ONLAR VƏ MƏMLƏKƏTİMİZ
"Onlar və məmləkətimiz" proyektinin
davamı olan bu yazılarımızda da məqsədimiz
özümüzün kim olduğumuz haqqında
yazılananlara dayanaraq davam etməkdir. Biz
araşdırıcı deyilik və bir yazar olaraq bizim
haqqımızda olan fikirlər də bizim üçün
maraq doğurmaya bilməz. Təbii ki, bu gün bəxtəvərliyimizdir
ki, həm dünyada, həm də qonşu Türkiyədə
bizim kimliyimiz daha çox söhbət yaradır və bu da
bizi sevindirməyə bilməz. Yüz illər sonra da
güman ki, bu məsələ yada düşə bilər və
buna qəti hökm vermək qənaətimiz yoxdur. Amma bu
yazılarda ayrı-ayrı yazar və ya qeyri-yazar insanların
məmləkətimiz və bizlər haqqında
görüşləri bizim üçün yad
olmamalıdır. Və gələcək
araşdırıcılar üçün bu gün
yazılanlar bir fakt olaraq diqqəti çəkəcək.
ALƏM
KAZİMOV YOX,
ƏFƏNDİLƏR
Azərbaycanın adlı-sanlı
Muğam sənəti nümayəndələrindən biri
olan Alim Qasımov, sənət dostları- tarzən Mənsuroğlu
və bir başqa Mənsuroğlu olan Elşad Mənsuroğlu
ilə Ankara və İstanbulda oldular. Dünyanın bir
çox musiqi mükafatlarını almış, muğam
ustası Alim Qasımovun səsi muğam sənətində
nadir səslərdən biridir.
Alim Qasımovun rəhbərlik
etdiyi muğam üçlüyü Türkiyə Mədəniyyət
Nazirliyi və heyrət doğuran bir şey ki, Ankaradakı
Fransız Mədəniyyət Dərnəyi tərəfindən
dəvət olunmuşdular. Mən belə
düşünürəm ki, əsasında elə Alim
Qasımovu bu Fransız Mədəniyyət Dərnəyi dəvət
etmiş olar, ona görə ki, bəlkə də Ankarada Alim
Qasımovu heç tanımırdılar bu vaxta qədər və
elə bu yazı da bu tanış olmamanın bir təsdiqi
kimi bir şeydir.
Xüsusi olaraq
Fransada və başqa yabançı ölkələrdə
Muğam sənətini tanıdan və dəfələrlə
dünya ölkələrinə sənət səfərlərində
olan bu Muğam üçlüyü Muğam sənətinin ən
heyrətləndirici ifaçıları olaraq qiymətləndirilir
dünya musiqi biliciləri tərəfindən.
1994-ci ilin aprel
ayının 17-sində Türkiyənin dövlət televizyon
kanalı olan TRT-1"də "Axşama doğru" məşhur
bir verilişdə ki, onu da bizim Bakıda da seyr eləyirlər,
Ləvənt xanım adlı bir aparıcı ki, Türkiyənin
çox tanınmış bir ziyalı ailəsində
çıxıb, qonaq elədi bu
üçlüyü.Bu verilişdə Muğam sənətinin
bəzi tərəfləri sual-cavab olundu ki, Türkiyədə
bu Muğam deyilən şey yoxdur, amma bir uzun hava deyilən
şey var ki, bu da elə muğamdır. Çağdaş
Türkiyə bu Muğamı yadlaşdırb özünə,
amma onun müqayisə olunmaz nümayəndələri
varmış bir zamanlar.
Heç şübhəsiz Ləvənt
xanımın Alim Qasımova və onun sənət
dostlarına bu münasibəti hörmətə layiqdir.
Amma... ah, bu amma olmasaydı.
Mən heç anlaya bilmirəm. Türk dilindəki bütün hərflər və
bütün sözlər Azəri türkcəsində eynən
var və ya əksinə. Belə olduğu təqdirdə necə
ola bilir ki, tanınmış bir aparıcı və
tanınmış bir ailədən çıxan xanım bu
gözəl sənətçinin ad və
soyadını təhrif edərək tələffüz etdi
bütün gecə boyu.
