ŞABRANIN XOŞ GÜNLƏRİ...

 

... Ötən yazılarımızda Şabranda gedən yenidənqurma, abadlıq və tikinti işləri ilə əlaqədar danışmışdıq. Yazmışdıq ki, Şabranda çox böyük abadlıq və quruculuq işləri sürətlə davam edir. Hər bir işin yöndəmini tapandan sonra istər-istəməz insan istəyinə qovuşur...   

   Bu gün Şabranda kənd təsərrüfatı sahəsində də iri addımlar atılır, əsaslı işlər görülür. Bir sözlə, rayonda kənd təsərrüfatının işləri üçün ardıcıl tədbirlər davam edir. İlk növbədə taxıl və arpa əkininə böyük diqqət yetirilib. Cari ildə 9950 hektar sahədə payızlıq taxıl əkilib. Bu da əvvəlki ildən 77 hektar çoxdur. Toxumun yaxşı olmasından çox şey asılıdır. Yəni toxum keyfiyyətli olanda, yaxşı olanda məhsuldarlıq da yüksək alınır. Elə buna görə də rayonda fermerlərin məhsuldar toxumla təmin edilməsi üçün "Zaman NM" toxumçuluq təsərrüfatı yaradılıb. 

  

   Üzüm bağları salınır...  

  

   Üzüm kənd təsərrüfatında ən gəlirli sahələrdən sayılır. Sovet dönəmində üzümçülüyün inkişafına xüsusi diqqət yetirilirdi. Amma sonradan nədənsə bu xeyirli təsərrüfat sahəsi unuduldu, hətta əksər rayonlarda üzüm plantasiyaları dağıdıldı. Hansı ki, sovet dönəmində üzümçülüklə məşğul olan rayonların əhalisi çox yaxşı dolanırdı. Adam var idi ki, ilin sonunda o vaxtkı pulla 30-40 min manat daha çox pul qazanırdı. Bu pulla etmək olmurdu?! Həmin pulla insanlar özlərinə ev tikir, maşın alır, övladlarına toy edirdilər. Bir sözlə, camaatın dolanışığı yaxşı idi.  

   Elə həmin ənənələri davam etdirərək bu gün rayonda üzümçülüyün inkişafına xüsusi diqqət yetirilir. Təkcə bu ilin yanvar-mart aylarında 70 hektar sahədə yeni üzüm bağları salınıb. Bununla da Şabranda üzüm plantasiyalarının ümumi sahəsi 270 hektara çatıb. Son üç ildə rayonun Ağbaş, Gəndov, Aygünlü kəndlərində yüzlərlə hektar üzüm bağlarının salınmasına ciddi hazırlıq işləri aparılır. Rayonda meyvə bağlarının artırılması da diqqət mərkəzində saxlanılır. Belə ki, son üç ildə meyvə bağlarının sahəsi 336 hektar artaraq 1234 hektara çatıb.

  

   Fiziki hüquqi şəxslərə kömək göstərilir  

 

   Rayonda "Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar olaraq, əkinçiliklə məşğul olan 2298 nəfər hüquqi fiziki şəxsləri 6814 hektar əkin sahəsinə görə 272,6 min manat yardım edilib. Eyni zamanda, biçin zamanı da bu məqsədlə nəzərdə tutulmuş yardımlar verilir. Bu isə o deməkdir ki, dövlət yardımından bütün təsərrüfat adamları, fermerlər, hüquqi fiziki şəxslər bəhrələnirlər. Elə bunun nəticəsidir ki, heyvandarlıq məhsulları ötən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz artıb. Müvafiq qaydada ət istehsalı 1,9 min ton, süd istehsalı isə 8 min ton çoxalıb. Deməli, hər bir görülən tədbir zaman-zaman öz müsbət nəticəsini verməkdədi.   

