ÜRƏKLƏRDƏ SEVİNC VAR...

 

QƏDİM MƏKAN 

 

... Şabran ən qədim tarixə malik olan yaşayış məskənlərindən biri olub. Bu yurdun, bu elin, bu rayonun zəngin mədəniyyəti keçmişi bir daha təsdiq edir ki, tarix heç vaxt yaddan çıxmır. Qədim Şabran şəhəri tədqiqatçıların tarixçilərin bütün dövrlərdə diqqət mərkəzində olub. Yəni bu o deməkdir ki, tarixi keçmişə malik olan bu şəhərə maraq həmişə həddindən yüksəkdir. Bir sözlə, qədim yurdun yeni bir dövrü başlayıb...

 

SƏHƏRİN GÖZÜ AÇILANDA...

 

... Burda insanlar hər səhəri böyük həvəslə böyük ümidlə gözləyirlər. Çünki hər açılan səhər yeni bir işin görülməsi, daşın daş üstə qoyulması ən nəhayət quruculuq işlərinin həyata keçirilməsi deməkdir. Beş-on il bundan əvvəllə müqayisədə bu gün Şabran rayonu tanınmaz dərəcədə dəyişib. Bir-birindən gözəl küçələr, parklar, xiyabanlar adamın diqqətini özünə çəkir. Ən çox da adamı özünə cəlb edən odur ki, burda səhərin gözü açılandan insanlar qollarını çırmayıb bacardığı işin qulpundan yapışırlar. Hara baxırsan, hara göz gəzdirirsən orda bir təzəlik, yenilik quruculuq işləri görürsən. Bu da təsadüfi deyil. Çünki rayon icra hakimiyyətinin başçısı Novruz Novruzov çox işgüzar eyni zamanda insanlarla dil tapmağı, ünsiyyət yaratmağı hamını bir yerə yığıb əsas məqsəd uğrunda mübarizə aparmağı bacaran bir ziyalıdır. Təbii ki, hər şey rəhbərdən asılıdır. El-oba görəndə ki, rayonun başçısı xalqın içindədir, camaatın dərdi ilə maraqlanır, istər-istəməz onların da bu cür insanlara olan məhəbbəti daha da artır. Ən nəhayət onu demək olar ki, yuxarıdan təşəbbüs gələn kimi sadə insanlar da bu təşəbbüsə, bu quruculuq işlərinə dəstək verir arxa durur...

 

ŞABRANDA NƏLƏR GÖRDÜK?

 

Yazımızın əvvəlində qeyd eləmişdik ki, Şabran rayonunda böyük quruculuq işləri gedir. Bir-birindən gözəl tikililər, binalar, küçələr parklar göz oxşayır. Qısa zaman kəsiyində Şabranda çox şey dəyişib. Başqa sözlə demiş olsaq, hara addım atırsan orda yeniliyin, təzə nəfəsin quruculuğun olduğunu hiss edirsən. Çoxlu sayda küçə prospektlərdə abadlıq işləri aparılıb. Faktlara istinad etsək deyə bilərik ki, bu quruculuq abadlıq işlərinin dəyəri 100 min manatlarla ölçülür. Bu ilin 3 ayı ərzində 3,9 min manat həcmində tikinti, abadlıq quruculuq işləri görülüb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 min manat çoxdur.   

Belə ki, Heydər Əliyev parkında Heydər Əliyev Mərkəzinin yeni layihə əsasında tikintisi, Multimediya Mərkəzinin "Kitab evi"nin inşası davam edir. Bununla yanaşı, şəhər mədəniyyət istirahət parkında, Heydər Əliyev parkında abadlıq işləri, "Bayraq meydanı"nda qalanın tikintisi, M.Rəsulzadə küçəsində süni ot örtüklü stadionun inşası eləcə Heydər Əliyev prospektində pannonun tikintisi bir daha onu deməyə əsas verir ki, rayonda quruculuq işləri sürətlə davam edir. Şabran şəhərində həm parklarda, həm küçələrdə müasir işıqlandırma sistemi qurulur. Eyni zamanda, rayon mərkəzində 80 çarpayılıq yeni xəstəxana Vələsli kənd ümumi orta məktəbi üçün yeni bina inşa edilir. Bir sözlə, hara baxırsan orda yeni bir quruculuq işlərinin şahidi olursan.   

 

HƏR ŞEY MÜASİR ÜSLUBDA...  

