İnfotur təşkil edildi

 

Mədəniyyət Turizm Nazirliyinin dəstəyi dörd ulduzlu "Palma" İstirahət Mərkəzinin təşkilatçılığı ilə Xaçmaz rayonuna infotur təşkil edilib. İnfoturun təşkilində məqsəd Nabranın turizm potensialının təqdimatı olub. APA-nın məlumatına görə, infotur 2011-ci ilin "Turizm ili" elan olunması ilə bağlı regionlarda turizmin müxtəlif növlərini inkişaf etdirmək, turizm xidməti obyektlərinə yerli turizm şirkətlərinin səfərlərini mütəmadi şəkildə təşkil etmək, eyni zamanda daxili turizm bazarının fəallığını artırmaq məqsədilə baş tutub. Layihənin məqsədi respublikanın ən gözəl rayonlarından olan Xaçmazda yerləşən "Palma" İstirahət Mərkəzinin turizm potensialını, mövcud infrastrukturunu, əsas turizm xidmətlərini nümayiş etdirmək turizm şirkətləri ilə mərkəz arasında aktiv əməkdaşlığı stimullaşdırmaqdır. İnfoturda Mədəniyyət Turizm Nazirliyi, ölkənin turizm şirkətlərinin əməkdaşları kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət 120 nəfərlik heyət iştirak edib.   

İnfotur ilk əvvəl qədim Şabran şəhərinin qalıqlarına ekskursiya ilə başlayıb. Bu səfər həm "Palma"nın 10 illik yubileyinə təsadüf edib elə bu münasibətlə istirahət mərkəzində xüsusi konfrans təşkil edilib. Konfrans iştirakçıları 2011-ci ilin ölkədə turizm ili elan olunduğunu bir daha xatırladaraq, ölkənin turizm sektorunda görüləcək işlərdən söz açdılar. Xaçmaz Rayon İcra Hakimiyyətinin I müavini Akif Mərdanov bildirib ki, il ərzində Xaçmaz rayonun ərazisindəki istirahət mərkəzlərində çoxlu sayda qonaq dincəlir onların sayı hər il artmaqdadır. "Palma" Ticarət mərkəzinin rəhbəri Qəndalı Məmmədov turizmin inkişafı naminə bütün işləri həyata keçirməyə hazır olduqlarını söyləyib.   

Azərbaycan Turizm İnstitutunun prorektoru Eldar Aslanov bu il institutu 300-ə yaxın tələbə bitirəcəyini həmin tələbələrin ölkənin turizm bazarında çalışmağa başlayacağını diqqətə çatdırıb. "Millenium Tourizm & Conqress" şirkətinin, eyni zamanda "SKAL" Bakı Turizm Professionalları Assosiasiyasının rəhbəri Ruslan Quliyev çıxışında turizm sahəsində peşəkarların çalışmasının vacib olduğunu deyib: "Azərbaycanda turizm ilinin qeyd olunması tarixi bir şeydir bununla bağlı tədbirlər planı hazırlanıb. "Azərbaycanda yeni marşrutla kəşf edək" layihəsi çərçivəsində bu il bir neçə silsilə tədbirlər həyata keçirilib. Bu infotur miqyasına görə ilk belə işdir. Məqsəd regionunun turizm potensialını daha dərindən öyrənmək, bölgədə mövcud olan turizm obyektləri ilə konkret "Palma" İstirahət Mərkəzi ilə turizm şirkətlərinin işgüzar əlaqələrinin yaradılmasıdır. Bu münasibətlərdə bütün müqavilə öhdəlikləri qiymətlərdə bir sabit rejimin saxlanılması, ümumilikdə bəlli bir endirimlərə nail olmaq da lazımdır. Ən əsas məqsəd bu bölgəyə daha çox xarici turistlər Azərbaycan vətəndaşlarının cəlb olunmasından ibarətdir. Əslində biz turizmçilər bu ildən çox şey gözləyirik güman edirəm ki, bu ilin elan olunması da təsadüfi hadisə deyil. Bu 10 ildə turizm sahəsində aparılan uğurlu siyasətin məntiqi davamı kimi qiymətləndirməməlidir".   

Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov ölkə turizminin problemlərinə toxunaraq bildirib ki, Azərbaycan turizminin inkişafının öz modeli yolu olmalıdır: "Biz Türkiyə, Fransa turizminin 60 ildə keçdiyi yolu birdən etmək istəyirik. Qiymətlərin endirilməsi üçün zaman lazımdır. Artıq ölkədə turizm sahəsində kəmiyyət göstəricilərindən keyfiyyət göstəriciliyinə keçməyin vaxtıdır".   

Sonra qonaqların şərəfinə "Palma" İstirahət Mərkəzinin milli Avropa mətbəxinin nümunələrinin təqdim olunduğu restoranında ziyafət təşkil olunub. Millenium Tourizm & Conqress şirkətinin "Palma" İstirahət Mərkəzinin birgə təşəbbüsü ilə infoturda iştirak edən hər kəsə aktiv iştiraklarına görə sertifikatlar hədiyyələr təqdim edilib.

  

  

Ədalət.- 2011.- 7 iyun.- S.8.