Ucun tutub getdi ucuzluğa və Alim
Qasımovu Aləm Kazımov olaraq tanıtdı
tamaşaçılara. Bir dəfə yox, iki dəfə yox,
elə bütün veriliş boyu beləcə söhbət
etdi.
İndi baxın,Türkiyə
Türkcəsində Alim sözü də var, Qasım
sözü də... Hətta Türkiyədə məşhur
bir səmt var: Qasımpaşa və məşhur bir mahnı
da var "Qasımpaşalıyam mən, əli
maşalıyam mən.... "
Amma hörmətli xanım əfəndi
türklər demişkən elə hey Kazım dəyərək
tutdurdu getdi...
Aləm dəyərək qaza
basdı...
Alim Qasımovun adını və
familyasını olduğu kimi demək belə çətinmiş
yəni?
Təbii, bu
yanlışlıq yalnız burada bitsəydi nə vardı
ki... bir neçə gün əvvəl "Cümhuriyyət"
qəzeti bir xəbər çap etmiş və bu xəbərdə
yazırdılar ki, Azərbaycanın tanınmış
muğam ustaları Türkiyəyə gələcək.
Kimmiş bu tanınmış muğam ustası: Alem
Kazımov.
Qəzet eynən belə
yazır":Fransada böyük şöhrət
qazandıqdan sonra ABŞ və Avropada verdiyi konsertlərlə
millətlərarası bir şöhrətə sahib olan sənətçi
Aləm Kazımov ilk dəfə gələcəyi Türkiyədə,
Ankarada Milli Təhsil Nazirliyinin salonunda 20 Apreldə bir konser
verəcək. "
Bir şeyi mən burada söyləmək
istəyirəm. Düşünürəm ki, Azərbaycanda
heç bir jurnalist və heç bir televiziya
aparıcısı heç bir türk sənətkarına
belə bir münasibətə yol verməz.
Burda qəribə bir şey də
diqqətimi çəkdi. Bütün veriliş boyu Alim
Qasımova Aləm Kazımov kimi müraciət olunsa da, Alim
Qasımov bir dəfə də dönüb o xanıma söyləmədi
ki, a balam mənim adım, familyam belədi.
Elə hey güldü...Və
oxudu.
Amma necə oxudu...
Əlində qaval, bardaş qurub
oxuyan Alim Qasımov həqiqətən bir aləm
yaratdı...
TOFİQdən rus olmaz...
Azəri türklərinin X1X
yüz ildə yaşayıb-yaratmış bir gözəl
aşığı var:Abbas Tufarqanlı. Aşıq Abbas
Tufarqanlının bir misrası var. Bu günlərdə bir
televiziya verilişinə baxarkən, həmin misra yadıma
düşdü və onu da deyim ki, bu misra elə hey yadıma
düşür bu Türkiyədə...
Türk şəxsi kanallarından
olan ŞOV və Star televiziyasında Dünya Birinciliyilə
bağlı bir proqram göstərildi.
Və bu verilişə baxa-baxa yenə
də Abbas Tufarqanlını xatırladım və onun bu
misrası düşdü yadıma:
Desəm öldürərlər,
deməsəm ölləm...
Soruşula bilər: futbol hara, Abbas Tufarqanlı hara?
Futbol tarixinin yadda qalan məqamları
və hadisələri məncə bir o qədər də
çox deyil. Və bu hadisələr və olanlar haqqında
gözəl bir proqram hazırlayan hər iki kanalda da göstərilən
bu veriliş həmin nadir hadisələrin bir yerə
toplanıb montaj olunması nəticəsində
alınmışdı.
Futbol azarkeşləri səhv etmirəmsə
1966-ci ilin dünya birinciliyi final oyunlarını gözəl
xatırlayırlar və Azərbaycanlı azarkeşlər
heç unutmazlar bunu bilirəm.
