VƏTƏN BAYRAĞI

 

 Şan şöhrətimizdir, Vətən bayrağı,  

 Müqəddəs, əzizdir, Vətən bayrağı,  

 İgid əsgərlərin başı üstündə  

 Şərəf yerimizdir, Vətən bayrağı. 

  

  

   Ey, qəhrəman ələmdarlar,  

   Səttar xanlar, Cavad xanlar.  

   Azərbaycanın özüdür  

   Dalğalanan bu bayraqlar.  

  

  

   Rəmzi ay-ulduzdur, Vətən bayrağı,  

   Saf qürurumuzdur, Vətən bayrağı,  

   Babək, Xətaidir nər Koroğludur  

   Şanlı soyumuzdur, Vətən bayrağı,  

  

  

   Dünyanın hər yerində  

   Bu bayrağın önündə   

   Əlli milyonluq bir xalq  

   Həmrəy olur bir gündə.

     

  

   Zəfər qətirəndi, Vətən bayrağı,

   Qüdrətli ələmdir, Vətən bayrağı.  

   Təzim et önündə and içən zaman  

   Çünki bir Vətəndir - Vətən bayrağı.

  

   

  Səkinə Sadiq  

 

  Ədalər.- 2011.- 10 iyun.- S.7.