"ZƏRİFLİK"
JURNAL YENƏ
GÖRÜŞÜNÜZƏ GƏLİB
Ədəbi mühitə daxil olduğu qısa zaman kəsiyində artıq öz oxucularını tapmağı bacaran YAP-ın Qadınlar Şurasının aylıq nəşri olan "Zəriflik" bir-birindən maraqlı səhifələri ilə oxucuların ixtiyarına verilib. Abunəçilərin də maraqla gözlədikləri jurnalın yeni sayı bu dəfə də öz rəngarəngliyi, mövzu genişliyi və bilgilər vermək, maarifləndirmək imkanı ilə digər dərgilərdən fərqlənir. Xüsusilə maraq doğuran odur ki, jurnal təbliğ etməklə yanaşı, həm də oxucuları maraqlandıran mövzuları əhatə etmək imkanı ilə də fərqlənir.
"Zəriflik"in növbəti sayı Azərbaycanın dəyərli sənətkarlarının, xüsusilə xanım sənətkarlarımızın həyat və yaradıcılığından, həmçinin gənc qızlarımızı və xanımlarımızı düşündürən problemlərlə bağlı mövzulardan da bəhs edir.
Bu gün milli-mənəvi dəyərlərimizə artan maraq, adətlərimizə qayıdış gənc anaların məlumatlandırılmasına xidmət edən mövzular jurnalda öz əksini tapır. Məsələn: "Yaxşı bəzək vurun bizim gəlinə", "Tellərini yan dara qız", "Necə cavan qalmalı", "Sağlamlıq hər an səninlə olan sərvətdir" başlıqlı yazılar jurnalın oxunaqlı olmasında öz sözünü deyir. "Zəriflik"də davamlı olaraq müxtəlif sənətdə birincilik missiyasını yerinə yetirmiş qadınlarımız barədə də kifayət qədər mövzular dərc olunur. Elə bu sayda da ilk qadın müğənnilərimizdən olan Ş.Məmmədova, kosmosdakı imzamızın təmsilçisi Anuşe Ansari barəsində oxuculara kifayət qədər maraqlı informasiyalar çatdırılıb.
"Zəriflik"in bu nömrəsində xalqımıza həmişə təbəssüm bəxş etmiş, son mənzilə də tamaşaçı alqışları ilə yola salınmış korifey sənətkarlarımızdan biri olan N.Zeynalova haqqında xalq yazıçısı M.İbrahimov barəsində, xanəndə, xalq artisti S.İsmayılova ilə söhbət də oxucuların diqqətini çəkəcək, marağına səbəb olacaqdır. Zənnimizcə jurnalı maraqlı edən cəhətlərdən biri də "Elm xadimlərimiz" rubrikasında ardıcıl olaraq təqdim edilən materiallardır. Həmin rubrikanın budəfəki təqdimatı YAP qadınlar Şurasının sədri, professor Nurlana Əliyevanın çox səmimi və konkret faktlarla oxuculara təqdim etdiyi Zərifə xanım Əliyevanın həyatının müəyyən anlarıdır. Bu mövzunu "Xatirələr" rubrikasında da ayrı-ayrı tanınmış xanımlarımızın fikirləri ilə davam etdirir və qan yaddaşımıza nəzər salınır.
Ümumiyyətlə, jurnalda
hər bir müəllifin dəst-xətti
görünməklə, unudulmaqda
olan milli bölgə şirniyyatlarımız,
əl işlərimiz,
intiharın çıxış
yolu olmaması, qadın şairlərimizin
yaradıcılığında Qarabağ mövzusu, xüsusilə kövrək
notlara söykənərək
qələmə alınmış
duyğular, sevgi, ayrılıq eləcə
də, qadın qəhrəmanlarımızın həyatına baxış
"Zəriflik"in son nömrəsinin
əsas mövzularındandır.
Jurnalla baş-başa
qalaraq, rəngarəng
səhifələrdə rəngarəng
duyğularla, mövzularla
da həmsöhbət
ola bilərsiniz.
"Zəriflik"i oxumağa tələsin!
Ədalət.- 2011.- 8 iyun.-
S.5.