"SON SÖZ RİNQDƏ DEYİLİR..."

 

  Bu sözləri bizimlə söhbətində Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, millət vəkili, professor Ağacan Abıyev dedi

 

  - Ağacan müəllim, son vaxtlar Azərbaycan boksunda müəyyən irəliləyişlər hiss olunur. Sirr deyil ki, əvvəllər boksumuzun uğurları o qədər də çox deyildi. Düzdür, Azərbaycanın öz boks ənənəsi var və müəyyən zaman kəsiyində böyük uğurlar qazanılıb. Amma o da aydındır ki, boksçularımız nədənsə arada büdrədilər...  

   - Əlbəttə, çox yaxşı dediniz ki, Azərbaycanın öz boks ənənələri var. Bu da təsadüfi deyil. Çünki bizim boksçular həm Avropa, həm Dünya çempionatlarında, həm də Olimpiyadalarda nəyə qadir olduqlarını dəfələrlə sübut ediblər. Təbii ki, axsamalar və zəif nəticə bütün ölkələrin boksunda var. Bizdə də bu məsələlər bir balaca özünü göstərən kimi, çıxış yolu tapdıq və yığmamıza Kubadan məşqçilər korpusu dəvət elədik. Bundan sonra müəyyən irəliləyişlərə və müsbət nəticələrə nail olmaq mümkün oldu.   

   - Əvvəllər boksun inkişaf etdiyi ölkələrin idmançıları bizim boksçulara yuxarıdan aşağı baxırdılar. Bəs indi necə, onlar yenə boksçularımıza yuxarıdan aşağı baxırlarmı?  

   - Boksda qazandığımız böyük uğurlar boksun inkişaf etdiyi ölkələrin bizə hörmətlə yanaşmasına gətirib çıxarıb. Yəni artıq Rusiyada da, Kubada da, Qazaxıstanda da, ABŞ-da da və elə qardaş Türkiyədə də yaxşı bilirlər ki, bizdə boks son vaxtlar necə sürətlə inkişaf edib. Heç insaf naminə deyək ki, əvvəllər də onlar bizə yuxarıdan aşağı baxmayıb və həmişə boksçularımıza hörmətlə yanaşıblar.

   - Azərbaycan bir neçə mötəbər yarışlara və beynəlxalq turnirlərə ev sahibliyi edib. Sizcə, bu təsadüfdür, yoxsa qanunauyğun bir haldır?  

   - Burda təsadüf heçyoxdur. Bütün dünya görür ki, Azərbaycanda idmanın inkişafına çox böyük qayğı var. Əvvəllər bu qayğını Ulu Öndərimiz Heydər Əliyev tərəfindən görürdük. İndi isə hörmətli prezidentimiz İlham Əliyev idmanın bütün növlərinin inkişafına böyük köməklik göstərir. Hər şey göz qabağındadı. Görün son vaxtlar ölkəmizdə nə qədər möhtəşəm İdman Kompleksləri və Olimpiya Mərkəzləri inşa edilib. Bu o deməkdir ki, Azərbaycan sürətli bir inkişaf mərhələsi yaşayır.   

   - Düz deyirsiniz, Ağacan müəllim, həqiqətən də bu gün nəinki Bakıda, eləcə də digər şəhər və rayonlarda çox böyük idman kompleksləri inşa edilib. Bu idman kompleksləri onu deməyə əsas verir ki, idmanın hər bir növü ilə məşğul olmaq üçün regionlarda belə gözəl şərait yaradılıb. Sizcə, belə bir əlverişli mühitdə daha güclü idmançılar yetişə bilərmi?  

   - Elə idmançının yetişməsi və böyük uğurlara imza atması üçün ilk növbədə şərait yaratmaq lazımdır. Əgər bir idmançı üçün məşq zamanı adi bir şərait yoxsa, o gərgin məşqlərdən sonra duş qəbul eləyə bilmirsə və orda istirahətini düzgün qurmursa təbii ki, bu idmançının bir çox problemləri üzə çıxacaq. Gərək idmançı üçün bütün şərait yaradılsın və bundan sonra ondan nəsə tələb olunsun. Bax, onda hər şey daha yaxşı nəticə verə bilər.   

   - Sirr deyil ki, Azərbaycan boksçularından ibarət yığmamızın yeni heyəti xeyli gəncləşdirilib. Sizcə, bu nə ilə bağlıdır? Yaşlı idmançılar formadan düşüb, yoxsa ümidi doğrultmurlar?  

