QƏDİM - MÜASİR
GÖYÇAY
(əvvəli ötən sayımızda)
ƏLVAN DƏRƏSİNİN LABİRİNTİNDƏ
Göyçay nadir şəhərlərdən biridir
ki, yuxarı hissəsindəki sonuncu tikililərin yanında maşından düşüb,
piyada 10-15 dəqiqəyə
Əlvan dərəsinin
meşəli, yamaclı,
bulaqlı, nəğməli
labirintində azasan. Surxay
qalasına səyahətin
də ayrı zövqü var. Çay boyunca pikniklər təşkil etmək, Çərəcə
gölündə balıq
ovlamaq, yeməkxanalarında
Göyçay mətbəxinin
özünəməxsusluğunu duymaq...
GÖYÇAY MƏTBƏXİNİN
SİRRİ
Gerçəkdən Göyçay mətbəxi
ən tələbkar və zövqlü müştərini də asanca razı salmağı, hətta heyrətləndirməyi bacaran
bir ənənə yaşadır. Bunun sirri yerli camaat üçün sadə bir məsələdir.
Çünki on illərlə formalaşan
Göyçay mətbəxi
zaman-zaman yerli, eyni zamanda qədim
Şamaxı (Şirvan),
Cənubi Azərbaycan,
Qərbi Azərbaycan,
tərəkəmə və
Qarabağ mətbəxlərini
yüksək səviyyədə
mənimsəmiş, ayrıca
bir "Göyçay
süfrə mədəniyyəti"
yaratmışdır. Şəhərdə
"Şamaxılılar", "İranlılar", "İrəvanlılar"g məhləsi kimi tanınan yerlərin mövcudluğu
da bu səbəbdən
təbii görünür.
"TURİZM İLİ" YENİLİKLƏRƏ TƏKAN
VERİR
Şəhərdə bir sıra motellər,
Olimpiya kompleksinin istirahət guşələri
ilə yanaşı, müasir görkəmli yeni bir otelin
də tikintisi başa çatmaq üzrədir. Bütün
bunlar Göyçay rayonunda da turizmin
inkişaf edəcəyindən
xəbər verir. Rayon rəhbərliyi bu istiqamətdə ardıcıl tədbirlər
keçirərək əlaqədar
qurumlara geniş şərait yaradır.
Göyçay rayon mədəniyyət və
turizm
şöbəsinin müdiri Sahib Şükürovla
söhbətimiz
zamanı
o, mövzu ilə
bağlı
müəyyən məqamlara xüsusi
önəm verdi:
- Zəngin tarixə
malik olan xalqımız elmə,
mədəniyyətə,
incəsənətə
və
onun
çoxçalarlı qaynaqlarına yiyələnmək üçün min illərlə təkamül yolu keçmişdir.
Günümüzə gəlib
çatmış maddi
mədəniyyət sərvətləri
- tarix və mədəniyyət abidələri
bunu deməyə əsas verir. Tarix və mədəniyyət
abidələri xalqın
inkişafının müxtəlif
mərhələlərində onun mədəni və mənəvi səviyyəsinin göstəricisidir.
Abidələrin elmin,
təhsilin və mədəniyyətin inkişafına,
vətənpərvərlik ruhunun, mədəni və estetik tərbiyənin formalaşmasına
təsiri əvəzolunmazdır.
Bu maddi-mənəvi dəyərlərimizi qorumaq
inkişaf və təbliğ etmək, dünya miqyasında tanınmaq naminə dövlət səviyyəsində
mühüm tədbirlər
həyata keçirilir.
Abidələrin bərpası, qorunması,
gələcək nəslə
çatdırılması üçün görülən
işlər dediklərimizin
bariz nümunəsidir.
Ölkəmizin müxtəlif
guşələrində ucaldılan
monumental heykəltaraşlıq
abidələri, xatirə
memorial və memarlıq kompleksləri bu gün artıq
şəhər
və kəndlərimizin
görkəminin ayrılmaz
hissəsinə çevrilmişdir.