Almaniya və İngiltərə
yığma komandalarının final oyununda böyük bir
hadisə yaşandı və bu hadisə sonradan futbol tarixinə
elə girdi ki, hətta Türk televiziyası da buna yad gözlə
baxa bilmədi.
Bu oyunda bir qol məsələsi
vardı.
Həmən bu qol İngilis
komandasının taleyini həll etdi.
O zamanlar dünya mətbuatı və
dünya televizyonu bu hadisəni dəfələrlə göstərdi.
Yazılar yazıldı. Bu qol dünya televizyonlarında bir
star sənətçinin konserti kimi təkrar-təkrar
göstərildi.
Bu qol İngiltərəyə
Dünya Kubokunu gətirdi.
Bu mübahisəli və son dərəcə
riskli qol Azəri türk HAKİM Tofiq Bəhramov tərəfindən
təsdiqlənmişdi o zaman.
Xatırlayırsınız bu qola
etiraz edən almanlar o zaman Tofiq Bəhramovun üstünə
necə yüyürdülər, necə hucum etdilər ona,
sanki müharibə edirlərmiş kimi...
Tofiq Bəhramov inadından dönmədi...
Azəri oğlu azəri
olan, daha başqa sözlə desək türk oğlu türk
olan Tofiq Bəhramov Türkiyədə göstərilən bu
verilişlərin hər ikisində də RUS HAKİM OLARAQ təqdim
olunanda mənim əsəblərim dözmədi,vallah.
Yüzdə yüz azəri olan və
ya azəri türkü olan Bakıda doğulan adı Tofiq
familyası Bəhramov olan adamın harası RUS olurmuş,
Allahım?
Bu qədər də saymamazlıq
olarmı?
Axı,bu Tofiq sözü təmiz
türk sözüdür,ən azından....
Axı,bu Bəhram sözü
türk sözüdür,ən azından...
Tofiq Bəhramov
hardan Rus hakimi oldu, qardaşlar?
Ekonomik münasibətlər mədəniyyət qədər
dəyərlimi?
Tanınmış yazar Altemir Kılıç bəyəfəndinin
(Altemir Kılıç "Türkiyə" qəzetinin
yazarıdır, həm də "Ortadoğu" qəzetinə
də yazılar yazırdı )
"Alma-Atada iki gün" adlı silsilə yazısı
çap olundu. Bu yazını oxudum və mənim
düşündüklərimi ifadə elədiyi
üçün öz yazım kimi dəyərləndirdim.
Və üstəlik də
düşündüm ki, yahu bu yazını bəlkə elə
mən yazmışam. İmzanı səhv
qoyublar. Xüsusiylə bu silsilə
yazının son hissəsini oxuyarkən tam mənim
düşündüklərimlə o qədər yaxın idi
ki... inanın çox rahatladım.
Hörmətli
Altemir Kılıç bəyəfəndi bu silsilə
yazının son bölümünə belə bir ad
vermişdi:
"Ekonomik münasibətlər mədəni
münasibətlər qədər dəyərlimi?"
Bir qəzetçi və oxucu olaraq mən söz
sırasına çox fikir və dəyər verən bir
insanam. Ayrıca olaraq Türk mətbuatında
bu söz məsələsi o qədər ucuzlaşıb ki,
bu hal adamın lap gözünün içinə girir. Təbii,belə bir vəziyyət bu ölkənin
öz yazarlarının işidir. Mənimlə
nə əlaqəsi.
Amma biz bu məqalədəki
söz sırasına bir də baxaq:
"Ekonomik münasibətlər mədəni
münasibətlər qədər dəyərlimi?"
Mən bir oxucu olaraq sənət, mədəniyət
və ədəbiyyat məsələlərinə
üstünlük verən birisiyəm. Bu sahəni
çox sevdiyimdən və bu sahəni bir az
bildiyimdən deyil bu. Bu da bir xəstəlikdir bəlkə. Bəlkə də bir çoxlarının dediyi kimi
bu da bir SOSİALİZM qalığıdır.
Qoy belə olsun.
Amma, hörmətli Altemir Kılıç Türkiyənin
ən tanınmış və ən qocaman qəzetçilərindən
və yazarlarından biridir və üstəlik də
görüşlərinə görə fərqlənir.
