"SƏN ADLI ÜNVAN"

 

  (Kamal Alışoğluna oxucu məktubu)

 

  Öncə oxuduğum bu günlərdə yenidən vərəqləyib yenidən gözdən keçirməyə başladığım kitabın Ön söz əvəzindən başlayıram. Çünki müəllifin yazdığı Ön söz əvəzində çox maraqlı bir məqam var. Məqam həmişə məni düşündürüb mən bir neçə yazımda həmin bu fikirə istinad etmişəm. Müəllif yazır ki, "oxucu onu daxilən silkələməyən, onun daxili aləmində hər hansı bir hiss oyatmayan əsəri oxuduqda həmin andaca kitabı kənara tullayır..."  

   Bəli, bu günümüzün reallığıdır, ədəbiyyatımız, söz sənətimiz elə bir acı gerçəkliyi yaşamağa məhkum edilib. Bunun bir səbəbi bazar iqtisadiyyatıdır. Necə ki, əmtəə bazarında hər şey satılır, söz bazarında da bütün cızma-qaralara yaşıl işıq yandırılıb. Amma yaxşı ki, bizim həmin o söz bazarında naümid qoymayan, köməyimizə çatan, fikirlərimizi cilalayan dəyərli kitablar, dəyərli müəlliflər az deyil. Bax, elə həmin o fikirləri ilə baş-başa qaldığım müəlliflərdən biri həmkarım, qələm dostum Kamal Alışoğludur.   

   Ötən ilin dekabrında Kamal müəllim özünün "Tək nur" nəşriyyatında işıq üzü görmüş "Sən adlı ünvan" kitabını mənə bağışladı. Açdım, vərəqlədim, kitabın redaktoru mənim dəyərli dostum Zülfüqar Şahsevənlinin imzasını görəndə kitaba marağım bir az da artdı başladım kitabı oxumağa. Əvvəlcə onu deyim ki, kitab bir neçə şərti bölmədən ibarətdir. Ona görə şərti deyirəm ki, Kamal müəllimin şeirlərində bir zəncirvarilik var, sanki bu şeirlər bir-birini tamamlayır. Bunun özü maraqlı bir cəhətdir. Digər tərəfdən, şeirlərdə səmimiyyət fikir qoşalaşır. Bu da oxucunun ürəyincə olan haldır mən bir oxucu kimi kitabın elə ilk şeirlərindən Kamal Alışoğlunun poeziya dünyasına rahat bir yol tapdım. Həmin yolla gedərkən qarşılaşdığım misralar bələdçim oldu.

  

   Birinin üzündə sevinc, təbəssüm  

   Birinin dilində qeybətdi şerim.  

   Birinin gözündə çökən qaranlıq,  

   Birinin üzündə heyrətdi şerimg  

 

   Düşmənlər önündə sipərdi, dağdı  

   Doğru yol gedənə yanan çıraqdı.  

   Hayqırıb, əbədi hayqıracaqdı,  

   Namusdu, Vicdandı, Qeyrətdi şerim!  

  

   Bəli, mən bu misraları oxuya-oxuya öz-özümə düşündüm ki, müəllif oxucuya təkcə meydan oxumur, ismarıc vermir, həm özü-özünə bir mövqe qazanır bir nöqtədə durub kimliyini təbii ki, poetik kimliyini bəyan edir. Çəkinmədən birbaşa deyir ki, mənim şerim elə mənim özüməm. Məncə yalnız öz misralarına, öz qələminə güvənən ən azı misrası ilə oxucu qapısını döyməyi bacaran söz adamları belə bir iddia ilə çıxış edə bilərlər.   

   Mən Kamal müəllimin kitabının səhifələrini dəyişdikcə həmin o iddianın haqlı olduğunu görür ona inanmağa başlayıram. Çünki görürəm ki, şair yazır:

 

   Gör necədir özün öyən dünyamız,  

   Əməlinə gözün döyən dünyamız.  

   Elə mənəm-mənəm deyən dünyamız  

   İndi özü min hədəfə tuş qalıb.  

  

   yaxud:  

  

   Çox xətlər çəkilib alnıma mənim,  

   Aynada onların izini görrəm.  

