DAN YERİ QIZARIR, SULAR DURULUR, İSTİQLALIMIZIN
FÜTHUATLARI
Xalqımızın haqq səsi, coşğun poeziyamızın ideya silahına çevrilməsi,
milli duyğularımız,
bütövlüyümüzün tərənnümü, müstəmləkəçilik
əleyhinə mübarizə,
meydan hərəkatının
etirazı və coşğunluğu, milli şüurun coşub püskürməsi, lirikasının
siyasi məzmununun qeyri-adi dərəcədə
zənginləşdirilməsi Xəlil Rza Ulutürk poeziyasının əbədiyaşarlığından,
böyüklüyündən, alovlanmağından xəbər
verir. İstiqlalçılıq təfəkkürü şair üçün sadə şüur, pafos deyildir. Mənəvi
zənginlik, vətəndaşlıq
qeyrəti, mübarizlik
timsalı, ləyaqət
və bəşəri
dəyərlər, düzlük,
saflıq, mərdlik həqiqət, cəsarət,
cəsurluq, onun daxili təkanları, hərəkətverici qüvvələri,
xarakterik keyfiyyətləri
idi. Həmin təfəkkürdə eyni zamanda, dözüm,
mərdlik, barışmazlıq
və mübarizlik məziyyətləri, ən
başlıcası isə
şəxsiyyət bütövlüyü
vardı. Ancaq istiqlalımızın
füthuatlarından bəhrələnməyə
layiq olanlar kənarda, qələbənin
nemətlərindən isə
ona layiq olmayan bəzi nankorlar istifadə etməkdə, bəhrələnməkdədirlər.
İndi sular durulur, adamlarımız korrupsiyaya
qarşı hakimiyyət
fərmanlarının həyata
necə keçiriləcəyin
intizarındadırlar. Hesab edirəm
ki, bura istiqlalımızın füthuatlarından
bəhrələnməyənlərimiz, kənarda qalanlarımız
da faydalanacaqdır.
Dan yeri qızarmağdadır. Xalqımızın haqq səsi, kəskin mübarizələrimizin
ideya silahına çevrilməsi, müstəqilliyimizin
əbədiyaşarlığı, əmin-amanlıqdan xəbər
verir. Həyatımızın bütün sahələrində
aparılacaq mübarizələr
təki mötəbər
əllərə tapşırılsın.
Çünki tərəfgörlük özü-özlüyündə ən kəskin korrupsiyadır və bu acınacaqlı millətə qarşı
xalqımız döyüşdədir.
Mən mərhum qardaşım Xəlil Rzanı itirdikdən sonra qələmə sarılmış,
barəsində saysız-hesabsız
biri-digərini tamamlayan
silsilə şeirlər,
nəsr yazıları
çap etdirməyə
nail olmuşam. Şairin itkisi
ilə bağlı təsəlli tapmaq üçün yazdığım
şeirlərimdən birini
bu yazıma əlavə edirəm.
Mövzularım bitib-tükənməzdir.
Ya qismət
Fərhad Rza ULUTÜRK
Ədalət.- 2011.- 10 mart.- S. 6.