MÜQƏDDƏS TORPAQ – BEYLƏQAN
Yağlı tikə
Qədim Beyləqan
haqqında müxtəlif
tarixi mənbələrdə
maraqlı faktlara rast gəlmək olur. Çox maraqlıdır ki, mövcud olduğu gündən bu qədim şəhərdə
çoxlarının gözü
olub. Elə yadelli olmayıb ki, bu torpağa,
bu yurda və bu elə
gözü düşməsin.
Məhz buna görə də bayaq dediyimiz kimi, bu qədim
yurd işğalçıların
ayaqları altında qalıb.
XII əsrdə
monqollar buranı viran qoyublar. Böyük İpək Yolunun Dərbənd-Ərdəbil
hissəsinin burdan keçməsi Hindistan, İran, Çin kimi dövlətlərlə
ticarət əlaqələri,
tacir və varlı təbəqəsinin
sürətlə artması,
əhalinin sıxlığı,
zənginlik və əlverişli coğrafi mövqe bu bölgəni
yağlı tikəyə
çevirib. Qədim şəhər bir intiqamın qurbanı olub. 1221-ci ildə monqolların 30 minlik işğalçı qoşunu
sərkərdə Cebe
və Subutayın başçılığı ilə şəhəri mühasirəyə alıb.
Şəhər sakinlərinin
qəhrəmanlıqla müdafiə
olunmaqlarına baxmayaraq,
yadellilər buranı
işğal ediblər.
Şəhər nə
az, nə çox 2 ay mühasirədə
qalsa da, əhali təslim olmayıb. Yumuşalmaq bilməyən əhalinin igid oğulları etiraz kimi monqolların
sərkərdəsinin başını
kəsiblər. Elə
şəhərin xarabalığa
çevrilmə tarixi
də həmin andan başlayıb. Qəzəblənmiş monqollar
böyükdən kiçiyə
hamını qılıncdan
keçirib, şəhəri
tamamilə yandırıb.
Sonradan əsrlər, illər ötsə də bu torpaqda
uzun müddət həyat olmayıb. Hadisələrdən iki əsr sonra Əmir Teymur belə Beyləqanı bərpa etdirə bilməyib. Çünki şəhər - qədim
Beyləqan yer altında qalıb...
Ermənilərin arzusu ürəyində
qaldı...
Aydındır ki, hər bir köhnə
yurdun yerində yeni bir məskən
salınır. Amma bu məskən əvvəlki tarixi görkəmi tam əvəz
edə bilməsə də, hər halda müasirliyin özü də yeni bir tarixin
səhifəsi hesab olunur. 1993-cü ildə
172 şəhidi, 31 itkini,
133 əlili və 3 milli qəhrəmanı hesabına qorunan Beyləqan. Əlbəttə,
bu keçmə-keşli
ömür yolunda təbii ki, müxtəlif izlər və məqamlar olub. Ancaq bu
məqamların yadda qalanı isə Beyləqanın Qarabağ
müharibəsində mərdliklə
tab gətirməsidir. Çünki
erməni işğalçıları
bu qədim yurdu da ələ
keçirmək istəyiblər.
Hətta 1993-cü ilin
dekabrın 16-da həmin
şəhəri "qrad"
atəşinə də
tutublar. Təbii ki, bu cür
hücumlar möhkəm
müdafiə sayəsində
dəf edilirdi. Yəni ermənilərin bu qədim və
zəngin şəhəri
işğal etmək arzuları ürəyində
qaldı.
Şəhər müasir memarlıq
üslubu ilə tikildi
Uzun illər
Beyləqan böyük
şöhrət qazanıb.
Amma zaman-zaman o şöhrət itib. Yəni onun iqtisadiyyatına, kənd təsərrüfatına və
mədəniyyətinə dəyən
zərbələr bir
müddət bu rayonu sürətli inkişafdan saxlayıb. Başqa sözlə demiş olsaq, vəzifə kreslosunda əyləşən adamlar
özlərinin şəxsi
mənafeləri haqqında
daha çox düşünüblər. Elə
ona görə də rayon iqtisadiyyatı zəifləyib, sosial-iqtisadi
inkişaf ləngiyib.
