YOLUN ORTASINDA YOL GÖZLƏYƏN
QIZ
Yolun ortasında yol gözləyən qız
Bu həsrət özümdən
qoparır məni.
Darıxma, gəlirəm,
düşmüşəm yola,
Getdiyim o yollar qaytarır
məni.
Yolun ortasında
yol gözləyən
qız
Səni tək qoymaram,
gözlə, gəlirəm.
Boşalt gözlərindən
qəmi, kədəri,
Adımı harayla, səslə,
gəlirəm.
Yolun ortasında
yol gözləyən
qız
Bir
azdan yoluna günəş doğacaq.
Bir az
təsəlli ver, ovut özünü,
Gözündən dünyaya sevgi
yağacaq.
Yolun ortasında
yol gözləyən
qız
Səsinin rənginə boyanıb
yollar.
Yollar gözlərinə
köçüb, yığışıb,
Elə bil yuxudan oyanıb yollar.
Bir çiçək
rəngini səndən
alıbdı,
Bir
nəğmə qoşular
sənin telindən.
Yollar ömrümüzün
yoluymuş demə,
Düşək nağıllara sənin
dilindən.
SƏNƏ DEYƏCƏYİM
SÖZÜM QALMADI
Əllərim titrədi,
soldu çiçəklər
Baxıb gözlərimə
doldu çiçəklər,
Görüş yerimizdə
qaldı çiçəklər
Sənə, deyəcəyim sözüm
qalmadı.
Günəşin üzünü
örtdü buludlar,
Yalqız çiçəkləri
gördü buludlar,
Qaldırdı çiyninə
dərdi buludlar
Sənə, deyəcəyim sözüm
qalmadı.
Üşüdü çiçəklər,
küsdü çiçəklər
Həsrətdən, kədərdən əsdi çiçəklər.
Ayaqlar altında gəzdi çiçəklər,
Sənə, deyəcəyim sözüm
qalmadı.
Çiçəklər həsrətli yoldu, cığırdı,
Nəmli gözlərindən
yağış yağırdı,
Çiçəklər qəfildən məni çağırdı...
Sənə, deyəcəyim sözüm
qalmadı.
Günahsız çiçəklər,
günaha batdı,
Qəlbimdə kədəri,
qəmi oyatdı,
Çiçəklər alışıb bir ocaq çatdı
Sənə, deyəcəyim sözüm
qalmadı.
ÜRƏYİM,
GÖZLƏRİM BAYRAM İÇİNDƏ
(Dostum
Ramiz Balayevin əlli yaşına)
Üz-üzə durmusan
əlli yaşınla,
İşıqlı gözlərin bir
ocaq çatıb.
Min ömür yaşadın
əlli yaşında,
Sənin ürəyində min illər yatıb.
Göylər nəğmə
deyir əlli yaşına,
Əlli yaşındadı bu dünya özü.
Dünyanın ən
əziz adamı sənsən,
Dünyadan yaşlıdır söhbətin, sözün.
Atanla, oölunla
bir ocaqdasan,
Atanın adını yaşadır
oğlun.
Anan yollarında döndü
işığa,
Bitib-tükənməzdi ömür nağılın.
Baxıb gözlərinə
düşdüm işığa,
Sənli xatirələr ömrümə
əsdi.
Bu yorğun dünyadan çıxıb
gedərdim.
Şirin xatirələr yolumu
kəsdi.
Yerişin, baxışın,
səsin, nəfəsin
Dünən də, bu gün də eyni biçimdə.
"Mübarək" deyirəm əlli yaşına!
Ürəyim, gözlərim, bayram
içində.
SƏNƏ ÇATMADI SƏSİM
Səni harayladım,
səni çağırdım
Sənə yetişmədi, çatmadı
səsim.
Səsimə baxırdım,
sənə baxırdım,
Mənə hay vermədim,
perikdi səsim...
Sənin saçlarında,
baxışlarında
Gəzdi yavaş-yavaş, telləndi səsim.
Sənin gözlərində,
qulaqlarında,
Anasız körpətək
dilləndi səsim!
Sən mənim səsimə səs verməsən də
Səndən uzaqlarda dolaşdı
səsim.
Küləyə qoşuldu,
yağışa döndü,
O uzaq göylərə
yol açdı səsim...
Səsim dərələrdə
əks-səda verdi
Qayları ovdu, daşları
böldü.
Üzünü çevirib
getdin səsimdən,
Mən hələ
diriyəm... səsimsə
öldü...
DƏNİZƏ
YAĞIŞ YAĞIR
Dənizə yağış
yağır -
Dəniz göyə ucalır.
Dənizin yuxusuna,
Gecələr laylay çalır.
Dənizə yağış
yağır -
Dəniz haray qoparır.
Xatirələr dənizi
Uzaqlara aparır.
Dənizə yağış
yağır -
Yağış xalı toxuyur.
Güzgülənib göy
üzü -
Dəniz nəğmə oxuyur.
Dənizə yağış
yağır -
Öpüm yağış üzündən.
Gözlərini aç
mənə
İçim dəniz gözündən...
Sabir
ABDİNOV
Ədalət.- 2011.- 14 iyun.- S.7.