Xalq qəhrəmanı
Səfəralı
XIX əsrin
50-ci illərindən başlayaraq
Azərbaycanda baş qaldıran qaçaq hərəkatı milli-azadlıq
hərakatının böyük
bir mərhələsini
təşkil edirdi. Azərbaycanın bütün
bölgələrində olduğu
kimi Qarabağda da milli azadlıq
hərakatına öz
töhfəsini vermiş
qaçaqlar meydana gəlmişdir. Qaçaq
Nəbi, Qaçaq Rəşid, Qaçaq Süleyman, Qaçaq Murtuza və s. kimi xalq qəhrəmanları
bu mübarizədə
yaxından iştirak etmiş, öz həyatlarını dağda,
aranda, şəhərdə,
kənddə təhlükəyə
ataraq rus istilasına qarşı çıxmışlar. Onlar
bu şücaət və igidlikləri ilə xalqın sevimlisinə çevrilmişlər.
Qaçaq hərəkatının
ən öndə gedən isimlərindən
biri də Qarabağda haqq- ədalət uğrunda apardığı mübarizədə
şan-şöhrət qazanmış
Qaçaq Səfəralı
Nəcəfqulu oğlu
Qədirli olmuşdur.
Təssüflər olsun
ki, bu günə
qədər xalq qəhrəmanı Qaçaq
Səfəralı haqqında
mətbuatda heç bir məlumat dərc edilməmiş, onun qaçaq hərəkatında oynadığı
mühüm rol zaman keçdikcə xalqın yaddaşından
silinmişdir. Çar
hökumətinə, eləcə
də yerli zümrələrə qarşı
çıxan qaçaqların
bir qismi Sovet hökuməti qurulduqdan sonra onların bu fəaliyyəti bolşeviklər
tərəfindən qiymətləndirildi.
Onlar haqqında şeirlər, romanlar yazıldı, filmlər çəkildi. Lakin bir qism qaçaq
isə vaxt keçdikcə unudulmağa
başladı. Qaçaq
Səfəralı da ikincilərin cərgəsində
idi. Onun unudulmasının başlıca
səbəbi çar
hakimiyyətinə deyil,
xalqını ikinci dərəcəli millət
hesab edən rus istilasına qarşı çıxması
idi. Vətənini, xalqını, millətini
hər şeydən üstün tutan, ömrünün sonuna qədər ruslara qarşı mübarizə
aparan Qaçaq Səfəralının ömür
səhifəsinə az
da olsa işıq
salaq.
1867-ci il iyul ayında yaylaqda Nəcəfqulu Ağavəli
oğlunun ilk uşağı
dünyaya gəldi.
1843-cü il təvəllüdlü
Nəcəfqulu Ağavəli
oğlu Yağlıvəndin
Qədirli tayfasından
idi. Onun ömür-gün yoldaşı
isə Yağlıvəndin
sayılıb-seçilən ağsaqqallarından biri, Fərhadlı tayfasından
olan Kərim Fərhad oğlunun qızı Hürü xanım olmuşdur.
Nəcəfqulu kişinin,
eləcə də Hürü xanımın sevincinin həddi-hüdudu
yox idi. Körpənin dünyaya gəlməsi xəbəri
bir anda bütün obaya yayıldı. Dayıları
Həsənalı, İbrahim,
Nuralı, Abbasalıdan,
əmisi Abbasdan muştuluq istənildi. Hürü xanımın böyük qardaşı
Həsənalının Nəcəfqulunun
yanında xüsusi hörməti vardı. Ona görə də yeni doğulmuş
körpəyə onun
ad qoymasını istədilər.
Həsənalı öz
bacısı oğluna
ad qoydu: "Həsənalı,
Abbasalı, Nuralı.
Bacımız oğlunun
adı qoy dayılarının adına
yaraşan olsun, Səfəralı".
Yağlıvənd sakini Arzuman Sevindikoğlu deyir ki, Qaçaq
Səfəralının dayısı
Həsənalının qızı
Minəvər qojam həmişə danışardı
ki, "Qonur gözlü, sarışın
saçlı Səfəralı
15 yaşında olarkən
tay-tuşları arasında
seçilən oğlan
oldu. Cavanlar müxtəlif oyunlar oynayan vaxt Səfəralı
həmişə bəy
durardı. O, hər zaman kim məndən
deyərdi, heç vaxt deməzdi mən kimdən".
Səfəralı hələ
uşaqkən atasının
Qaladakı (
Nəhayət, 1891-ci ildə
Şuşada ona pusqu qururlar. Rus qoşunlarının müsəlləh və nizami dəstələri Səfəralının dəstəsi
üzərinə hücum
çəkir və qanlı döyüşlərdən
sonra Səfəralını
həbs edirlər və 25 il həbs
cəzası kəsərək
uzaq Sibirə sürgün edirlər. O,
10 ilə yaxın Sibirdə sürgündə
qalır və bir gün hökumət
tərəfindən onun
ailəsinə Səfəralının
Sibirdə vəfatı
haqda, ölüm tarixini göstərən məktub daxil olur. El öz qəhrəmanına el qaydası
ilə yas mərasimi keçirir. Və bir ildən
sonra yaz vaxtı Yağlıvəndin
Qədirli obasında,
Qədirin böyük
qoz ağacının
kölgəsində Səfəralının
vəfatının il
dönümünü qeyd
edirlər. Uzun müddət elindən, obasından, ailəsindən
ayrı düşən
Səfəralının qismətinə
öz yas mərasimini görmək də nəsib olur. Onun gəlişi
ilə yas mərasimi bayrama çevrilir. Musiqiçilər
gətirilir, erkəklər,
cöngələr kəsilir,
kef məclisi qurulur.
Məclisin şirin
yerində qırmızı
tumanlı, yaşıl
qoftalı, beli qızıl kəmərli
bir qız rəqs edir. Səfəralı qızın
kimliyi ilə maraqlanır. Deyirlər ki, o, əmin Adıgözəlin qızı
Bacıxanımdı. Bir
könüldən min könülə
vurulan Səfəralı
Bacıxanımla evlənmək
istədiyini bildirir. Hamının razılığı
ilə elə oradaca Bacıxanımı
verirlər Səfəralıya.
Hökumət Səfəralının
Sibirdən qaçaraq
Yağlıvəndə gəldiyini
onda eşidir ki, Səfəralı yenə ruslara qarşı çıxışlar
edir, xalqı mübarizəyə səsləyir.
Artıq ailəli
olan Səfəralı
əvvəlki kimi mübarizə aparmaqda çətinlik çəkir.
Ona görə də Arazın o tayına-Cənubi Azərbaycana
adlamağa qərar verir. Amma xalqı,
milləti uğrunda apardığı mübarizəni
yarımçıq qoymur.
Tez-tez Arazı keçib xalqa divan tutan, varını, sərvətini talan edən ruslarla haqq-hesab çəkib yenidən İrana qayıdır.
O, ömrünün
sonuna kimi İranda yaşamış,
orada da vəfat etmişdir.
Səfəralını ələ
keçirə bilməyən
çar hökuməti
çıxış yolununu
onun ailəsini repressiyaya məruz etməkdə görür.
Kiçik qardaşı
Rəşidi, dayısı
oğlu Qaranı və xalası (və ya bacısı)
oğlu Heydəri həbs edirlər. Qazamatdan qaçan Rəşid fövqəladə
qəhrəmanlıqlar göstərir.
Kərimli Tağı
Ədalət.- 2011.- 14 iyun.- S.6.