   Ömrün yollarıdı bəlkə bu xətlər,  

   Əyrisini görrəm, düzünü görrəm.  

  

   Təbii ki, hər kəsin ömrü bir həyat hekayətidir, bir yazılı kitabdır. O kitabın hər səhifəsi bəzən min illiyə dəyir, bəzən adi kağız parçası olur. Çünki yazanın yazdıranın istəyi hər vaxt üst-üstə düşmür. Ona görə özünü qədər oda-közə vurursan vur, Tanrıdan yardımın yoxdursa kağızlar elə qalacaq. yaxud da yazdığını əzikləyib zibil qutusuna atacaqsan. Ona görə Tanrı ətəyindən yapışmaqla iradənə, inamına da güvənməyi bacarmalısan. Bax, elə Kamal Alışoğlu kimi.

  

    vaxtdı, vaxtdı aldanıram mən,  

   Özüm bilmirəm nədir günahım.  

   Əllərim çənəmdə qədər dözüm,  

   Təsəlli Allahım, ümid Allahım.  

  

   İstənilən şairin yaradıcılığında bir ana xətt, bir məqam özünü xüsusilə qabarıq göstərir. Bax, bu mənada Kamal Alışoğlunun şeirlərində torpağa, yurda bağlılıq, sevgidə dürüstlük, xüsusilə isə hər bir məqama bütöv şəkildə yanaşmaq üstünlük təşkil edir. Şair sanki bütün şeirlərində bir obraz, bir bütövlük yaratmağa çalışır. Yəni fikirlər, misralar hardan keçməsindən, hansı üslubda yazılmasından asılı olmayaraq obraz yaradır, bütövlük ortaya qoyur. Ona görə Kamal müəllimin şeirlərini oxuyanda sanki kiminləsə həmsöhbət olursan, həmin obraz səninlə üzbəüz dayanır. Bax, elə bu şeirdə olduğu kimi:  

  

   Sözlər ucuzlaşıb qiymətdən düşür,  

   Dayanıb baxıram əlim qoynumda.  

   Özümüz bilmədən əriyirik biz,  

   Bir sürü nadanın söz oyununda.  

  

   yaxud:  

  

   Bu gecə şeytan da fağırlaşıbdı,

   Kiminsə işinə əl qatmayacaq.  

   Bu gecə yuxusuz qalan qızların  

   Girib yuxusuna aldatmayacaq.  

  

   Mən "Sən adlı ünvan" kitabını şeirbəşeir, sözbəsöz yaddaşıma köçürtdükcə qarşılaşdığım bir məqam da şairin öz doğmalarına, dostlarına, ailə üzvlərinə ünvanladığı misralardakı ağsaqqal xeyir-duası, ağsaqqal tövsiyyələri oldu. Əslində şair həmin misraları təkcə oğluna, qardaşına, dostuna deyil, bütün oxuculara ünvanlayaraq yazır. Məsələn:  

  

   Qollarını çırmalama,   

   Qucaqlama sən o daşı  

   Onu çətin tərpədəsən,  

   Daş ağırdı, sən naşı.  

  

   yaxud:  

  

   İstəmirəm quru sözdən sarayı,  

   İstəmirəm səsi-küyü, harayı.  

   İstəmirəm danışdır, dindir,  

   Eləcə bax, o baxış da bəsimdi.  

  

   Bəli, mən bir oxucu düşüncəsini, oxucu yaşantılarını əl boyda məktuba çevirib qələm dostuma ünvanladım. Düşünürəm ki, Kamal Alışoğlunun bu kitabı ədəbiyyat adamlarının, tənqidçilərin diqqətindən kənarda qalmayacaq. Çünki bu kitabda düşündürmək gücü, cəlb etmək məharəti olan misralar fikirlər yetərincədi. Sadəcə olaraq onu oxumaq münasibət bildirmək lazımdı. Ən azı ona görə ki, bu ucuzlaşan Söz bazarında dəyərli Sözə qiymət verməyə indi daha çox ehtiyac var. 

  

  

  Əbülfət MƏDƏTOĞLU

 

  Ədalət.- 2011.- 10 iyun.- S.7.