Yüksək estetik dəyərə malik olan, milli mədəni
irsə və tarixi keçmişə dərin ehtiram duyğusu oyadan bu əsərlər Azərbaycan heykəltaraşlıq
və memarlıq sənətinin gözəl
nümunələridir. Azərbaycan Respublikası
Prezidentinin "2011-2015-ci illərdə
daşınmaz tarix və mədəniyyət
abidələrinin bərpası
və qorunması, tarix və mədəniyyət
qoruqlarının fəaliyyətinin
təkmilləşdirilməsi və inkişafı üzrə Dövlət Proqramı" nın təsdiq edilməsi haqqında sərəncamı
ilə bağlı rayonda bir sıra tədbirlər
həyata keçirilmişdir.
Azərbaycan Respublikasında turizmin
daha da inkişaf
etdirilməsi və turizm fəaliyyəti üçün əlverişli
şəraitin yaradılması
zərurətini nəzərə
alaraq turizm ehtiyatlarından səmərəli
istifadə olunmaqla zəngin coğrafi landşafta malik ölkəmizin təbiət
abidələrinin və
eləcə də xalqımızın qədim
mədəni-tarixi irsinin
geniş miqyasda tanıdılmasını təmin
etmək məqsədi
ilə "Turizm ili" çərçivəsində
Göyçay rayon Mədəniyyət və
Turizm Şöbəsi
daxili turizmin inkişafı istiqamətində
bir sıra işlər görmüş
və görülməkdədir.
Yerli icra orqanları ilə birlikdə rayonda park, bağ və digər istirahət zonalarındakı
abidə, büst və digər xatirə -memorial abidələrinin vəziyyəti
araşdırılmış və lazımi tədbirlər görülmüşdür.
Respublikamızın hər
bir bölgəsində
olduğu kimi Göyçay rayonunda da 20 Yanvar şəhidlərinin
xatirəsinə abidə-kompleksi
ucaldılmışdır. Rayon rəhbərliyinin köməyi ilə Şəhidlər Xiyabanında
köklü dəyişikliklər
aparılmış və
kompleksin daxilində Şəhidlər muzeyi tikilmişdir. Son illərdə rayonda
aparılan quruculuq işləri nəticəsində
rayon ərazisində olan bütün heykəllər və büstlər, həmçinin
Böyük Vətən
Müharibəsi iştirakçılarının
xatirəsinə ucaldılmış
komplekslər əsaslı
və cari təmir edilmiş, ətrafında səliqə-səhman yaradılmışdır.
Nizami Gəncəvinin, Əli Kərimin heykəlləri,
Səməd Vurğunun,
Həzi Aslanovun, Mirzə Ələkbər
Sabirin, Qantəmirin, Nəriman Nərimanovun və Rəsul Rzanın büstləri yerli icra orqanlarının
köməyi ilə əsaslı təmir edilmişdir. Bundan başqa qeyd etmək lazımdır ki, Göyçay rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində
yerli əhəmiyyətli
daşınmaz 4 tarix və mədəniyyət
abidəsi vardır.
Rayonda turizmin inkişafı ilə əlaqədar bir neçə yeni obyektlər tikilib və tikilməkdə davam edir. Hazırda
rayonumuzda birdəfəlik
200 turistin qəbul edilməsi üçün
şərait yaradılmışdır.
Rayonda bir yeni mehmanxana tikilisi başa çatmaq üzrədir. Son illərin tikintisi olan "Çingizoğlu" moteli
turistlərin marağını
özünə cəlb
etmişdir. Hazırda
rayonda fəaliyyət
göstərən Olimpiya
idman kompleksində 100-dən
çox turistin qalması və istirahəti üçün
şərait yaradılmışdır.
MƏZAHİR ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 18 iyun.-
S.6.