İnam Atanın
(Asif Atanın) sonevi ziyarət olundu
Ata tərəfdarları "Ata Sonevini Ziyarət Günü" Mərasimini
keçirdilər
İyunun 5-i (5 Şölə)
Mütləqə İnam
dünyabaxışının yaradıcısı, dahi Azərbaycan filosofu İnam Atanın (Asif Atanın) öldüyü gündür.
Bu münasibətlə 5 iyun
2011-ci ildə Mütləqə
İnam Ocağının
evladları və Ocaqsevərlər onun Ağstafadakı sonevini ziyarət ediblər. Ata tərəfdarları onun öldüyü gündə
ənənəvi olaraq
13-cü dəfə "Ata Sonevini Ziyarət Günü" Mərasimini
keçiriblər. Bu barədə
Mütləqə İnam
Ocağının Yükümlüsü
İşıqlı Atalı
bildirib.
Sonevlikdə Ocaq Bayrağı asılıb.
İştirakçılar Ataya rəmzi müraciət sözü
deyiblər: "Ziyarətinə
gəldik-işimizlə, içimizlə,
İnam Ata!"
Tədbirdə "Özündəki
Mütləqlə Səhər
Təması", "Ataya
Səhər Ricası"
deyilib, Mütləqə
İnam Ocağının
yas qaydasına uyğun olaraq "Ölümlə görüş",
"Aqibət" içsəsləri,
"Matəm üstə
Mütləqlə Təmas"
oxunub.
Tədbiri giriş
sözüylə Mütləqə
İnam Ocağının
Yükümlüsü İşıqlı
Atalı açıb:
"Mütləqə İnam
Ocağı hər il bu günü
ənənəvi mərasimlə
qeyd edir. Ata bəşərin aqibətinə
düşmüş xilasdır.
Onun insan uğrunda uca işi bəşəriyyət
üçün fədakarlıq
örnəyidir. Dünyanın,
həyatın, insanın
ali mənasını
ifadə edən Müqəddəs Kitablar,
Ocaq kimi ruhani qurum yaradan
Atamız əslində
ölməzdir. Biz deyirik
ki, İnam Ata, ulusun sənin istədiyin kimi yaranmaqdadır. Atanın Mütləqə İnamı
ilə güclüyük,
yenilməzik".
Ocağın Ruhani Başçısı Safruh
deyib: "Atanı 37 ildir tanıyıram, sevirəm, oxuyuram, öyrənirəm, haqqında
söz deyirəm. İstəyirik ki, insanların, xalqın içində ruhanilik, həqiqətə sevgi, həqiqət qarşısında
ayağını geriyə
qoymaq halı yaransın. Atanın adıyla bağlı keçirilən tədbir,
alınan nəfəs
o istəyə xidmət
edir. Biz buna nail olmaq cəbhəsindəyik.
Buna çatmaqdan ötrü
insan özünü yaratmalıdır, şüarçılıqdan
çıxmalıdır, mənanı
canlı insanlarda görməyi bacarmalı və sevməlidir".
Ruhani Başçı
ötən bir ildə Ocağın gördüyü zəngin
işlərdən də
danışıb.
Tədbirdə "İnam
Ata və ölümsüzlük",
"İnam Ata və
xalqı" mövzularında
düşüncələr dinlənilib.
Yazıçı-publisist Əlisahib
Əroğul Ataya sayğısını belə
ifadə edib: "İkinci dəfədir ki, Atanın sonevini ziyarət edirəm. Atanın zəngin irsini öyrənirəm. Görürəm
ki, Ata insan, xalq, bəşər uğrunda canından keçib".
Fəlsəfə elmləri
doktoru, professor Adil Əsədov deyib ki, Asif Atanın
kitabları onun həyatına önəmli
təsir göstərib:
"Filosof odur ki, o, yeni söz
deməyə insanların
həyatına yeni məna verməyə çalışır. Asif
Ata İnam yaradıcısıdır.
Onun ardıcılları
dünyabaxışını ləyaqətlə yaşadırlar".
Vaxtilə Atanın
təhsil aldığı
Ağstafa şəhər
3 saylı orta məktəbin direktoru Aydın İbrahimoğlu söyləyib: "Atanı
dəyərli filosof kimi əsərlərindən
tanımışam. Fəxr
edirəm ki, Asif Ata bizim məktəbin məzunu olub".
Şəmkirli Ocaqsevər
Möhsün Tağıyev
Atayla görüşünü
xatırlayıb: "Atanın
böyüklüyünü vaxtında anlaya bilmədim. Bu gün Ata sonevini ziyarət etdiyim üçün özümü xoşbəxt
sayıram".
Yolnur Atalı:
"Atanı tapdım-
xoşbəxtliyimi tapdım.
Ataya sevgim - ona aşiqliyimin səcdə məqamıdır".
Şair-publisist Vüqar
Vaqifoğlu Ata İnamına
bağlılığından danışıb: "Asif
Atanın böyük
dühası qarşısında
baş əyirəm".
Şair Ayaz İmranoğlu Ataya həsr etdiyi şeirini oxuyub.
Davud Səidoğlu:
"Ata insanlığa səcdə
yaratdı"-deyib.
Yolruh Atalı
çıxışında İnam Atanın ölməzliyinin mahiyyətini
açıb.
Doğma Atalı,
Amalnur Atalı da Atayla bağlı
fikirlərini söyləyiblər.
Ziyarət törəni
"Ata Ruhunu ürəyimizdə
aparırıq!", "Atamız
var olsun!" səcdələri ilə
başa çatıb.
Tədbirdən sonra ziyarətçilər Atanın
vaxtilə təhsil aldığı Ağstafa
şəhər 3 saylı
orta məktəbdə
də olublar.
Ədalət.- 2011.- 7 iyun.-
S.6.