AŞIQ ŞƏMŞİR KÖNÜLLƏRDƏ...

 

Aşıq Şəmşir Dəlidağdan keçəndə  

Kəklikli daşlardan xəbər al məni.  

Ceyran bulağından qızlar içəndə  

Saz tutub, söz qoşub yada sal məni.  

 

   Səməd Vurğun,  

   xalq şairi.

 

Respublika Mədəniyyət Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin, Kəlbəcər Rayon İcra Hakimiyyətinin "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşəbbüsü ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında aşıq yaradıcılığının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, "Şərəf Nişanı" ordenli Aşıq Şəmşirin unudulmaz xatirəsinə həsr edilmiş "Dədə Şəmşir könüllərdə" adlı Kəlbəcər aşıqlarının konserti olmuşdur.  

Konsertdə tədbirin aparıcısı, Azərbaycan Aşıqlar Birliyinin katibi, filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu başqaları çıxış etmişlər.  

Natiqlər tərəfindən qeyd olunmuşdur ki, möcüzələr diyarı Kəlbəcərdə dünyaya göz açmış el sənətkarı Aşıq Şəmşir ulu dağlarımızın çiçək ətrini, bulaqların şirin şərbət dadını, bir sözlə bu gövhər torpağın misilsiz gözəlliyini misra - misra söz çələnginə hörərək özündən sonra zəngin əbədi bir irs qoyub getmişdir. Qədim köklərə malik olan Azərbaycan aşıq sənəti ənənələrinin davam etdirilməsi zənginləşdirilməsində Aşıq Şəmşirin böyük əməyi vardır. Ömrünün 60 ilini öz sənəti ilə xalqa xidmətə həsr edən el şairi aşıq şeirinin ən müxtəlif formalarında gözəl sənət nümunələri yaratmış, canlı həyat lövhələri ilə dolu əsərlərində doğma xalqının fikir duyğularını yüksək sənətkarlıqla ifadə etmişdir. Şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir. Ustad aşığın yaradıcılığı öz qaynağını xalqımızın milli - mənəvi dəyərlərini tərənnüm edən zəngin saz söz xəzinəsindən, klassik sənətkarlarımızın bədii irsindən alır.   

Vurğulanmışdır ki, Dədə Şəmşir aşıq şeirinin müxtəlif poetik formalarında qələmə aldığı nümunələrlə qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl müxəmməsləri ilə Kəlbəcər ədəbi mühitini, eləcə yazılı şifahi poeziyamızın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən buna öz istedadını əlavə edən qüdrətli söz sənətkarı kimi fərdi məktəbini yaratmışdı. Kəlbəcər elində qırx nəfərdən artıq şagirdinin aşıq sənətinə yiyələnməsində ustad sənətkarın əvəzsiz xidmətləri danılmazdır. Aşıq Qardaşxanın, Qəmkeş Allahverdinin, Aşıq Xalıqverdinin bu gün çoxlarının yaxşı tanıdığı onlarla saz - söz sənətkarlarının yetişməsində kamilləşməsində Aşıq Şəmşir məktəbinin dəyərli rolu olmuşdur. Bu məktəb təkcə aşıq sənətinə deyil, ümumən saz - söz sənətinə təsir göstərməklə Bəhmən Vətənoğlu, Sücaət kimi şairlərin yetişməsinə gözəl münbit şərait yaratmışdır. Nəticə etibarı ilə Aşıq Şəmşir Kəlbəcər ədəbi mühitinin formalaşmasında öz zəngin töhfəsini vermişdir. Kəlbəcər - Göycə, Qarabağ - Gəncəbasar ellərində yaxşı tanınan sevilən Aşıq Şəmşiri bütün Azərbaycana daha yaxından tanıdan isə ölməz şairimiz Səməd Vurğun olmuşdur.

Təsadüfi deyildir ki, qüdrətli el sənətkarının 110 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin 2003 - il 5 iyul tarixli Sərəncamı Dədə Şəmşiri yüksək dövlət səviyyəsində bir daha xatırlamağa, yaradıcılığını daha ətraflı öyrənməyə geniş təbliğ etməyə böyük imkanlar yaratdı. Aşıq Şəmşirin il boyu bölgələrdə keçirilmiş yubiley mərasimləri 2004 - ildə Bakıda - Heydər Əliyev Sarayında da rəsmi səviyyədə təntənə ilə yekunlaşdı.  

Dərin məhəbbətlə bildirilmişdir ki, tariximizin quruculuq dövrü olan yetmiş - səksəninci illər tərəqqisini öz gözləri ilə görüb ilhama gələn ustad sənətkarın xalqımızın dahi oğlu, Ümummilli Lider Heydər Əliyevə həsr etdiyi dərin məzmunlu şeirlər üstündən illər keçdikdən sonra bu gün zamanla həmahəng səslənərək əzəmətini qoruyub saxlayır. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü şair fəhmi ilə dərk edən Dədə Şəmşirin şeirlərini oxuduqca aşığın ürəkdən gələn səmimi təbii deyimlərinə valeh olmaya bilmirsən. Xalqın dərdi ilə ağlayıb, sevinci ilə gülən ulu ozanın coşqun ilhamı Azərbaycanda gedən dərin inkişafı Ulu Öndər Heydər Əliyev həqiqətlərini məhəbbətlə tərənnüm edirdi.   

Çıxışlardan sonra Aşıq Şəmşirin həyat yaradıcılığını əks etdirən sənədli filmin nümayişi olmuşdur.  

Konsertdə Kəlbəcər aşıqları maraqlı geniş konsert proqramı ilə çıxış etmişdir.  

Tədbirin sonunda "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin təşəbbüsü ilə nəfis tərtibatla, yüksək poliqrafik keyfiyyətlə yeni nəşr edilmiş saz söz sənətinin Aşıq Şəmşir zirvəsinə həsr olunmuş "Aşıq Şəmşir" (ideya müəllifi Şəmşir Şəmşirli) bukleti, "Ünvanımız - Dədə Şəmşir" (ithaflar, deyişmələr - toplayıb tərtib edəni, redaktoru ön sözün müəllifi Adil Cəmil) kitabı, "Azərbaycan folklor inciləri" seriyasından buraxılmış "Dədə Şəmşir" kompakt diski, eyni zamanda yazıçı Qənbər Şəmşiroğlunun "Tale oxşarlığı" povest hekayələr kitabı tamaşaçılara təqdim olunmuşdur.   

Konsertdə Milli Məclisin deputatları, respublikamızın görkəmli ziyalıları, elm mədəniyyət xadimləri, Kəlbəcər ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.

  

  

Rəşad Hacıyev

 

Ədalət.- 2011.- 29 iyun.- S.4.