VƏTƏN
Yaman dil-dil
ötürdük,
Ortaya nə gətirdik?
Qarabağ
deyə-deyə
Qarabağı
itirdik -
Sağ olsun
başın, Vətən!
Ərənlərin hardadı?
Qaçqının çadırdadı.
Eldən
didərgin düşən
Qız-gəlinin
dardadı,
Bir
düşün, daşın, Vətən!
Nə
sarsıl, nə bezik sən,
Get
Şuşanı üzük, sən.
Gəl
yaddan çıxarma ki,
Sən
nadir bir üzüksən,
Qarabağ
- qaşın, Vətən!
Yollar buz
bağlayacaq,
Dərd səni dağlayacaq.
Bu səbir
ki, səndə var
Hələ
çox ağlayacaq
Torpağın, daşın, Vətən!
Çox
dedim dönə-dönə,
İnanma hər yetənə.
İnanıb gördünmü ki,
Vəfasız
çıxdı sənə
Dostun,
yoldaşın, Vətən!
Əsirmi
tutulmusan,
Qolu bağlı qulmusan?
Bu qədər
susmaq olmaz,
Niyə
aciz qalmısan,
Hanı savaşın, Vətən?
BAĞIŞLA, QARABAĞ
Çağırdın, hayına gələ bilmədim,
Axan göz yaşını silə bilmədim.
Yolunda kişi tək ölə bilmədim,
Bağışla, Qarabağ, bağışla məni!
Üzünə çıxmağa daha üzüm
yox,
Qarlı səngərində ayaq izim yox.
Nə
deyim, deməyə elə sözüm yox,
Bağışla, Qarabağ, bağışla məni!
Ananı
satmazlar, səni satdılar,
Qədir-qiymətini ucuz tutdular.
Nə tez
unuduldun, tez unutdular,
Bağışla, Qarabağ, bağışla məni!
Əlçatmaz
dağların göz dağım olub,
Sinəmi göynədən öz dağım olub.
Təsəllim
bir ovuc torpağın olub,
Bağışla, Qarabağ, bağışla məni!
QARABAĞ, AY QARABAĞ!
Qara
baxtın yaman qara yazıldı,
Heç bilmədin harda, hara yazıldı.
İsti
qanla yuyulacaq dərdlərin
Buz nəfəsli varaqlara yazıldı.
Sən səndəki
taleyə bax, baxta bax,
Ay
Qarabağ, Qarabağ, ay Qarabağ!
Vətənsizlər
kül üfürüb gözünə,
Müdam səni vətən sayıb özünə.
İmansızlar danıb dinin, imanın
Gahgir at tək dirəniblər üzünə.
Bu
haqsızlıq sinən üstə çəkib dağ,
Ay
Qarabağ, Qarabağ, ay Qarabağ!
Yuxusunu qarışdırıb
Pənah xan,
Hikkəsindən gözlərinə damıb qan.
Bir gör
kimlər at oynadır Şuşada,
Nə
yatmısan İbrahim xan,
qalx, oyan!
Soruş
niyə viran qalıb baxça, bağ,
Ay
Qarabağ, Qarabağ, ay Qarabağ!
Sozalıbdı rəngi Xarıbülbülün,
Ətri qaçıb hər çiçəyin, hər
gülün.
Nə
vaxtır ki, haray çəkir ruhları
Bu yerlərdə
Üzeyirin, Bülbülün,
Aman Allah,
zillətə bax, zülmə bax,
Ay
Qarabağ, Qarabağ, ay Qarabağ!
Haqq səsini
bir də ucalt,
vətən, sən,
Yağı kimdir? Vətən mənəm,
vətən, sən.
Biz acizik,
eşidilmir sözümüz,
Özün söylə, de,
sən kimə vətənsən?
Qalx
ayağa, bir qalxmısan,
bir də qalx!
Ay
Qarabağ, Qarabağ, ay Qarabağ!
AY BƏNÖVŞƏM!
Axırıncı dəfə Şuşada -
Cıdır düzündə qoxladığım bənövşə
yadıma düşdü. İndi o
gül-çiçək məskəni düşmən
tapdağında qalıb. O gözü yaşlı, sinəsi
dağlı bənövşəm də...
Sən də
qəmli, mən də qəmli,
İkimiz də gözü nəmli.
