Bakı
Sən mənim dağ olmuş
kədərimin
xəbərçisi...
Vağzaldan başlanan
qəribliyim...
Dağılmış ümidlərimi
sapa düzməyən
küsdüyüm,
küsəndiyim şəhər.
Bu səhər...
ömür üstündən
aşıb
gəldim bir təhər.
Əlini uzadıb
heç olmasa - salam de...
Bu kənd uşağına-
əlim boş,
canım naxoş...
Nə olar
mehmanxana sahibi,
kədərimin xəbərçisi,
- Bakı...
MƏMLƏKƏTİM DEDİM
SƏNƏ...
Məmləkətim - dedim sənə...
Nağılım, urvatım,
qarım.
Cocuğum, köndələn
evim,
Dilini bal tutan yarım
Əlləri buğda
saçaqlım,
Nazı ovcumda ipəyim,
Torpağım, işlək
ürəyim,
Məmləkətim - dedim sənə...
Gecələri söz
oyadan,
Qanadı arzumla uçan,
Can kəlməsi - balama
can,
Məmləkətim - dedim sənə...
İlim-günüm bitə-bitə,
Yollarına yetə-yetə,
Qızlarımı öpə-öpə...
Məmləkətim - dedim sənə...
İCLAS, YENƏ İCLAS...
Yenə öhdəlikli
kolxoz iclası,
... yenə köhnəlik
libası...
Yenə köpüklənən
söz
yanğın söndürməz...
Yenə çox
seriyalı məruzə...
Bir ucdan
yalan üfürür,
beyinlərə, qulaqlara...
İndi deyən
gərək, İnqilab
İsaq
sən hara, iclas hara?
Onsuzda xırmanın
silib - süpürülüb
ortalığı.
İndidə sökürürlər
künc, bucağı...
Divarların
artıb çatı,
Sağıcı Əsli
kor- peşiman...
əlində olub-qalan
mələməyən
çatı...
Ay nadanlığın qalığı,
axı tükəndi
ümid qılığı,
Dayandır iclası...
Başlamamış davaya,-
Çıxaq təzə,
təmiz havaya,-
Sabaha gənəşə
- gənəşə,
Bərək allah
- deyək iclassız,
məruzəsiz
günəşə!
YOLSUZ AÇILIŞ
Deyirlər yollar
naziri
gələcək əyalətə.
Güya ki, son qoyulacaq
yol dərdli ətalətə...
Xəbər çatıb
cığıra, dalana,
küçəyə, prospektə,
damarı doğranacaq
qırmızı lentə...
Əl - əyağa
düşub,
yol, sahə müdurləri,
Əl - əyağa
düşub,
çala - çuxurlu
sirləri...
Gecəykən hasar
çəkilib,-
gözləri yol
çəkən
axsaq yerişli
çala - çuxura,
Köbələk ovuclu
gölməçəyə,
dilini dinc qoysun deyə...
...Bu gəliş, bu
gediş
çox
Yenə də baş yolda
yolsuz açılış...
Gecikməyən
dostum Nizami Müseyib
oğluna
Gəncə-Bakı qatarı...
Məsafə başında
dayanan dostum,
Ürəyim döyməsin
döşünə,
Gecikirəm...
Onun ki,
bu zamana,
bu qatara çatmır gücü.
Çox da bu qatara
deyiləm sürücü...
Niyə
danışır dilucu?
Ancaq üzücü,
darixan, tale yiyəsiyəm.
Dostum, sənə
nəsə
deyəsiyəm...
İndi məni nə yalanda
suçla,
nə də məni qına...
Bütün yollar,
məsafələr tükənər
Polad biləkli,
ipək ürəkli
dostluğun qatarına...
... Ürəyin - saniyə
ölçən,
Bir göz qırpımı
qədər
əqrəblərində
dalan yox
yalan yox...
Bilirəm bu sözləri
eşitmək deyil
sənə asan,
inan, inan
Çünki, sən
ömür kimi
məsafə başında
Mənə və
bütün
dostlarına çatan
fitsiz, qışqırıqsız
gecikməyən qatarsan...
GECƏ SEANSI
Uzanır tərs
kimi gecə seansıg
Hamı bu yuxuya qonaq olacaq.
Bir qız göz yaşıyla söyən yastığı,
Bir oğlan ulduzla oyadar ancaq.
Külək nəfəsini
çəkən pərdəyə,
Toxunar sükutun
darıxan ətri.
