MUNDİRİ TORPAQ ƏTİRLİ
SƏRKƏRDƏ
Barıt qoxusunun
dadını gözəl bilən KİŞİyə məktub
Hərdən mənə irad tuturlar. Bu
iradın səbəblərindən biri də mənim
keçmişə, xatirələrə daha tez-tez üz
tutmağımdı. Amma mən həmin o irad tutanları
heç cürə inandıra bilmirəm ki, mən
keçmişlə nəfəs alıram, keçmişlə
yaşayıram, keçmişin ətəyindən tutub yol
gedirəm. Həmin yol da məni bütün dolanbaclardan
keçirib? yenə həmin o keçmişə, ordakı
şirin anlara, xoşbəxt məqamlara,
düşündürən, sabaha çağıran
gerçəkliklərə aparıb-çıxarır.
Bütün bunlar isə bir toplum olaraq, yəni cəm şəkildə
mənim həyat kredomun onurğa sütununu təşkil edir.
Mənə elə gəlir ki, qayəsi, məramı, məqsədi,
yolu-rizi məlum olan adamlar hansı dərdlərdən,
hansı çətinliklərdən, hansı
eniş-yoxuşlardan keçməsindən asılı
olmayaraq, sonda yenə özləri qalib gəlirlər.
Özü qalib olan isə sınmadığı kimi, əyilmədiyi
kimi başqa bir kəsi də bilərəkdən
düşünülmüş, qərəzli şəkildə
sınıdırıb əymir. Kişi ilə kişi kimi,
dostla dost kimi, düşmənlə düşmən kimi rəftar
edir. Amma həmin o üç məqamın üçündə
də bizi yaradanı, yəni Allahı yadından
çıxarmır. Allahın himayəsində olanlar isə
bəndələrin fitvalarından, böhtanlarından, məkrlərindən
zədələnə bilərlər, yaralana bilərlər.
Ancaq onlara ölüm yoxdur, zaval yoxdu. Çünki onların
xilaskar mələkləri, onların qoruyucuları, onların
sevənləri var. Bütün bunların başında isə
Allah dayanır!..
Xatirələrin içimdə at
oynatdığı, məni haldan
çıxartdığı məqamlarda üz tuturam
keçmişə. Bütün mənalarda xatirələr
keçmişlə bağlıdır. Amma elə xatirələr
var ki, onlar sırf sözün bütün mənalarında
dünən deyil, xatirə deyil, onlar həm də sabahdı,
hərəkətdə olan varlıqdı. O da sənə
doğru elə sabahlardan yol gəlir, hərəkət edir hər
gün qarşılaşırghər gün baş-başa,
göz-gözə gəlirgsəni
düşündürürg səni bir daha dünənə
qaytarır. Mən də qayıdıram dünənə.
Əslində bu dünən deyil.
Dünənin bu günüdü, mənim gerçəkliyim,
mənim həqiqətimdi. İçimdə olduğu o həqiqətdən,
o gerçəklikdən bir ipucu istəyirəm.
Sözümü yerə salmır, yapışıram o
ipucundan başlayıram çözələməyə.
Çözələdikcə də söz sözə
calanır, məqam məqama. Bax, elə bu yazıda olduğu
kimi
Qarabağ müharibəsi
özünün "daş dövrünü"
yaşayırdı. Hələ nə kəndlər
işğal olunmuşdu, nə də böyük-böyük
rayon mərkəzləri, şəhərlər. Onda, indi
özümüzə təsəlli üçün Xankəndi
deyə adlandırdığımız, əslində isə
hələ Stepanakert olan bir şəhərdə işləyirdim.
Bir az da dəqiq desəm, bölgə müxbiri idim. Həmin
bölgəyə Qarabağın aran hissəsinin həndəvəri
də, Mil düzünün ən şanlı-şöhrətli
ünvanlarından olan o vaxtkı Jdanov, indiki Beyləqan da
daxil idi. Bu rayona hər gəlişimdə yeni-yeni dostlar,
tanışlar qazanırdım. Onda Beyləqanın hərbi
komissarı Məhəmməd müəllim idi. Mən bu
komissarlığın işçiləri ilə də
çörək kəsib, su içmişdim. Hər yerdə
olduğu kimi, burda da qonağı böyük hörmətlə
qarşılayırdılar. O qarşılanma mərasimlərinin
birində qarayanız, qartal baxışlı və bir az da təkəbbürlü
bir baş leytenantla tanış oldum. Baxışlarından
tökülən o təkəbbürlük, o inadkarlıq,
bir az da hər şeyə qarşı maraq hissi nədənsə
məni özünə çəkir, onun barəsində düşünməyə
məcbur edirdi. Sonra həyat elə gətirdi ki, mən bu
baş leytenantla səngərlərdə
görüşdüm.
