yerə verməyib. Kişi şəxsiyyət
olub. Elə olmasaydı bütün həyatını təhlükdə
qoyub bəy qızı Nigar Rəfibəyli ilə ailə həyatı
qurmazdı. O ailə ki, bu gün də qədrbilənlərin
gözündə çıraqdır. O ailə ki, hər kəsə
bir örnəkdir. Nigar xanımla - bəy qızıyla ailə
qurmaq kənardan baxana döyüş asan gəldiyi kimi
ağzıgöyçəklərə adi və
dodaqbüzüləsi görünə bilər... Hasan əmi
deyəndə ki, sovetin kəsərli vaxtı mavzoleydə
Leninin qəbrinə məktub qoymuşam - bu cahillərə
gülməli gəldi...Amma o vaxt oğul istərdi ki,
oğulda hünər istərdi ki, o işi görsün! Faktlar
yaman tərs şeydir.
1929-cu ildə ədəbiyyata
gələn Rəsul Rza çılğın, acıdil,
güzəştə getməyən, "özünə
gündə bir düşmən qazanan" bir şəxsiyyət
kimi yaddaşlara köçüb. 1941-ci ildə cəbhəyə
də sərtliyindən, vətəndaşlığından
gedib, ayağının şiksət olduğunu gizlədib, məhz
Rəsul Rza kimi hərəkət edib. Bir çoxları kimi bəhanə
gətirib cəbhədən yayınmayıb. R.Rza cəbhədə
qara millətə (gözlərinə qara kimi girmişik)
hansı sitəm və zülmlərin, xəyanətlərin
olduğunu öz gözlərilə görüb,
aktlaşdırıblar. Və vaxt itirmədən o xəyanətləri
rəsmi sürətdə ölkə
başçısına - M.U.Bağırova
çatdırıb. Azərbaycanlıları öndən
nemeslərin, arxadan ermənilərin əliylə rusların
güllələdiklərini, alçaldıcı təhqirlərini
şəxsən M.U.Bağırova deyib. Bu hərəkətləri
ilə erməni rus millətçiləri azərbəycanlıları
gözdən salır, etibarsız damğası vurur, yerindən-yurdundan
köçürüb, didərgin salmaq üçün
kütləvi sürgün vahiməsini reallaşdırmaqda
idilər. R.Rzanı şəxsən dinləyən
M.U.Bağırov bərk əsəbləşmiş bu dəhşətli
kabusun qarşısını vaxtında ala bilmişdi. Müharibə
görmüş ağsaqqalların çoxu bu barədə
danışırdı. Bunu kim bilmir ki? Nə ad verirsən
ver, haqq ölmür və itmir.
Rəsul Rza təpədən
dırnağa kimi novator şair idi, "çox milli
şair" idi - (İ.Etibar). Və bu şairliyi də onun
ictimai xadimliyinə, yaşıl ensiklopediyasına,
nizam-intizamına sərtliyinə, qorxmazlığına mane
ola bilmirdi. Ona verilmiş taleyi özü kimi də
yaşayırdı. Öz məmləkəti, öz Təbrizi
kimi başı qalmaqallı idi. Və bu qalmaqallar, haqq-ədalət,
düzgünlük qalmaqalları idi ki, Rəsul Rza ona
dönük çıxa bilməzdi. Bir yandan da
özümüzünkilər... Erməninin, rusun
qarşısında özü etiraf etdiyi kimi
"qapılarını döyüb girmədiyim, sonra isə
yarımçıq buraxmadığım orta və ali məktəb
qalmayıb" həqiqətlərilə əliboş, əliyalın
deyildir. Tarixi də, dili də, musiqimizi də, dərinliyinə
qədər bilirdi və qıpqırmızı faktları ilə
riyakarları öldürürdü, ya da
öldürücü zərbə vurub yarımcan eləyirdi.
