XƏLİL RZA ULUTÜRK
Arzular dünyası elə
özünsən,
Sənədir inamım,
rəğbətim ancaq.
Qalan nə ki, vardır
ömür meyvəsi,
Gözümdə-könlümdə
oyun-oyuncaq,
Sənədir inamım,
rəğbətim ancaq.
Sayəndə xoşbəxtəm,
çiyinləri dağ,
Çoxları göz
qoyur addımlarıma.
Haqqında sanballı
bir şeir yazsam,
Bəlkə də
çataram arzu, kamına,
Çoxları göz
qoyur addımlarıma.
Allaha yaxınsan hər
kəsdən artıq,
Adın ürəklərdə
hər zaman yaşar.
Günəşdən rəng
alan şeirlərinə,
Sevib-sevilənlər nəğmələr
qoşar,
Adın ürəklərdə
hər zaman yaşar.
Xalq hərəkatının
təməl daşısan,
Üç rəngli
bayrağın səcdəgahımdır.
O sahildən qopan acı
fəryadlar,
Bu sahildə
amanımdır, ahımdır,
Üç rəngli
bayrağın səcdəgahımdır.
Arzular dünyası elə
özünsən,
Gedirsən çiynində
dağlar boyda yük.
Arxada üç
milyard türkdilli xalqlar,
Öndə
addımlayır Xəlil Ulutürk,
Gedirsən çiynində
dağlar boyda yük.
Fərhad Rza Ulutürk
Ədalət.- 2011.- 10 mart.- S. 6.