Doğrusu, səngərləri xatırlayanda hərdən
özümü yaşadığıma görə
qınayıram. Çünki gözümün önündə
elə oğullar, elə igidlər şəhid olub,
param-parça edilib ki, onlardan danışanda, onlardan yazanda
özüm də o duruma düşürəm. "Qrad",
top mərmilərinin, tanklardan açılan atəşlərin,
piyadaların döyüş maşının
tırtıllarının zəhmi də, səsi də,
dağıtdığı, parçaladığı
bütün canlı-cansız hər şey mənim
üstümə gəlir, məni təzədən çəkib
aparır bu gün atəşkəs imzalanmış, əslində
isə atəşi kəsilməmiş səngərlərə Füzuli ərazisini tanıyanlar yəqin
ki, xatırlayır. Bu rayonun dördyol deyilən bir ərazisi
var. Həmin o dördyoldan Horadiz, Füzuli istiqamətinə də
getmək olar, Əhmədbəyli, Kürdmahmudlu, Alxanlı,
Qaraxanbəyli, Merdinli, Füzuli istiqamətinə də, Əhmədbəylidən
Araz qırağına da, Əhmədbəylidən
üzü geri - Daşburuna da. Dayanmışam həmin o
dördyol ayrıcında. Söykənmişəm maşina.
Adamların təlaşını, gediş-gəlişini,
narahatlığını hiss edirəm. Hər baxışda,
hər yanımdan keçənin sifətində, hətta
yerişində belə, bir nigarançılıq, bir vahimə,
bir ümidsizlik, bir sahibsizlik əməlli-başlı
oxunur.
1993-cü ilin yanvar ayıdı.
Dayandığım yerdən bir az öndə balaca bir təpə
var. O təpədə daxili qoşunların qərargahı
yerləşir. Həyatda ilk dəfə üzbəüz
dayandığım, nəfəsini duyduğum daxili
qoşunların komandanı general Ramiz Məmmədovu da bax,
orda tanıdım. Dayandığım yerdən sağ tərəfə,
Kürdmahmudlu istiqamətinə gedən yolun 3-4 kilometrliyində,
Əhmədbəyli kəndinin sonunda, böyük Mil
kanalının 5-10 addımlığında bir qərargah da
var. Bu qərargahın da sahibini hamı çox gözəl
tanıyır. Amma nədənsə komandirin adından daha
çox 777 rəqəmi dillər əzbəridi. Adamlar 777 rəqəmini
sanki bir ümid kimi, doğma bir varlıq kimi, xilaskar kimi dilə
gətirirlər. Bu da səbəbsiz deyil. Çünki 777 ermənilərin
Beyləqan istiqamətində hücumunun
qarşısını almaq üçün Ağdam istiqamətindən
götürülərək qısa müddət ərzində
bu əraziyə yerləşdirildi və bütün cəbhə
boyu hücuma keçən düşmən dərhal geri
oturduldu. Bu döyüşlərdə 777 nömrəli hərbi
hissə xüsusi ilə fərqləndi. Onun komandiri isə həmin
o, bir vaxtlar tanıdığım və sonralar dəfələrlə
təmasda olduğum, qəhrəmanlıqlarını,
komandirlik məharətini izlədiyim Rövşən Əkbərov
idi!..
Bəli, dayandığım yerdən
hara gedəcəyimi götür-qoy edərkən birdən
sanki məni kimsə Əhmədbəylidəki qərargaha
doğru getməyə məcbur etdi. Qərargahın
qarşısında dayanan növbətçi əsgər məni
tanıdığından heç nə soruşmadan içəri
keçməyimə icazə verdi. Amma astaca bir söz
də dedi:
- Müəllim, komandir yaman əsəbidi..