Kimə
açım dərdlərimi -
Sinə
dağlı, qəlb sitəmlig
Kimlə bölüm, ay bənövşəm?
Yuxum ərşə
çəkilibdi,
Xanimanım sökülübdü.
Çəkdiyimiz
bu həsrətdən
Sənin
boynun bükülübdü,
Mənim
belim, ay bənövşəm!
Yanına gəlmək
istərəm,
Halını bilmək istərəm.
Axıtdığın göz yaşını
Əlimlə
silmək istərəm,
Necə silim, ay bənövşəm?
Qulağım kar, dilim laldı,
Fələk məni oda saldı.
Qəhr elədi
növrağımı
Elim
ağlar günə qaldı,
Necə gülüm, ay bənövşəm?
Yetim qalan
Qarabağım
İndi olub qəm oylağım.
Deyirəm
ki, bundan belə
Nəyə
gərək yaşamağım?..
Budur
zülüm, ay bənövşəm!
PALID VÜQARI
Söyüdü əydilər, əyildi
söyüd,
Palıdı əydilər, dözmədi,
sındı.
Söyüd təkəbbürlə baxıb
palıda
"Bədbəxt
zavallı"nın halına yandı.
Palıd
sarsılsa da dinmədi, susdu,
Açmadı dərdini əsla bir kəsə.
Qanmaz
sayılardı bəlkə qanan da
Özünü qanmaza borclu bilməsəg
Vüqarı, mənliyi uca tutanlar
İbrəti vüqarlı palıddan aldı.
Qaməti əyilmiş
gərəksiz söyüd
Ayaqlar altında sərili qaldı.
YOLLAR
Yollar insana
bənzər,
Yaxşısı var, pisi var.
Hamar olmur sərasər
-
Eniş, yoxuşdu yollar.
Yol var -
dağlardan keçər,
Yol var - çaydan, dənizdən.
Yol var - məskəni
göylər,
Yol var -
yolu duman, çəng
Yol var -
sevinc gətirər,
Yol var - kədər, qüssə, qəm.
Yol var - səni
itirər,
Yol var - sən itirərsən.
Yol
ümiddi, işıqdı,
Arzudu, diləkdi yol.
Ömrə
bir yaraşıqdı -
İnsana gərəkdi yol.
Yol varsa,
yolun da var,
Çəkinmə,
düş izinə.
Dərd
odur ki, bu yollar
Bağlı qala üzünə.
Qoy yollar
açıq olsun,
Yolsuz
qalmasın insan!
Tanrım
bizi qorusun
Yolszluq bəlasındar!
EL ÜÇÜN AĞLAYAN
GÖZ
Deyirlər
ki, kor olar
El üçün ağlayan göz.
Buna
inanmıram mən,
Yox, yox! Yalandır bu söz.
Bu
sözü kim deyibsə,
Düşünməyib, duymayıb.
Bəlkə
də ömrü boyu
Daş daş üstə qoymayıb.
El dərdindən
xəbərsiz
Yeyib, yatıb, kökəlib.
İstəyib bir söz desin,
Bu söz ağlına gəlib.
O, bilməyib
el gücü
Sel gücüdür əzəldən.
Güc,
qüvvət birlikdədir,
Səs çıxmayıb tək əldən.
El-el
üçün yanana
Heç vaxt yaman olmayıb.
El gözdən
salan kəsə,
Əsla aman olmayıb.
El yolunda
çalışan
Ömrü boyu yorulmaz.
El
üçün ağlayan göz
Tutulsa da, kor olmaz.
Əgər
lazım gələrsə
Məlhəm
edib özünü,
El sağaldar
el üçün
Kor olanın gözünü.
BELƏSƏN
Köksüz ağac quruyacaq
tez, ya gec,
Gündə yüz yol ona qulluq eləsən.
Yüz il yaşa, min il yaşa, nə fayda,
Bağlanmasan Vətənə sən, elə sən.
Mütiləşib
yazıq olma qul kimi,
Yatıb qalma ocaq altda kül kimi.
Ətir
saçan çiçək kimi, gül kimi
Yaraşıq ol çəmənə sən,
çölə sən.
Yaxşı adam nəcabətin bildirər,
Pis özünə el-obanı güldürər.
