XATİRƏLƏR
Nə yaxşı günlər idi, eh uşaqlıq illəri,
Ayaq yalın, baş açıq, gəzərdik
düzənləri.
Dırmaşardıq
həvəslə hündür
ağaclara biz,
Qanaq-qanaq olardı əl, ayaq dizlərimizg
Yaxşı yadımdadı,
bax, bu dərədə,
Bir palıd ucalıb göyə çatırdı.
Yay, payız ağacın dibi həmişə
Qoyunla-quzuyla dolu
olardı.
Yığardıq mələyən
qoyun-quzunu,
Orda rahatlanıb,
narahatlanardıq.
İçərdik buz
kimi bulaq suyunu.
Sərilib yamaca xoşallanardıq.
Dairə cızardıq
yaşıl ot üstə,
Mayallaq vurardıq
dirə qopardıq.
Çalınan dairələr
bizə dəydikcə,
Dirə çalanlara
təpik atardıq.
O əziz günləri
yada salaraq,
İndiki günümdə
kədərlənirəm.
Bəzən çayırlıqda
səni qovaraq,
Çılpaq illərə
dönmək istərəm.
Hardasan, hardasan, indi hardasan?!..
Bir anlıq yadına düşürəmmi
mən?...
Nə deyim bəlkə də qayıdacaqsan,
Hələ ümidimi
kəsməmişəm mən.
Ehey! Səsim sənə çatırmı
görən,
Yadına düşürmü
uşaqlıq çağıg
Gizləmpaç oynardıq
səninlə o dəm,
Qaytar o günləri,
o günlər hanıg
Səninlə olduğum
bircə gün üçün,
Bir əsər yazsam da mənə
az gələr.
Elə düşünmə
ki, qurtarır sözüm,
Sənsiz bu xatirə eh nəyə dəyər?!..
Sənsiz bu xatirə eh nəyə dəyər?..
ƏLLƏRİMİN
QABARLARI
Əllərimin qabarları,
Yer kimi cadar-cadar,
Hər qabarın
sinəsində,
min ağrı var,
min bir dərd var.
Uşaqlığım xatirə tək,
qısılıbdır bir küncünə,
Sıxıntılar caynağında,
sıxılaraq zərrə-zərrə,
Budur yenə kitab kimi,
açmışam mən
göz önünə,
İllərimi, günlərimi,
arayıram hər
düyündə,
Fikirlərim çaşbaş
düşür,
bu anda mən karıxıram,
Fikirləri qabarların
ürəyindən
çıxarmağa çalışıram.
Qapayıram əllərimi
bir anlığa,
qucaqlaşır qabarlar,
Əllərimin qabarında
bir ürəyin
nisgil dolu
dünyası var.
KƏNDİMİZƏ BAHAR
GƏLƏNDƏ
Soyuq libasını
dəyişir kəndim,
Ağaclar başlayır
pöhrələnməyə,
Hər qapı, hər küzdən quzu səslərin,
Yayır səhər
mehi dörd bir tərəfə.
Sübhün şəfəqləri
çıxhaçıxmaqda,
Xoruz səslərilə
həmahəng olur.
Kimi buzov tutub, inək sağmada,
Kimi yavaş-yavaş
nehrəsin qurur.
İşlər başa
çatır, süfrə
açılır,
Qoyulur ortaya halal nemətlər.
Yarpaqlar baharın
nəğməsin çalır
Açılır könüllər,
gülür könüllər.
Hər çiçək
bir bahar olur arıya,
Nəğməsi ney
kimi ürək oxşayır,
Quşlar ağaclarda
qururlar yuva,
Sanki körpə üçün
beşik asılır.
Bu dağ-dərə, bulaq səsi bir aləm,
Çayır-çəmən, yamacların örpəyi.
Mən kəndimin
baharıçün ölürəm,
Sinəm dolu tükənməyən nəğməsi.
KASIBLIQ
Kimsə söz deməsin sözüm üstünə,
İnsanın belini
qırar kasıblıq.
Bələdəm dünyanın
mən hər üzünə,
Daş olub sinəni sıxar kasıblıq.
Saxta gülümsəyər
dostlar üzünə,
Nə qohum, nə qardaş, salmaz yadına.
Arvad-uşaqlar da,
vurar yüz mənə,
Qaralar gözündə
işıqlı dünya.
Yeriyə bilməzsən,
qıçlar büdrəyər,
Əl əsər,
göz görməz, belin bükülər.
Varlığın, yoxluğun
görünməz gözə,
Sənin sənliyin
də içində ölər!..
Yuvasız bir qərib quşa dönərsən,
Qonası nə budaq, nə bağçan olar.
Ölmək istəsən
də, ölə bilməzsən,
Nə sənda sən qalar, nə səndan olmaz.
Sınıq arzuların
sinəni dağlar,
Sənə yas tutaraq gözlərin ağlar.
Gəncliyin vədəsiz,
vaxtsız qarıyar.
Səni süründürüb
üzər kasıblıq,
Yıxar, təpikləyər,
əzər kasıblıqg
SINIQ KÖNÜL
Ha çalışdım, dünya məni sevmədi,
Ömür keçdi,
bir urəyim gülmədi.
Qədd büküldü,
dərd yüklənib
bel əydi,
Sübhə həsrət
yumulmayan göz mənəm.
Ha çalışdım arzum qaldı gözümdə,
Ümidlərim yas
saxladı içimdə.
Deyəmmədim, söz
qocaldı dilimdə,
Nə qəmxar var, nə anlayıb
qəm əkən!..
Qara daşdı
sadəliyim başımda,
Kasıblığım yaş artırır yaşımla,
Yaralıyam daş
vururlar yarama,
Kimsə varmı,
məlhəm qoya səngiyəm?!.
Yorulmuşam namərdlərin
əlindən,
Yaltaqların, iküzlünün
felindən.
Qəm yüklənib
salmaq olub belimdən,
Di gəl dikəl bu yük
altda sən yaşa,
Qəlb, göz yaşlı, qarışıbdı
yaş-yaşa.
RAFİQ
Ədalət.-
2011.- 9 iyun.- S.7.