Azərbaycan nümayəndə heyəti Beynəlxalq Kitabxana Konfransında

 

Mədəniyyət Turizm Nazirliyinin təşkilati maliyyə dəstəyi ilə Azərbaycan nümayəndə heyəti "Krım-2011" Beynəlxalq Kitabxana Konfransında iştirak edirlər. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyətində C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov, Kitabxananın İctimai-Hüquqi İnformasiya şöbəsinin əməkdaşı Günay Həsənova, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının şöbə müdiri Vəfa Ağamirzəyeva, Masallı rayon Mədəniyyət Turizm Şöbəsinin müdiri Lətifə Mövsümova, Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktoru Elmira Əliyeva, Quba rayon MKS-in direktoru Saməddin Nəsirov təmsil olunur.  

Konfransda Azərbaycan kitabxanaçıları dünya kitabxanaçıları ilə qarşılıqlı əməkdaşlıq, təcrübə mübadiləsi həyata keçirir, habelə müasir dövrdə kitabxanaların avtomatlaşdırılması, kitabxana-informasiya sahəsində know-how texnologiyaları, yeni xidmət növlərindən istifadə s. mövzularda məruzələr, müxtəlif maraqlı dəyirmi masalar, debatlar, kitab təqdimatları keçirilir.

Qeyd edək ki, bu tədbirdə iştirak Azərbaycan Prezidentinin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı"na əsasən həyata keçirilir.

  

  

Ədalət.- 2011.- 7 iyun.- S.8.