MİLLİ BAYRAĞIMIZ...
Hər bir xalqın tarixi boyu əldə etdiyi ən müqəddəs nemət olan milli müstəqilliyinin real mahiyyəti və məzmunu dövlət rəmzlərində əksini tapıb.
Bəşər övladı ən ağır müharibələrdən, çətin mücadirələrdən sonra ucaltdığı bayrağa həm də qalibiyyət simvolu kimi yanaşmış, onu öz şərəfi, ləyaqəti kimi qorumuş, daim uca tutmuşdur.
Azərbaycanlı milli düşüncəsində də əsas dövlət rəmzlərindən olan bayrağa münasibət tarix boyu özünü qabarıq göstərmiş, xalqımızın milli mövcudluq nişanəsi sayılmışdır.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidli ilə hakimiyyətə qayıtdıqdan
sonra ölkədə
ictimai-siyasi sabitliyi təmin etməklə, həm də Azərbaycanın üçrəngli
bayrağını uca
tutmuş, onun bütün bölgələrdə
dalğalanmasını təmin
etmişdir.
Ulu Öndərimiz
demişdir: "Azərbaycan
dövlətinin bayrağı
gərək hər bir evdə olsun,
hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq
gərək hər bir ailənin həyatının əziz
bir hissəsi olsun".
İrs-varislik ənənələrinə
sadiqlik göstərən
dövlət başçısı
İlham Əliyev
2009-cu ilin 17 noyabrında
imzaladığı sərəncamla
Azərbaycanın üç
rəngli bayrağının
ilk dəfə rəsmi
ucaldığı 9 noyabr
tarixini Azərbaycan Respublikasının Dövlət
Bayrağı Günü
kimi təsis etmişdir.
"Ginnes"
dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Bu əlamətdar hadisə respublikamızın
hər yerində, o cümlədən, ixtisaslaşdırılmış
müalicə müəssisəsinin
rəisi, ədliyyə
polkovniki cənab N.Quliyevin rəhbərlik etdiyi kollektivdə də qeyd olunmuşdur.
Bu yaxınlarda İMM-də Azərbaycan dövlətinin bayrağı ucaldılıb. Bunun hündürlüyü 12 metrə çatır. Demək olar ki, Binə qəsəbəsinin hər yerindən milli bayrağımız görünür. Milli bayrağın ərazisi boyunca yaşıllıqlar salınıb, dekorativ, meyvə ağacları və çoxlu sayda gül kolları əkilib.
Yeri gəlmişkən, onu da qeyd etmək yerinə düşər ki, İMM-də məhkumlar üçün hər bir şərait yaradılıb. Müəssisə ərazisində tələbələrə cavab verən yeni korpuslar tikilib istifadəyə verilib, məişət-kommunal şərait yüksək səviyyədədir. İsti otaqlar, fasiləsiz işıqlandırma sistemi, xəstə məhkumlara tibbi xidmət və qidalanma da yüksək səviyyədə təşkil edilib. Şəkər-diabeti olan məhkumlara ayrı yemək hazırlanır. Otaqlarda texniki və isti su xətləri,, mirkobları zərərsizləşdirən hava təmizləyici qurğu (Dezar) və digər zəruri avadanlıq və cihazlar var. Bundan əlavə məhkumlar mətbəx, soyuducular, tibb otağı, hamam, əşyaların saxlanılması üçün şkaflarla təmin edilmişdir. Mərkəzləşdirilmiş havatəmizləyici qurğu isə otaqları bütün fəsillərdə eyni temperaturda saxlayır. Burada müalicə olunan "DOTS" proqramına da qoşulurlar. İndi "Vərəmlə mübarizə" layihəsi çərçivəsində "DOTS" proqramının da həyata keçirilməsinə başlanmışdır. "Baktek-960" aparatı isə dioqnostik əməliyyatları yerinə yetirir.
Görüş otağında bir neçə kabinələr qoyulmuşdur. Görüşə gələn valideynlər ağır vərəmə tutulan övladları ilə yalnız kabinədən telefonla danışırlar. Burada da "Dezar" təmizləyici qurğu qoyulmuşdur. Prezidentin "Korrupsiyaya qarşı mübarizə haqqında" qərarı ixtisaslaşdırılmış müalicə müəssisəsində müntəzəm nəzarətdədir. Ədliyyə nazirinin müavini, Penitenziar Xidmətinin rəisi, ədliyyə general-mayoru cənab Mədəd Quliyevin göstərişi ilə "qaynar xətt" yaradılıb. Görüş yerinə daxili telefon çəkilib. Bu telefonla bir başa "qaynar xətt"lə əlaqə saxlamaq mümkündür.
Əlbəttə, bu işlərin görülməsində
ədliyyə naziri cənab Fikrət Məmmədovun, eləcə
də Ədliyyə Nazirliyi Penitenisar Xidmətinin rəisi, ədliyyə general-mayoru Mədəd Quliyevin xidməti və böyük köməyi danılmazdır.
Fəxrəddin Həbibi Əliyev
Ədalət.- 2011.- 7 iyun.- S.6.