Ümummilli lider Heydər Əliyevin və prezident İlham Əliyevin qayğısı nəticəsində
rayonun şöhrəti
zaman-zaman özünə
qayıdıb. Xüsusən
də çox təcrübəli və siyasi cəhətdən yetkin bir insan
olan İrşad Əliyev rayona icra başçısı
təyin ediləndən
sonra burda hər şey tanınmaz dərəcədə
yenidən qurulub və tikilib. 2005-ci ildən sonra bu rayonun ərazisində
çox möhtəşəm
işlər görülüb.
Qısa müddət ərzində yeni istehsalat sahələri, müəssisələr, fabriklər
inşa edilib. Rayon müasir memarlıq üslubunda tikilib. Bir-birindən gözəl
parklar, xiyabanlar salınıb. Rayonun mərkəzi yollarının
asfaltlanması və abadlaşması isə xüsusi diqqət mərkəzində saxlanılıb.
Qısa müddətdə
uzunluğu 47,2 kilometr
olan Ağcabədi-Beyləqan
magistral qaz kəməri çəkilib.
Bir faktı da qeyd etmək
istəyirik ki, rayonun və şəhərin yenidən
qurulması ideyasının
müəllifi elə
İrşad Əliyev
özüdür. İ.Əliyev
deyir: "Hər şey tarixdən başlayır. Mənim istədyim və çalışdığım da odur ki,
biz tariximizi çox yaxşı bilək. Keçmişini dəqiq bilsən, onu dəqiq təhlil etməyi öyrənsən,
gələcəyini düzgün
qura bilərsən"...
Yeni ideyalar
asanlıqla reallaşmadı
Şübhəsiz ki, hər bir görülən
iş böyük zəhmət və əziyyət tələb
edir. Çünki hər hansı abadlıq, quruculuq işləri görüləndə
gərək hamı o
işə ellikcə kömək göstərsin,
dayaq olsun. Bax, onda nəzərdə
tutulan böyük quruculuq işlərini reallaşdırmaq mümkündü.
Beyləqanda qısa zaman kəsiyində 88-dən
çox sənaye, mədəniyyət, təhsil,
səhiyyə və sosial obyekt inşa
edilib. Çox maraqlıdır ki, bu gün Beyləqanda
Analitik Tədqiqatlar Laboratoriyası fəaliyyət
göstərir. Təzə
un dəyirmanı, südün
ilkin emalı və qarışıq yem sexləri, avtovağzal binası, mebel sexi, istirahət
parkları, müsabiqə
mərkəzi, uşaq
şahmat mərkəzi,
dövlətçilik muzeyi,
dövlət idarə
binaları, şadlıq
sarayları 2005-2010-cu illər
arasında inşa edilib. Bununla yanaşı, Şəfəq,
Qəhrəmanlı, Sarısu
qəsəbələrində, Birinci və İkinci Aşıqlı,
Təzəkənd, Dünyamalılar,
Bünyadlı, Birinci
Şahsevən yaşayış
məntəqələrində xeyli abadlıq, təmir-tikinti işləri
görülüb. Bundan
əlavə, rayonun Dünyamalılar, Təzəkənd,
Bolsulu, Birinci Aşıqlı, İkinci
Aşıqlı, Əlinəzərli,
Orta Əlnəzərli
kəndlərinə qaz
xəttinin çəkilişi
başlanıb. Bütün
bunlar onu deməyə əsas verir ki, rayonda
abadlıq və yenidənqurma işləri
sürətlə davam
edir. Artıq rayon mərkəzinə qaz verilməklə yanaşı,
digər yaşayış
məntəqələri də
təbii qazla təmin edilir. Bu da kənd adamlarının
məişət problemlərinin
çözülməsinə və həllinə böyük köməklik
göstərir...
(ardı
gələn sayımızda)
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2011.- 14 iyun.- S.7.