"Arşın mal alan" ilk dəfə olaraq Samsun Opera Balet Teatrının yaradıcı kollektivinin ifasında

 

Samsun Opera Balet Teatrının yaradıcı kollektivinin ifasında ilk dəfə olaraq Üzeyir Hacıbəylinin "Arşın mal alan" operası nümayiş etdirilib. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Azərbaycanın görkəmli bəstəkarının operası böyük maraqla qarşılanıb. Yazıda qeyd olunub ki, Gümüşhanə Mədəniyyət Mərkəzində baş tutan nümayişin milli matçla üst-üstə düşməsinə baxmayaraq nümayiş anşlaqla baş tutub. Tamaşanın başlanğıcı sonu tamaşaçıalrın ayaqüstə alqışları ilə müşayiət olunub.   

Qaradəniz bölgəsinin tək Dövlət Opera Balet qurumu olan heyətin Böyük Anadolu turnesi çərçivəsində səhnələnən oyunu Türkiyənin bir çox tanınmış müəllifləri tərəfindən şərh olunub. Vali Salihoğlu, Temel Yalçın, Mehmet Yılmaz digərləri əsər haqqında müsbət fikirlərini bildiriblər.

 

 

Ədalət.- 2011.- 7 iyun.- S.8.