Su - onun əbədi qoxusuqorxusu

 

(əvvəli ötən sayımızda)

 

Meliorasiya və irriqasiya sistemlərinin istismarı və saxlanmasını təmin edir, cəmiyyət tərəfindən təsdiq edilmiş xərclər smetasına uyğun olaraq istismar və təmir-bərpa işlərini yerinə yetirir. Su istifadəçilərindən lazımi məlumatı alır, sudan istifadə pulunun planını tərtib edib razılaşdırmaq üçün baş idarəyə təqdim edir. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması və onların qəbulunu təmin edir.

Qax suvarma sistemləri idarəsinin hesabında ümumi uzunluğu 264.8 km olan suvarma şəbəkələri vardır. Rayonun suvarmaya yararlı torpaq sahələri 19750 hektardır. Qax rayonunun iqlimi yağmurludu.

Rayonun özü əsasən dağlıq ərazidə yerləşdiyindən çaylarda tez-tez sellər əmələ gəlir. Rayon ərazisindən 6 çay keçir. Kürmük, Ləkit, Zərnə, Qum, Duruca və Qapı çayları. Çayların sululuğu əsasən yaz və payız aylarına təsadüf edir. Bu çayların suyundan yaz və payız aylarında suvarma məqsədləri üçün istifadə olunur. Yay aylarında bu çayların bəziləri tamamilə quruyur. İdarənin balansında 2 ədəd kiçik su tutarı vardır. Bunlardan biri Qıpçaq kəndində, digəri isə Almalı kəndində yerləşir.

Qax rayonundan olan 19750 ha. suvarılan torpaqların hamısında 2010-cu il ərzində suvarma aparılmışdır. 2010-cu ildə əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Sudan İstifadəedənlər Birliyi ilə 2200 ha sahəyə su verilmişdir...

 

İstismar tədbirləri

 

2010-cu ildə idarənin balansında 14.5 milyon manat olan əsas fondların saxlanması və cari təmirinə 788.5 min manat ayrılması planlaşdırılmış və il ərzində həmin vəsait ayrılaraq planda nəzərdə tutulmuş işlərin görülməsində istifadə olunmuşdur.

Ondan təsərrüfatdaxili və təsərrüfatlararası sistemlərdə 25 hidrotexniki qurğuda 5000 manat, 15 hidrometrik postda 300 manat, qoruyucu beton kanallarda isə 3876 manat, binalarda isə 4000 min manat dəyərində cari təmir işləri görülmüşdür. Nəqliyyat vasitələrinin saxlanmasına, ehtiyat hissələrinin, yanacaq və sürtgü maddələrinin alınmasına, o cümlədən sürücülərin əmək haqlarının ödənilməsinə 173.3 min manat vəsait sərf olunmuşdur.

Sel-sularının maneəsiz ötürülməsi üçün suvarma kanallarının lildən təmizlənməsinə 239.8 min manat vəsait planlaşdırılmışdır ki, həmin vəsait hesabına da 470 min kbm. lildən təmizləmə işlərinin görülməsi nəzərdə tutulmuşdur.

İstismar tədbirlər planına müvafiq olaraq il ərzində suvarma kanallarında 511 min kbm lildən təmizləmə işləri yerinə yetirilmişdir ki, bununla da 26 km suvarma kanalı lildən təmizlənmişdir. Təmizləmə işlərinin 196 min kbm buldozerlərlə, 315 min kbm isə ekskovatorlarla yerinə yetirilmişdir.

Lildən təmizləmə işlərini suvarma kanalları ilə tək-tək göstərsək, Qorağan kəndi ərazisində yerləşən Ağyerlər suvarma kanalında 98 min kbm, Baydarlı suvarma kanalında 58 min kbm, Tanqıt-Qaysarlı suvarma kanallarında 66 min kbm, Şotavar suvarma kanalında 25 min kbm, Lələli suvarma kanalında 57 min kbm, Zəyəm suvarma kanalında 70 min kbm, Tasmalı-Zəyəm suvarma kanallarında 71 min kbm, Almalı suvarma kanalında 38 min kbm, Ləkit suvarma kanalında isə 28 min kbm olmuşdur.

 

Əsaslı təmir işləri

 

Qax suvarma sistemləri idarəsi üzrə 2010-cu ildə idarənin balansında olan vəsaitlərin əsaslı təmirinə ümumilikdə 608.606 manat sərf olunmuşdur.

Bunlardan 273.711 manatı Qax ingiloy beton kanalının, 21334 manatı İlisu selötürücü qurğunun, 19317 manatı Qapıçay-Qorağan suvarma kanalının əsaslı təmirinə, 40 min manatı istehsalat bazasının (həyətin və avtoqarajların) əsaslı təmirinə, 30465 manatı Kürmük çayda Qax ingiloy kəndini müdafiə edən daş beton bəndin əsaslı təmirinə, 39450 manatı Kürmük çayda İbaxlı kəndini müdafiə edən daş beton bəndinin əsaslı təmirinə, 30 min manatı "T-130" markalı buldozerin əsaslı təmirinə, 154329 min manatı isə Qaxbaş kəndini müdafiə edən bəndin əsaslı təmiri işlərinə sərf edilmişdir. Sərf edilən 608606 manat vəsaitdən 26927 manatı əsaslı təmir işlərini yerinə yetirən sürücü və fəhlələrə əmək haqlarına, 93614 manatı isə material xərclərinə sərf edilmişdir.

Bu işlərdən 126405 manatı idarənin öz gücünə, 482711 manatı isə kənar təşkilatlar hesabına yerinə yetirilmişdir. Ümumilikdə görülən işlərin nəticəsinə baxsaq beton kanallarda 1.3 km, suvarma kanallarında 4.8 km, beton bəndlərdə isə 2033 kbm həcmində əsaslı təmir işləri yerinə yetirilmişdir.

 

 

(ardı gələn sayımızda)

 

Ədalət.- 2011.- 5 iyul.- S. 3.