Təkcə
ömrünün yüz ilə bərabər on ili sərf
olunmuş, can ödəmiş Yaşıl ensiklopediya bəs
eləyir ki, Rəsul Rza əzəməti, hörməti və
milliliyi önündə səcdə edib, ona qoyulası heykəlin
ayağına baş qoyasan. Ensiklopediyadan
uzaqlaşdırılması nə qədər milli faciə
idisə Rəsul Rzanın (səsi sonra çıxası və
təsdiq olunası) qələbəsi idi (bəlkə də
Pirr qələbəsi idi). İrili-xırdalı
günahların üzündən acıladığı
işçilərinin (və digərlərinin)
könlünü qubar etməmiş olan bu kişi kimsənin
çörəyinə dəyməmişdi. Acı dilinin
acısını da özü çəkirdi. Rəsul
Rzanı dünya tanıyırdı. Rəsul Rza da dünyanı
tanımışdı. Ədəbi aləmə çox sərt
və kəskin, çox itili və ovxarlı qılınc
kimi gəlib, daha doğrusu söz vadisində döyüşə
atılıb. Novatorluğuyla çinar qaməti gətirib, o
çinar ki, yer kürəsinin çox yerindən
görünür. O çinar ki, yamyaşıl,
işıqlı yarpaqları ilə gecə-gündüz vətən,
torpaq adlı sevgi pıçıldayır, sevgi bəstələyir,
sevgi oxuyur. Zülmətin bağrını yaran bu
gümüşü nəğmələr əbədiyyat nəğmələridir:
Mən torpağam,
məni atəş yandırmaz;
Tərkibimdə kömürüm var,
Külüm var
Mən baharam çəmən-çəmən
Çiçəyim var, gülüm var,
Mən küləyəm, əsməsəm
Kim bilər ki, mən varam.
Daş olsaydı
dözməzdi (əriyərdi), torpaq idi ki, R.Rza bir kişi
ömrünü yaşaya bildi, dözdü, durdu.
R.Rza məktəbinin
onlarla müdavimi var ki, bu gun ədəbi aləmdə təsir
gücünə malik olmaqla sayılıb seçilənlər,
sevilənlər cərgəsindədirlər; F,Sadıq,
F.Qoca, R.Rövşən, B.Cəbrayılzadə,
İ.İsmayılzadə, A.Abdullazadə, T.Taisoğlu,
V.İbrahim, V.Səmədoğlu, Ə.Kərim, V.Əziz, Ə.Salahzadə,
Ç.Əlioğlu...
Məqaləçi
dostların əlləri hər şeydən üzüləndə
Leninə arxalanıb R.Rzanı qınayırlar. Nəhəng
R.Rzanın yaradıcılığı məgər
"Lenin" poemasından ibarətdir?! Şahlara,
hökmüdarlara əsər yazmaq qəbahət olsaydı,
onda gərək Firdovsi, Nizami, Füzuli, Mayakovski və
yüzlərlə yazar... zindanlara atılmış
olaydılar. Ədəbi aləmdən silinəydilər?!
Leninə (70 il dünyanı lərzəyə salan rus
padşahına; mənfi, müsbətliyi 75-80 ildən sonra
bizlərə məlum olacaqdır) yüzlərlə, minlərlə
əsr həsr edilib. "Lenin" poeması da mindən
biri... sonra?! Və bir də məgər Rəsul Rzanın xan
nəslinin sonuncu kişisini - R.Rzanı qorumağa haqqı
çatmırdımı?! "Lenin" poeması kimin evini
dağıdıb ki?... Kimə yamanlığı dəyib ki?
Rəsul Rza kimsədən nə söz götürüb, nə
də söz yeyib. Heç qabağından yeyən də
olmayıb. Bütün bunlarla belə neçə-neçə
çarəsizin pasibanı olub. Özü dediyi kimi
Mən adi bir insanam
Nə başdan-başa tərif
Nə də çılxa nöqsanam!