Böcək qaranlığı
qorxutsun - deyə,
Çıxartmaz gözündən
işıq eynəyi.
Gecə yuxulara küsülü düşüb,
Açmaz qapısını,
açmaz taybatay.
Hardasa yolçuya
bir şam bələdçi,
Haradasa gecəni
barışdırar ay.
KİRİ,
KİRİ...
Kiri, kiri ağlayan var,
Kiri, doyunca ağlasın.
Göz yaşını
dərdi örtməz,
Ömrü boyunca
ağlasın?
Buludu yox enə göydən,
Göz yaşına
dayaq ola.
Bir səs gəlir yenə göydən,
Varmı səsə
oyaq olan?
Kiri, kiri ağlayan var,
Göz yaşında
qalxır dağa.
Bir udum yurd havasına,
Bir ovuc torpaq olmağa.
Kiri, kiri ağlayan var.
ACI, ŞİRİN...
Görüşlər... göz yaşı yenə üz-üzə,
Gəlməz barışığa
sükut əlində.
Oyanan cığıra,
yol çəkən gözə,
Yüz yalan cücərdib verdiyin vədə.
Alışıb yansaq
da, çəksək
də ağı,
Bu odun tüstüsü
sarılmaz göyə.
De niyə olmuşuq
könül dustağı?
De niyə zamana durmadıq yiyə?
Çoxdu bu çovğunda, bəhanələr
çox,
Alıb qisasını,
alıbdır bizdən.
Durub ayrılığa
söyləsək də
yox,
Qovsaq da yolunu salıbdır bizdən.
Uzaq ümidlərim
çatmaz haraya,
Axır imza atdıq-günaha şərik.
O sınan budağa,
uçan yuvaya,
İşə bax,
gecikmiş cavab gəzirik.
Yaxşı ki, var imiş yollar
ayrıcı,
Yüz yerdən
danlanıb, düşsək
də dara.
Burda xatirələr
olsa da acı,
Baxdım şirin-şirin
çox uzaqlara...
DÖYMƏ, AY ANA...
Bir ana bazarda uşağını
döyürdü
Ay ana, ay ana, döymə uşağı
Bazardı nə
olar, alma istəyir.
Sənin boş kisənə haray qoparıb? -
Sən ha təpinsən
də, amma istəyir.
Almalar deyilmiş
nağıl alması,
O görən almalar
bu göyə gəlməz.
Yüz "selbə"
atsa da bazar
bagına,
Biri insaflanıb
çəkiyə gəlməz.
Ay ana, gəl belə döymə uşağı,
Nə olar alma al
göstər üzünə,
Kim bizi beləcə
bekar eyləyib...
Çevirib cibləri
astar üzünə.
Bilmirik çəkənlər
nə çəkir indi,
Sənin qəlbindəki
ağrını çəkməz.
Şeytan ciblərinə
əyilən başlar,
Sənin kədərini,
ağlını çəkməz.
Neyləyim, halına
yoxdur əlacım,
Məni çox
danlayıb salma töhmətə.
Hər kəsin yanında uşağı
durub,
İmtahan verirlər
pendirə, ətə.
Min ağrı oyanır
bircə sözündən,
Baxıram bazarda
açılmaya sirr.
Ay ana, ay ana, döymə uşağı
Bu uşaq nə
yaxşı alma istəyir.
İndi nağıl
desəm inanmaz uşaq,
Mən də
alma bağı quruyan
ömür...
Qoşulum uşağa
necə ağlayım.
Göydən də
ha gözlə, alma tökülmür.
QƏLƏBƏ
Canı dincələcək
bu qorxuların,
Bir gün boşluğuma əli çatacaq.
Mənim ümidlərim
gecikən yola...
Mənim ağrılarım
əlli çatacaq.
Yüz peşman
olsa da daha
nə fayda,
Qoşunum oyanmaz
cəsarət üçün.
Köhlənim bağlansa
bir quru ada,
Cıdırım çidarlı
ətalət üçün.
Bu çək-çevirlərə cavab tap barı,
Diri gümanlarım
suala dönsə.
Yanmaz sevdaların
gecə şamları,
Həsrətin gündoğan
atəşi sönsə.
Ağrımın, acımın
nədir qazancı?
-
Bu gecə pusqulu
gözünü oydum.
Açdım qorxuların
yarasını da,
Yerinə sözümün
düzünü qoydum.
İnqilab
İsaq
(Gəncə)
Ədalət.-
2011.- 8 iyun.- S.7.