Qələminə mövzularına sadiq yazıçı

 

Əlisəfa Azayevi 30 ildən artıqdır ki, oxuyuram. Duyduğum odur ki, bu yazıçı həmişə qələminə mövzularına sadiqliyi ilə seçilir. Hələ hərbi xidmətdə ikən Saratovdan Bakıya rəhmətlik yazıçı Əlfi Qasımova özünün bir hekayəsini göndərib. 1974-cü ilin yanvar ayında "Xatirə" adlı həmin hekayə yazıçı Əlfi Qasımovun "Uğur olsun, əsgər oğlan" sərlövhəli yazısı ilə birlikdə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuşdur. Bu ilk hekayə yazıçının ədəbi aləmdə bir növ pasportuna çevrildi. Demək olar ki, onun yazıları üçün həqiqətən yaşıl işıq yandı. Respublikanın müxtəlif qəzet jurnallarında Əlisəfanın maraqlı hekayə oçerkləri dərc olunmağa başladı.  

Tənqidçi Qulu Xəlilov 1984-cü ildə onun hekayələri haqqında belə yazırdı: "Əlisəfa Azayev həyatdan ədəbiyyata gələn müəlliflərdəndir. Onun kitablarını müntəzəm çap etmək gərəkdir". Bu rəylər elə bir dövrdə qələmə alınmışdı ki, o zaman hər müəllif haqqında belə ürək genişliyi ilə danışmaq mümkün deyildi. Söhbət quruluşun özünəməxsusluğundan yox, yazıçının, tənqidçinin ədəbiyyata, yazıya, kitab nəşrinə olan məsuliyyətindən, ciddi münasibətindən, yaradıcılığı dəyərləndirmək məziyyətlərindən gedir. Belə bir vaxtda ədəbiyyata gələn, həm ədəbi tənqid, həm oxucular tərəfindən rəğbətlə qarşılanan gənc yazıçı öz üslubuna, həyat tərzinə sədaqətli çıxdı. 20-dən artıq nəsr kitabının müəllifi olan Əlisəfa Azayev bəzi həmkarları kimi ədəbi mühitə daha da yaxınlaşmaq üçün paytaxta üz tutmadı. Əslində, yazıçı üçün maraqlı geniş mövzular rayonda daha çoxdur. Bunu dərindən duyduğundan Əlisəfa ilə gənclik illərindən həm torpağa, həm qələminə elə bağlandı, yazıb-yaratdı ki, yazıçı kimi şöhrəti çoxdan əyalətlilikdən çıxıb. Respublikanın bütün kitabxanalarında onun kitabları var müntəzəm oxunur.  

Əlisəfa Azayev 1 iyul 1951-ci ildə Kürdəmir rayonunun Qaramahmudlu kəndində anadan olub. Orta məktəbi doğma rayonda bitirib. Əvvəlcə Şamaxı Pedaqoji Məktəbində oxuyub. İlk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Elə gənc yaşlarından da yazıb-yaratmağa xüsusi maraq göstərib. Əlisəfa yazdıqlarını əvvəlcə təcrübəli ədəbiyyat müəllimlərinə oxuyar, onların rəyini öyrənərdi. Əlisəfanın bəxti onda gətirmişdi ki, həm müəllimləri onun istedadlı olduğunu bilirdilər, həm hekayələrini məsləhət almaq üçün göndərdiyi məşhur yazıçılar da ona rəğbətlə yanaşdılar. Yuxarıda dediyimiz kimi, əsgəri xidmət zamanı Əlfi Qasımovun ona göstərdiyi qayğı müəllifin özünü təsdiqləməsi üçün ilk mənəvi dəstək idi.  

Bir müddət Kürdəmir rayonunun Ərəbxana kəndində müəllim işləyən Əlisəfa Azayev qiyabi yolla Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) hüquq fakültəsini bitirib. Bir müddət rayonda müxtəlif vəzifələrdə çalışsa da, ədəbi yaradıcılığından heç vaxt ayrılmayıb. Elmi işə maraq göstərərək hətta aspiranturada da oxuyub. Amma yazıçılıq onun bütün varlığına necə hopubsa, qələmini ancaq nəsrin müxtəlif janrlarında işlətməyə yönəldib. Onun əsərləri zəngin müşahidə əsasında yazılıb, insanlarda düzlük, zəhmətsevərlik, dözümlülük, özündən böyüklərə hörmət, kiçiklərə qayğı göstərmək kimi məziyyətləri tərbiyə etmək məqsədi daşıyır. Müasirlərinin həyatı, arzu düşüncələri, üzləşdikləri bir sıra çətinliklər, həyat həqiqətləri, reallıqlar Əlisəfanın hekayələrinin başlıca xüsusiyyətidir. Hansı əsərini əlinə alsan, maraqla oxunur. Çünki yazıçının həm mövzuları, həm bədii imkanları bir-birini tamamlayır. Xüsusilə prokurorluq hüquq-mühafizə orqanlarından yazdığı silsilə əsərlər Əlisəfa Azayevin detektiv janrda yazan peşəkar yazıçı kimi səciyyələndirib. Bu əsərlərin hər birində hüquq-mühafizə orqanlarında yaşayan həmsöhbət, həm mənfi cəhətə malik olanların obrazlarını mükəmməl yaratmışdır.  