Mənə hər zaman
müəmmalı olan odur ki, bu yazançılar R.Rzaya nə
veriblər ki, ala bilmirlər? Rəsul Rzadan nəyin
qisasını, kimlərin, nələrin hayfını almaqdan
ötrü belə dəridən-qabıqdan
çıxırlar? Axı Rəsul Rza erməni, rus
şovinistlərinə, saxtakarlara, yalançı və
ikiüzlülərə dönük idi!
Rəsul Rzaya nə
vermişdisə, Allah vermişdi. Allah verəni qıyanı
yüz bəndə yığıla bəndə sala bilməz.
Unutmayın ki, siz Rəsul Rzayla yaşayırsınız.
R.Rza sizinlə yaşamır.
Mübarizə bu gün
də var, yarın da - bu Rəsul Rzanın peyğəmbərcəsinə
dediyi həqiqətdir. Bu gün böyük şairin ruhuyla, əsərlərilə,
şeirlərilə cəngi-cidala çıxan məqaləçilər
tapılır. Gendən gələn bu azar vaxtaşırı
təzələnir.
Mərdiməzarlıq
bazarlıq deyil! Sözün var get özünə de. Əgər
səni Fəxri xiyabana buraxsalar. Rəsul Rza zaman-zaman cilalanan
söz heykəlidir. Dünya R.Rza şeirinin dilində
danışır. Rəsulu oxuyanlar, bir də oxuyur, bir də
oxuyacaqlar. Rəsul oxuna bilməyən kitab kimidir, ona dönə-dönə
qayıtmaq gərəkdir.
Fəxri xiyabanda Rəsul
Rzanın ziyarətində idim. 100 yaşlı şair
qayğılı dərdli kimi görünürdü... cana
doymuş kimi idi.
"Ravi nəql edir ki,
Həsrət Əli (ə) can üstəydi, oturmuşdum
başının üstündə. Soruşdum ki, ya Əli,
neçə yaşım var? Buyurdu ki, 63 sinnim var. Dedim,
ağa, Peyğəmbər (s.ə.s) də dünyadan
köçəndə 63 sinni vardı. Ya Əli, o Həsrətin
saqqalı tamam ağarmamışdı, amma sənin
saqqalın tamam ağdır. Əli cavab verdi ki, Peyğəmbər
(s.ə.s) kafirlərlə cəng etdi. Onlarla cəng etmək
adamı qocaltmaz. Amma məni qocaldan bu nadan, yalançı
müsəlmanlardır. Bu bəzi sevdasızlar, qədirsizlər,
dərdbilməzlər, bədniyyətlər, ən
ağırı isə namərdlər məni
qocaltdı".
Əgər Rəsulsevərlər
və Rəsul məktəbinin sadiqləri 100-ü illiyi
qarşısında hesabat verməli olsaydılar, şübhəsiz
ki, cildlərlə kitablar yazılardı.
Rəsul Rza Söz heykəlinə
çevrilmiş Nur dağıdır. 100-ü haqlamış
bu dağ hələ neçə 100-ləri də
aşıracaq. Rəsul Rza dünya arenasında dayanan nəhəng
Söz simalarındandır. Azərbaycan xalqı mətin
oğlu Rəsul Rzanın haqqını tutur, qədrini və
xətrini Söz və Öz qədir-qiyməti kimi ucalarda
saxlayaraq şairin 100 illiyinin qeyd olunmasını sərəncamla
imzalamış ölkə başçısını dəstəyliyir.
Ümidvarıq ki, şairin doğulduğu Göyçayda
heykəli ucaldılacaq, ömürlüyü və fəaliyyəti
barədə kino çəkiləcək, adı anılan
yerlərə veriləcəkdir.
Rəsul Rza əmanəti torpağım!
Şəxsiyyət əmanəti, Vətən!
100 yaşın mübarək, Rəsul müəllim!
100 yaşın mübarək, Rəsul Rza!
Eldar Səfa Şahvələdli
Ədalət.- 2011.- 26 fevral.- S. 17.