El tənəsi
hər dərddən tez öldürər,
Yaman kimi
düşmə
dildən-dilə sən.
Zirvəsində
dümağ qa rol dağların,
Budağında şirin bar ol bağların.
Ömrün boyu əyilməsin vüqarın,
Ay Tərtərli,
qoy desinlər beləsən.
UTANMA, DİLƏNÇİ!
Yaxandan
yapışıb dilsiz ehtiyac,
Boğur qüssə səni, yeyir qəm səni.
Əlin
fitrə verən əllərə möhtac,
Yaman günə salıb bu aləm səni.
Kömək
istəyirsən ötüb keçəndən,
Peyğəmbər
yolunda,
Allah yolunda.
Tanrıdan
üzmürsən ümidini sən,
Ümidin bir loxma çörək pulunda.
Mənliyin
sıxılır, vüqarın sınır,
Görünür, bu sənin öz qismətindir.
Küskün taleyinə ürəyim yanır,
Tale yazısından qaçmaq çətindir.
Çox
vaxt utanırsan,
söz tutmur dilin,
Keyidir alnını xəcalət təri.
Qolların
boşalır, gizlənir əlin,
Görən
duyan azmı bu səhnələri?...
Utanma dilənçi,
yox, sən utanma,
Nə alsan, bu yolla ala bilərsən.
Buna
haqqın vardır, dilən, utanma,
Utansan, acından ölə bilərsən.
Kefindən
etmirsən sən bunu,
nə qəm,
“Ehtiyac qul edər qəhrəmanı da".
Dərd
budur,
dilənib yığan görmüşəm,
Quş iliyi də var, can dərmanı da.
Milyonçu olsa da, dilənir yenə,
Utanıb çəkinmir öz əməlindən.
Dilənçi
demərəm,
vallah, mən sənə,
Dad, həzər
milyonçu dilənçilərdən!
Utanma dilənçi,
yox, sən utanma,
Nə alsan, bu yolla ala bilərsən.
Buna
haqqın vardır, dilən, utanma,
Utansan, acından ölə bilərsən.
AĞLAYIN
Ağlamayın hər dünyadan köçənə,
Öz yolunu doğru-dürüst seçənə.
Sağlığından kəfənini biçənə,
Diri ikən ölənlərə ağlayın.
Min illərlə
yaşayan var iziylə,
İsinirik ocağıyla, közüylə.
Doğulandan bu dünyaya özüylə
Dərd gətirib gələnlərə
ağlayın.
Bu həyatdır
- yaxşı da var, yaman da,
Yollarında çiskin də var, duman da.
Ağlamayıb,
ağlamalı zamanda
Arsız-arsız gülənlərə
ağlayın.
Xoş əməldir
insanları yaşadan,
Yaşayanda insan kimi yaşa, yan!
Bu
dünyada tək özüyçün yaşayan -
Bölünməzi bölənlərə
ağlayın.
QORXURAM
Göy
tutulub, yenə nəsə qorxu var,
Tufan qopsa, titrəyəcək göy otlar.
Aman allah, nərə çəkir buludlar,
Buludların
dolmasından qorxuram.
Qarşısını kim alacaq sellərin,
Tüğyan edən küləklərin, yellərin?
Şaxta
vuran çiçəklərin, güllərin
Vaxtından tez
solmasından qorxuram.
Borcu
çoxdur
qanmazlara qananın,
Halına yan dərd içində yananın.
"Oğul" - deyib nalə çəkən
ananın
Saçlarını yolmasından qorxuram.
Yaxşı dərk et, bu
dünyanı düz tanı,
Ev yıxanlar nə qazanıb, de, hanı?
Cüt
ayaqlı ilanların insanı
Gürzədən pis
çalmasından
qorxuram.
Satan
azmı ar-namusu, qeyrəti,
Pulda görən kişiliyi, hörməti.
Pambıqla
baş kəsənlərin rüşvəti
Gülə-gülə almasından qorxuram.
Böhtanlardan yapsan belə
yüz qala,
Düzlüyündə qalacaqdır düz, bala.
Yox,
qorxutmaz məni
yalan söz, bala,
Yalanın düz olmasından qorxuram.
QƏDİR TƏRTƏRLİ
Ədalət.-
2011.-6 iyul.- S.4.