   

   Yeni rabitə sistemləri  

  

   Şabranda Elektron Avtomat Telefon Stansiyalarının quraşdırılması davam edir. Artıq Uzunboyad kəndində yeni ATS-in tikintisinə başlanılıb. Bununla da rayon mərkəzinə əlavə 13 kənd elektron ATS ilə 2304 şəhər, 1932 kənd, ümumilikdə 4236 telefon abunəçisinə yüksək səviyyədə xidmət göstərilir. Peyk rabitəsi vasitəsi ilə 84 telefon istifadə olunur. Rayon üzrə hər 100 ailəyə 34 telefon xidmət edir. Bir faktı da qeyd edək ki, Şabran şəhər Elektron ATS-in binası Şabran rayon Telekommunikasiya Qovşağının binalarının əsaslı təmiri başa çatmaq üzrədir. Yaxın zaman kəsiyində rayonun Qarabağlı Güləmli kəndlərində elektron ATS-lərin tikilib istifadəyə verilməsi planlaşdırılıb.   

  

   Təhsilə diqqət  

 

   Rayonda təhsilin tədrisin inkişafı ön plana çəkilib. Belə ki, aparılan təhsil islahatları onu deməyə əsas verir ki, yeni nəslin milli ruhda böyüməsi cəmiyyətdə lazımlı şəxsiyyət kimi yetişməsi üçün rayon məktəblərində böyük işlər görülür. Bir sözlə, Şabranda təhsilin inkişafı mütəmadi olaraq diqqət mərkəzində saxlanılmaqla ona böyük qayğı göstərilir. Hətta rayon icra hakimiyyətinin başçısı rayondakı bir çox məktəblərə özü baş çəkib həmin məktəblərdə lazımi təmir işlərinin görülməsini tövsiyə edib. Bir millətin öncə təhsili inkişaf etməlidir ki, digər sahələrə bu öz müsbət nəticəsini göstərsin. Əlbəttə, rayondakı məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istedadlı kadrların məktəblərdə işləməsi böyük önəm kəsb edir. Müəllim təcrübəli olanda onun şagirdi aydındır ki, savadlı olacaq. Açıq dərslərin keçirilməsi eyni zamanda, məktəblərdə tez-tez yoxlama komissiyalarının olması bu məsuliyyəti bir qədər artırır. Elə ona görə Şabranda təhsilin müasir tələblərə uyğun qurulması üçün bu gün böyük işlərə start verilir...

  

   Səyyar qəbullar

  

   Biz Şabran rayon icra hakimiyyətinin binasında olarkən öyrəndik ki, icra başçısı Novruz Novruzov qəbula gələnləri elə birinci mərtəbədə dinləyir onlara lazımi köməklik göstərir. Təbii ki, icra hakimiyyəti başçısının qəbuluna gələn hər bir insan böyük ümidlə gəlir. Yəni ən azından həmin insanların problemi dinlənənədə, onlara qarşı diqqətli olanda bu insanların prezidentə, dövlətə prezidentin rayondakı səlahiyyətli nümayəndəsi olan icra başçısına inamı bir qədər artır. Tam səmimiyyətlə deyə bilərik ki, rayon icra hakimiyyətinin başçısı çox gözəl ziyalı olan Novruz Novruzov qəbula gələn insanların hamısını diqqətlə dinəlyir bacardığı köməkliyi onlardan əsirgəmir. Qəbula gələn yaşlı bir kişi dedi ki, çox sağ olsun, Novruz müəllim məni dinlədi problemimi həll etdi. Belə olanda biz sadə insanlar da sevinir özümüzü rahat hiss edirik.  

   Rayon icra hakimiyyətinin başçısı vətəndaşları təkcə icra hakimiyyətinin binasında qəbul etməklə kifayətlənmir. Başçı rayonun məsul şəxsləri ilə tez-tez kəndlərdə yaşayış məntəqələrində olur, əhali ilə səyyar görüşlər keçirir. Bu görüşlərin sayı çoxdur. Sadəcə olaraq, insanlar görəndə ki, icra hakimiyyətinin başçısı Novruz Novruzov xalqın, el-obanın içində olur istər-istəməz onların da başçıya inamı hörməti birə-beş artır. Həmin görüşlərdən qazanan sadə insanlar olur. Çünki o qəbullarda onların bir çox problemləri çözülür, qarşıya çıxan çətinlikləri zaman-zaman öz həllini tapır...

  

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2011.- 12 iyul.- S.3.