VƏTƏNİN AĞDAM ADLI ÜMİD QAPISI

 

   (Əvvəli ötən sayımızda)

  

   Zəruri məsələlər 

  

   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq rayonda bir sıra tədbirlər həyata keçirilmişdir. Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi prinsiplərinin tələblərinə müvafiq olaraq problemlərinin öyrənilməsi, respublikanın regionlarında məskunlaşmış məcburi köçkün ağdamlıların siyahılarının düzgün və dəqiq uçotunun aparılması, bu sahədə hesabatların vaxtında verilməsi, ayrı-ayrı təşkilatlar tərəfindən göndərilmiş humanitar yardımların qəbulu, bölüşdürülməsi, məcburi köçkünlərə çatdırılması, onların məskunlaşdığı evlərdə təmir işlərinin aparılması, imkansızlara əlavə qayğı və diqqət göstərilməsi əsas vəzifələrdəndir.  

 

   Sahibkarlığın inkişafına xüsusi diqqət 

  

   Rayonda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir. 2011-ci ilin birinci yarısı ərzində 331 nəfər fiziki, 35 nəfər isə hüquqi şəxs qeydiyyatdan keçmişdir. Onlar biznesin xidmət, ticarət və emal sahəsi ilə məşğul olurlar. Rayonda əhalinin maddi rifah halının yaxşılaşdırılması, məhsul bolluğu yaratmaq üçün sahibkarlara əlverişli şərait yaradılmışdır.   

   Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi 80,4 faiz təşkil edir. Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün onlara güzəştli mikro kreditlərin verilməsinə yerli bank filialları və kredit təşkilatları köməklik göstərirlər. Bu ilin 6 ayı ərzində 1154 nəfərə 784 min manat mikro kredit verilmişdir. 

  

   Aqrar sahənin özünəməxsusluğu  

  

   Son illər Ağdam rayonunda kənd təsərrüfatının da inkişafı diqqəti cəlb edir. Kənd təsərrüfatı məhsulları istehsalının artmasına dövlət dəstəyinin olması, sahibkarlara kreditlərin verilməsi, əkinçilərə istifadə etdikləri motor yağları yanacağa görə haqların ödənilməsi, yüksək reproduksiyalı toxumların cins mal-qaranın əldə edilməsində güzəştlərin olması hesabına kənd təsərrüfatının inkişafı üçün əlverişli zəmin yaranmış, bu sahəyə diqqət artmışdır.

      Ağdam inkişaf etmiş kənd təsərrüfatı rayonu olduğundan taxılçılığa xüsusi fikir verilir. Dövlət Proqramı (2009-2013-cü illər) qəbul edildikdən sonra bu sahə yenidən ön plana çəkilmişdir. Əgər 2010-cu ilin məhsulu üçün 19125 hektar sahəyə taxıl səpilmişdisə, 2011-ci ilin məhsulu üçün 19511 hektar sahədə taxıl əkilmiş, biçinin ilkin gedişatında məhsuldarlıq 29 sentner civarında olmuşdur.

  

   Sosial məsələlərin uğurlu həlli  

  

   Rayon əhalisinin həyat şəraitinin yaxşılaşdırılması elektrik enerjisi, təbii qaz su ilə təminatının ödənilməsi sahəsində rayonda ardıcıl tədbirlər həyata keçirilir. Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədi ilə 2011-ci ilin 6 ayında 41 ədəd güc transformatorları yarımstansiya avadanlığı təmir edilmiş, bu məqsəd üçün 5365 kq xüsusi yağ sərf olunmuşdur. Gəncə transformator sexində 3 ədəd transformator təmir olunub istifadəyə verilmişdir. Şəbəkə öz gücü ilə 2145 ədə DDS-26 tipli sayğac quraşdırmış, 25311 met 2x10 markalı kabel çəkmişdir. Rayon fasiləsiz elektrik enerjisi ilə təmin olunur.  

   Əhalinin təbii qaza təminatının yaxşılaşdırılması üçün həyata keçirilən təbdirlər nəticəsində bu il İmamqulubəyli, Eyvazlı, Çullu, Təzəkənd, Hacıməmmədli, Evoğlu, Əfətli, Qaradağlı, Rzalar kəndləri, Quzanlı yeni qəsəbə, Təzəkənd qəsəbə digər yaşayış məntəqələrinin təbii qazla təminatı başa çatdırılmışdır. Hazırda Mahrızlı, Zəngişalı Ayaq Qərvənd kəndlərində qaz çəkilişi davam etdirilir.   

   Əhalinin içməli suvarma suyuna olan tələbatının ödənilməsi məqsədilə bir sıra tədbirlər hazırlanıb həyata keçirilir. Su-kanal idarəsi Birinci Dördyol qəsəbəsində Kolqışlaq kəndində içməli su üçün subartezian quyuları qazmışdır. Təzəkənd qəsəbəsində 600 metr yeni su xətti çəkilmiş, 54 ədəd su nasosu, 35 ədəd transformator təmir olunub istifadəyə verilmişdir.

  

 

  (ardı gələn sayımızda)

 

 Məzahir ƏHMƏDOĞLU

 

 Ədalət.- 2011.- 20 iyul.- S.3.