Bunun nə demək olduğunu qərargahda
hiss etdim, anladım. Doğrudan da komandir çox əsəbi bir durumda idi. Otaqda var-gəl edir, tez-tez hava rabitəsi
vasitəsi ilə kimlərəsə sərt
mesajlarını göndərir,
tapşırıqlarını verirdi. Elə telefonla danışa-danışa
ona doğru uzatdığım əlimi
sıxıb dedi:
- Müəllim, bu dəqiqələrdə
çox güclü döyüş olacaq. Düşmən qərargahımızın
yerini bilir. Buranı da vura bilərlər. Yaxşısı
budur gedəsən...
Dayanıb onun üzünə baxdım.
Əslində baxmadım, gözlərimlə dedim ki, səndən
və burdakılardan nəyim artıqdır? Niyə onlar
qalmalıdır, mən getməliyəm. Amma həm də
bilirdim ki, bu mənasız etirazdı. Çünki onlar burda
olmalı idi, əmr, tapşırıq belə idi. Lakin mən
də bir vətəndaş tapşırığı, bir vətəndaş
borcu yerinə yetirirdim. Dayandığımı görüb,
yenə komandir özü dilləndi:
- Yaxşı, özün bilərsən.
Amma ehtiyatlı ol...
Doğrudan da bir azdan yer-göy titrədi, aləm bir-birinə qarışdı. Düşmən tərəfdən atılan mərmilər, qərargahın sağına,
soluna dolu kimi yağdı. Kənddə
bir neçə evi yerlə-yeksan etdi. Mən komandiri izləyirdim.
O, adi bir halda, amma sifəti
bir az
da ciddiləşmiş
şəkildə qəflətən
səsinin tonunu dəyişərək əmr
verdi:
- Sağ, sol cinahlar, koordinatları dəqiq
atəşə tutun! Bunların...
Ardını yazmağa zənnimcə
ehtiyac yoxdu. Bir dəqiqədən sonra artıq bizim
tankların, topların, qradların səsi ətrafı
bürümüşdü. Mən hiss edirdim ki, telefonda olan
komandir ona edilən məruzələrdən rahatlanır, dincəlir.
Bir azdan əvvəlki görkəminə qayıdan
Rövşən Əkbərov özünəməxsus şəkildə
dedi:
- Hə, müəllim, düşmənin
iki tankını, bir PDM-ni uşaqlar məhv etdi. Aqil Abbasa
deyib, sevindirə bilərsən...
Xatırladım ki, o vaxtlar "Ədalət"
qəzeti düşmən tankını məhv edən hər
bir əsgərə pul mükafat verirdi. Həmin mükafatı
da o vaxtlar cəbhə xəttinə çatdırmaq mənə
həvalə olunmuşdu...g
Bu xatirə mənə başqa bir məqamı
da xatırlatdı. Rövşən müəllim
üçün də, mənim üçün də,
bütün beyləqanlılar üçün də əziz
olan, unudulmaz, bəlkə də əvəzedilməz Arzunun
şəhid olduğu gün. Hər dəfə o məqamı
xatırlayanda, o mərasimi gözümün önünə
gətirəndə mən az qala özüm özümdən
çıxıb gedirəm, özüm özümü
unuduram. Arzu üçün bütün zabitlərin,
xüsusilə Rövşən Əkbərovun necə
ağladığını, necə göynədiyini unuda
bilmirəm. Əslində hər bir zabit ordu üçün
qiymətlidi. Arzu isə 777 üçün, onun komandiri
Rövşən Əkbərov üçün əlavə
bir güc, əlavə bir nəfəs, əlavə bir dayaq
idi. Ruhu şad olsun!..
Mən deyəsən xatirələrə
çox baş vurdum. Neyləyim, ayrıla bilmirəm. Amma bu
gün də var axı. Gərək onun qapısını
döyəm, açıb göstərəm bu günün
iç-içalatını. Oxucu da, Azərbaycan insanı da
bugünün general leytenantı, Azərbaycanın Milli Qəhrəmanı
və neçə-neçə orden və medalların halal
sahibi Rövşən Əkbərovu bir də yaxından
görüb, yaxından tanısın, sevsin.
Kimsə məni qınaya
bilər, irad tutar. Mən bundan qorxmuram.
Çünki hər birimizin başımızın
üstündə Allah var. Mən
sığındığım, pənah gətirdiyim Allahımın himyəsində
Rövşən Əkbərovun
Azərbaycan üçün,
Azərbaycan ordusu üçün kim
olduğunu çox gözəl bilirəm. Onun Ağdam, Füzuli cəbhə xəttindəki əməliyyatlarının
əksəriyyətinin şahidi
olmuşam. Necə döyüşdüyünü,
əsgərlə, zabitlə
necə rəftar etdiyini, şəhid ailələrinə necə
yanaşdığını yaddaşıma yazmışam.