Əlisəfanın nəsrində diqqəti çəkən bir məsələ oxucunun ürəyindən xəbər verir. Bütün qaranlıqların bağrını mütləq işıq yaracaq. Həqiqət qalibdir, haqq basılmaz! Qələmə aldığı hər bir hadisədə maraqlı süjet xətti qurmaq, oxucunu intizarda saxlamaq, qəhrəmanlarının mənəviyyatını ustalıqla açmağı bacarmaq, Əlisəfanı oxucularına sevdirən cəhətlərdəndir. Bütün bunlar da tənqidçi Qulu Xəlilovun bir fikrini təsdiqləyir ki, yazıçı həqiqətən həyatdan ədəbiyyata gəlib. Bu səbəbdən onun hekayə povestlərində həyatın əsl rəngləri təbiilik var. Qələmə alınan mövzular həyatdan alındığı üçün oxucuya xoş gəlir, onun gerçəkliyinə inandırır. Mənəvi aşınma getdiyi indiki günlərdə belə əsərləri oxumaq doğrudan da vacibdir. Müəllifin birinci məqsədi əxlaqi keyfiyyətləri qabartmaq, insanları mənalı, dürüst yaşamağa səsləməkdir.  

Hazırda Siyəzəndə yaşayan Əlisəfa Azayev müntəzəm olaraq nəsrlə məşğuldur. "Yeddi il sonra" kitabı ilə ədəbiyyata gələn müəllif "Çin qızılgülü", "Gecəyarı sui-qəsd", "Sirli qətl", "Əsgər anası", "Qürbət ellərdə", "Prokuror qızı", "Qatarda hadisə", "Qanlı gündəlik", "Günahsız məhbus", "Gizli əməliyyat", "Kapitanın sərgüzəştləri", "Qəddarlıq", "Bayıl məhbusu", "İstintaq sirri", "Xəyanət qorxusu", "Səadət sorağında" s. kitabları ilə özünü bir yazıçı kimi təsdiqlədi. Masamın üstündə Əlisəfanın ötən il çapdan çıxmış "Vahimə" povesti var. Böyük maraqla oxudum. Vaxtilə Sumqayıtda milli münaqişə zəminində baş vermiş olaylardan, bu hadisələrdən sonra başı bəlalar çəkən, işini, ailəsini itirən bir gənc müstəntiqin faciəsindən söz açılır. Detektiv janrda yazılan povestdə təsvir olunan mühit, hadisələr, personajlar bizə tanış doğmadır.  

Ötən əsrin 80-ci illərində "Azərbaycan müəllimi" qəzetində çalışdığım vaxt Əlisəfa Azayevin "Ərəb pulu" adlı hekayəsini xeyli tərifləmişdim. Sevinirəm ki, mənim onun yaradıcılığına əvvəldən xoş münasibətim olub. 25 ildən artıqdır ki, rəğbət ehtiramla yazılarını oxuduğum Əlisəfa Azayevin indi 60 yaşı tamamlanır. Tanınmış yazıçıya, istedadlı qələm sahibinə böyük uğurlar yeni nailiyyətlər diləyirik. Bizim üçün həqiqətən xoşdur ki, bölgələrdə belə zəngin mənəviyyata malik gözəl qələm sahibləri yaşayıb-yaratmaqdadır. Vaxt gələcək ki, Əlisəfa Azayevin Azərbaycan nəsrinin inkişafındakı yeri xüsusi olaraq qeyd ediləcək. Yəqin ki, teatrlar da öz yönlərini bu yazıçıya salmağı unutmayacaq. Çünki müəllifin səhnə həyatına qanad açan elə məzmunlu əsərləri var ki, onların bu gün tamaşaya qoyulması teatra maraq, mövzu rəngarəngliyi yeni coşqunluq gətirər.

 

 

Flora XƏLİLZADƏ,

Yazıçı-publisist

 

Ədalət.- 2011.- 1 iyul.- S.4.