   - Hər bir idmançının müəyyən inkişaf dövrü var. Bir də görürsən ki, biri rinqdə bir neçə il gözəl döyüşür, DünyaAvropa çempionu olursonra da arxayınlaşaraq məşq eləmir, məşqçilərin sözünə baxmır və özü bildiyi kimi, hərəkət eləyir. Bu zaman da onun çəkisi artır və boksçu öz əvvəlki formasını itirir. Bizdə də belə şöhrətdən başı gicələnən və çəkisi normadan çox olan boksçular vardı. Onlarla biz xudahfizləşdik. Yəni artıq məşqçini saymayanözü bildiyi kimi, hərəkət eləyən boksçuya bizdə yer olmadı. Onların əvəzinə isə daha gənc və fiziki cəhətdən güclü boksçuları yığma komandaya cəlb elədik.   

   - Bəs onlar sizin ümidləri doğrulda bildilərmi?  

   - Təbii ki, gənc idmançıların gələcəyi daha parlaqdı. Amma onlar məşqçilərin tövsiyələrinə qulaq assalar, öz üzərlərində işləsələr əziyyət çəksələr gələcəkləri lap yaxşı olacaq. İlk döyüşlərdə bu boksçuların bir neçəsi artıq özünü doğruldub. Döyüşdən-döyüşə isə gənc boksçular bir qədər təcrübə toplayıb, ustalıqlarını artırıb rinqdə qələbəyə bir addım da yaxınlaşırlar. Ümumiyyətlə, gənclərə tək mənim deyil, yığmanın baş məşqçisinin böyük inamı var.   

   - Bu yaxınlarda Rusiyanın Qroznu şəhərində məktəblərarasında boks üzrə Avropa birinciliyinə yekun vurulub. Həmin yarışda boksçularımızın uğurları sizi qane edibmi?  

   - Rusiyanın Qroznu şəhərində boks üzrə keçirilən Avropa çempionatında məktəblilərimiz çox böyük qələbəyə imza atıblar. Komandamız yarışda 2 qızıl, 1 gümüş 7 bürünc medal qazanıblar. Boksçularımızdan Tayfur Əliyev (50 kq) Rövşən Musayev (59 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Hər iki boksçumuz finalda Rusiya boksçularını məğlub ediblər. Boksçumuz Elvin Məhərrəmov həlledici görüşdə Boqdan Krayevə uduzaraq gümüş medala sahib olub. Pərviz Quliyev (40 kq), Elməddin İsmayılov (40,5 kq), Sərxan Əliyev (46 kq), Həsən Abbasov (48 kq), Ənvər Qarayev (56 kq), Hüseyn Tarıverdiyev (62 kq) Təbriz Hacızadə (68 kq) isə qitə birinciliyindən bürünc meddala vətənə dönüblər. Yarışa 14 boksçu ilə yollanmış yığmamız ümumi komanda hesabında üçüncü yeri tutub.   

   - Avqust ayında ölkəmiz çox möhtəşəm Dünya çempionatına ev sahibliyi edəcək. Yeniyetmələr arasında Dünya çempionatının Bakıda keçirilməsi təsadüfi deyil. Siz bu çempionatdan gözləyirsiniz?  

   - Öncə onu qeyd edim ki, Azərbaycan Boks Federasiyasının prezidenti hörmətli Kəmaləddin Heydərov rəhbərliyə gələndən sonra çox böyük dəyişikliklər baş verib. Boksumuzun maddi texniki bazası möhkəmlənib eləcə benəlxalq əlaqələri daha da artıb. Artıq dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycanda boksun inkişafı ilə bağlı məlumatlara malik olmasın. Dünyanın çox mötəbər adamları idman xadimləri ölkəmizdə yaranmış yüksək şəraitə görə, həmişə bizə minnətdarlıq eləyiblər. Çünki ölkəmiz əvvəllər bir neçə mötəbər beynəlxalq boks yarışlarına ev sahibliyi edib təşkilatçı kimi federasiya rəhbərliyindən o cümlədən bizdən çox razılıq ediblər. Bu cür tədbirlərin keçirilməsi bir qayda olaraq ölkə prezidenti hörmətli İlham Əliyevin həmişə diqqət mərkəzində olub. Bakıda keçiriləcək yeniyetmələrin boks üzrə Dünya çempionatına da böyük hazırlıq işləri görülüb. Demək olar ki, bu işlərin çoxu artıq başa çatıb.   

   - Elə bil sözümüz bir qədər tamamlanmadı...

   - Fikrimi yarımçıq qoymayacağam. Bu mötəbər yarışdan Dünya çempionatından biz çox şeylər gözləyirik. Ən azından belə bir mötəbər yarışın Azərbaycanda keçirilməsi böyük idman hadisəsi kimi tarixə düşəcək. O ki, qaldı boksçularımızın rinqdəki döyüşünə ona da böyük ümidlər bəsləyirəm. Çünki artıq xeyli vaxtdır boksçularımız Dünya çempionatına çox ciddi hazırlaşır gərgin məşqlər edirlər. Son söz isə həmişə rinqdə deyilir... 

     

 

   Faiq QİSMƏTOĞLU

 

   Ədalət.- 2011.- 22 iyul.- S.4.