Düşünürəm ki, bəlkə də bir
başqa qəzetçi Türkiyədə bu söz
sırasını belə yazırdı:
" Mədəni münasibətlər ekonomik
münasibətlər qədər dəyərlimi?"
Bəli, bu
məqalədə söz sırası belə də ola bilərdi.
Amma biz ümid edirik ki, Altemir Kılıç bəyəfəndi
bilərəkdən bu söz sırasını belə
yazmışdır.
Və nə qədər gözəl ki, belə
yazmışdır.
Türk dünyasının biri-birinə
yaxınlaşmasında ekonomik münasibətlərin
böyük rol oynadığını kimsə inkar edə
bilməz.
Amma, bu dünyanın qaynayıb
qarışmasında mədəni əlaqələrin ən
böyük bir qüvvə olduğunu da inkar etmək
mümkün deyil.
Biz önəmli olaraq Türk dünyasını
deyirik.
Belə bir üstünlük heç bir millətdə
yox.
Biz fransız dünyası, amerikan dünyası,
ingilis dünyası deyə bir ifadə işlədə bilmərik
bəlkə də.
Yalnız Türk Dünyası deyə bir dünya
var.
İstəsək
də, istəməsək də...
Buna görə də bu dünyanın
yaxınlaşmasında ən mühüm addımlardan biri
ekonomik münasibətlər olduğu kimi (bəzi adamların
fikrincə) mədəni münasibətlər də vacib və
gərəkli amillərdən biridir.
Altemir
Kılıç bəyəfəndinin
aşağıdakı fikirlərinə diqqət edək:
"Dəmirəl
brifinqdə açıqca söyləmədi, amma xəbərdarlıq
etdi: bugünkü böyük oyunda artıq türk bir
yardımcı aktyor deyil, baş oyuncudur. Bu oyunda Türkiyənin
üstünlüyü dil, mədəniyyət və ənənə
bağlılığıdır... Onun
üçün Türklüyün mənəvi
qaynaqlarından Xoca Əhmət Yasəvinin türbəsi və
onun yenidən təmir olunması çox vacibdir.
Türkistanda qurulmağda olan Türk-Qazax ortaq Əhmət Yasəvi
Universiteti çox vacibdir... "
Mən inanıram ki, Altemir Kılıç bəyəfəndi
bu sıraya bir neçə ad da əlavə eləyə bilərdi.
Ona görə də o əsas üç nöqtəyə
fikir yönəltmişdir.
Azərbaycan,
Özbəkistan, Türkmənistan və bütün türk
insanlarına aid bir çox abidələr və mənəvi
dəyərlər sadalana bilərdi.
... Bir petrol deyib, bir bazar deyib, bir ekonomika deyib çox
şeyləri unuduruq təəssüflər olsun.
Türk mətbuatının və türk
ziyalılarının mənəvi borcunu ödəmək
vaxtı gəlib çatmışdır.
Ya elə, ya belə.
Ya irəli dur, ya da hap-gop etmə.
Azərbaycan və ümumiyyətlə, türk
dövlətləri yalnız ekonomik baxımdan deyil, həm də
mədəni və ədəbi baxımdan da çox
inkişaf eləmiş dövlətlərdir. Xüsusilə Azərbaycan belədir.
Bir vaxt bir
yazıda oxumuşdum:
"Türkiyə və Türk dünyası bu
böyük ustada Baymirzə Həyata borcunu ödəməlidir.
Bütün əsərlərini çap etməli,
onu daha çox mənimsəməli, sevməli və
qayğı göstərməlidir. "
Türk dünyasında Baymirzə Həyat kimi
yaradıcılar çoxdur.
Artıq bu adamları tanımaq gərəkdir.
Hörmətli
Altemir Kılıç "ekonomik münasibətlər mədəniyyət
qədər önəmlimi" deyə sormuş...
Söz
sırasına diqqət edək...
Tofiq Abdin
Ədalət.- 2011.- 23 iyul.- S.15.