 

Təbii ki, Şabranda inşa edilən yeni tikililər öz memarlıq üslubu müasirliyi ilə fərqlənir. Bu da ondan irəli gəlir ki, bu şəhərin qədim tarixi memarlıq abidələrinin elementləri bu gün qorunub saxlanılır. Milli memarlıq üslubunda tikilən hər bir tikinti elə özü bir tarixi abidə sayılır. Ona görə inşa edilən tikintilərdə milli memarlıq ənənələri çox həssaslıqla qorunur. Müasirlik önə çəkilir.   

Rayonda 3 saylı Ərazi Vergilər İdarəsinin Vergi Ödəyicilərinə Xidmət Terminalı və eyni zamanda "Azpetrol" yanacaqdoldurma mərkəzi istifadəyə verilib.

Məktəblərin tikintisi əsaslı təmiri önə çəkilib. Belə ki, Aygünlü kənd tam orta məktəbinin əsaslı təmir işlərinə hazırlıq işləri görülür. Qəza vəziyyətində olan 3 məktəbin - Pirəbədil kənd tam orta, Xəlilli, Dəvəçikənd ümumi orta məktəbləri üçün yeni məktəb binalarının tikintisi nəzərdə tutulub. Dövlət büdcəsinin yerli xərclərində nəzərdə tutulmuş vəsaiti hesabına Çölquşçu tam orta, Çuxurəzəmi ümumi orta, Söhbətli ibtidai məktəblərinin Şabran şəhər 1 saylı uşaq bağçasının təmiri planlaşdırılıb.

Aydındır ki, bütün bu işlərin həyata keçirilməsi çox böyük müsbət nəticə verəcək, həmin təhsil ocaqlarında gənc nəslin yaxşı oxuması və tərbiyə edilməsi üçün hər bir şərait yaradılacaqdır.  

 

YOLLAR YENİDƏN QURULUR...  

 

Ümumiyyətlə, Şimal istiqamətinə gedən magistral yolun əsaslı surətdə dünya standartlarına uyğun tikilməsi insanların rahatlığını təmin edib. Aydındır ki, müasir tələblərə cavab verən yolların inşası ölkə rəhbərinin diqqət mərkəzindədir. Şimal istiqamətinə gedən magistral yolun müasir tələblərə uyğun tikilməsi insanların xüsusən nəqliyyat vasitələrini idarə edənlərin vaxtına qənaət etməklə yanaşı, onlara bir rahatlıq da gətirib.   

Yəni əvvəllər bərbad yollarla Şabrana 2 saata çatmaq mümkün idisə, indi bu rahat magistral yolda 1 saat hərəkət etməklə mənzil başına təhlükəsiz rahat çatmaq olur. Əməkdaşımız Ceyhun Rüstəmovun idarə etdiyi avtomobillə Şabrana necə çatdığımızı hiss eləmədik. Bircə onu eşitdim, Ceyhun müəllim dedi ki, Şabrana çatmışıq. Hansı ki, əvvəllər enişli-yoxuşlu bərbad yolları keçməklə çox çətinliklə həmin yaşayış məntəqəsinə çatmaq olurdu. Bir sözlə, rahat yol həm rahat ömür deməkdir.

Elə Şabran rayonunda da 2009-2013-cü illərə dair Dövlət Proqramında rayon mərkəzini kəndlərlə birləşdirən yolların əsaslı təmiri nəzərdə tutulub. Bununla əlaqədar rayon ərazisində olan belə yollardan dördü üçün - Şabran-Zeyvə-Pirəbədil, Şabran-Qalaaltı, Şabran-Düzbilici, Şabran-Çayqarqaşlı yolu ilə əlaqədar müvafiq sənədlər, müraciətlər hazırlanıb yuxarı təşkilatlara təqdim olunub. İlk növbədə Şabran-Zeyvə-Pirəbədil yolunun bərpası nəzərdə tutulur.  

Rayonda son 3 ildə dövlət büdcəsinin yerli xərcləri hesabına Şabran şəhərində uzunluğu 12,7 km, ümumi sahəsi 91,2 min kvadrat/metr olan 24 küçəyə asfalt örtük verilib. 17,1 km uzunluğunda 34 küçəyə yeni çınqıl yol çəkilib. Yaxın gələcəkdə isə 35 km şəhərdaxili yol asfaltlanmalı 28 kilometr torpaq yolu tikiləcək. Bununla yanaşı, şəhərdə piyada yollara üzlük daş vurulub asfalt döşənib.

 

(ardı gələn sayımızda)

  

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2011.- 30 iyun.- S.3.