Bax, buna görə də bu gün
kimlərsə məni
generala yarınmaqda qınasa da, bu məni heç
də narahat etmir. Öncə bilirəm ki,
bura Azərbaycandı
və bu Azərbaycanda hərənin
öz baxışı,
öz marağı, öz layihəsi var. Hamı üçün yaxşı olmaq qeyri-mümkündü. Ancaq Azərbaycan
üçün yaxşı
olmaq, Vətən üçün oğul olmaq mümkündü.
Bax, Rövşən Əkbərov
da Vətənin oğul dediyi generallardan biridi.
Onun döyüş yolu, tərcümeyi-halı
Müdafiə Nazirliyi sistemində tutduğu mərtəbə,
mövqe mənim üçün bəllidi və mən
bununla yalnız fəxr edirəm. Çox yaxşı da bilirəm
ki, generalın tərifə, təqdimata ehtiyacı yoxdu. O tərifini
də, təqdimatını da öz xidməti ilə
xalqına, Ali Baş Komandana sədaqəti ilə çoxdan
təsdiq edibdi. Onun sədaqəti birmənalı,
bütöv və dəyişməzdi. Bu cür oğullar əyilmirlər.
Onları yalnız ölümlə cərgədən
götürmək mümkündü. Rövşən Əkbərov
isə kürəyini düşmən gülləsinə
çevirənlərdən deyil. O hər kəslə
üz-üzə, göz-gözə dayanmağı sevir. Deməli,
bu Azərbaycan generalı dostları sevindirir, düşmənin
yuxusunu qatır, yerinə su calayır. Ona görə də
onun Şəmkir korpusuna gəlməsi düşmənlərin
içərisində müharibə xofunu yaradıb.
Düşmən etiraf edib ki, Rövşən ön xəttə
gəlirsə, deməli, döyüş olacaq, müharibə
olacaq. Amma düşmən unudub ki, Rövşən Ali
Baş Komandanın əmri ilə döyüşən,
vuruşan, qəhrəmanlıqlar göstərən əsl Azərbaycan
sərkərdəsidi. Onun inamı və güvənci Ali
Baş Komandanadı.
Bəli, bu yazını ürəyimin
diktəsi ilə bilgisayara köçürə-köçürə
neçə-neçə döyüş səhnələrini,
hadisələri gözümün önünə gətirdim.
İstədim ki, generalın portretini yaradım. Amma xatirələr,
duyğular imkan vermədi. Bir də Rövşən Əkbərovun
bugünkü mövqeyi məni dayanmağa məcbur etdi.
Düşündüm ki, onun cizgilərini təqdim etməyim
əleyhdarlarına da, düşmənlərimizə də
müəyyən mənada kömək etmiş olar. Bax, onun
üçün də susmağa, dayanmağa
üstünlük verdim...
Bilirəm ki, bu yazını oxuyanlar,
(xüsusilə general-leytenant Rövşən Əkbərov
bu yazı ilə tanış olsa - Ə.M) özləri
çox mətləbləri yada salacaqlar. Ancaq bu mətləblərin
hamısının qayəsi torpaqların azad edilməsidir. Elə
general-leytenant Rövşən Əkbərovun da,
bütövlükdə Azərbaycan ordusunun da çiynində
daşıdığı işğal olunmuş torpaqların
yüküdü. Bu yükdən azad olmağın bir yolu var.
Bu yol isə işğal olunmuş torpaqların geri
qaytarılması, Şuşaya, Xankəndinə, dövlət
sərhədlərinə Azərbaycan bayraqlarının
sancılmasıdır. Barıt qoxusunu, səngər
havasını, əsgər şorbasını,
bütövlükdə hərbi həyatı damla-damla,
qıram-qıram canına-qanına hopduran, döyüşən
general, döyüşdən qalib çıxan sərkərdə
Rövşən Əkbərov həmişə olduğu kimi
bu gün də əmr gözləyir. Təbii ki, Ali Baş
Komandandan!!!
Əbülfət
MƏDƏTOĞLU
Əməkdar jurnalist
Ədalət.-
2011.- 23 iyul.- S.5.