DAĞLIQ QARABAĞIN BİR GUŞƏSİ

 

    Xocavənd inkişaf yolundadı

 

   Azərbaycanın dilbər güşələrindən biri olan Dağlıq Qarabağ artıq uzun illərdir ki, düşmən tapdağı altında, əsirlikdədir. 1988-ci ildən başlanan işğalçılıq siyasəti bizləri doğulduğumuz yurd-yuvaya, şeirlərimizdə, nəğmələrimizdə vəsf etdiyimiz Şuşaya həsrət qoyubdur. Amma bu həsrətə baxmayaraq, biz o torpağın qədər müqəddəs olduğunu, o yurdun bizim üçün qədər əziz olduğunu bir an da olsun belə unutmuruq. Necə deyərlər, yatanda yuxularımızın, düşünəndə duyğularımızın, ürəyimizin ağlımızın hakimi olan Dağlıq Qarabağ Azərbaycan üçün üzük qaşı, baş tacıdır.   

Tarixə baş vuranda bu torpağın Sovet imperiyasının bolşevik siyasəti nəticəsində Azərbaycan daxilində necə "çəpərləndiyini", necə muxtar vilayətə çevrildiyini anbaan izləmək mümkündür. Təəssüf ki, Qarabağa Muxtariyyət statusunun verilməsində sapı özümüzdən olan baltaların da kifayət qədər rolu, xidməti olubdur. Artıq bu bir tarixdir biz o tarixi yenidən yazmaq gücündə deyilik. Çünki yazsaq da heç dəyişməyəcək. Lakin tarixi gerçəkliyi olduğu kimi tanıtmaq yaşatmaq bizim birbaşa vəzifəmizdir. Bax elə bu mənada Dağlıq Qarabağın bir parçası olan Xocavənd rayonunun yaranma məqamına, onun coğrafi, iqtisadi durumuna göz yetirmək bu gerçəklikləri təqdir etmək bu gün təbliğat vasitəsi olan KİV-in əsas vəzifələrindən biridir. Çünki bu fakt müəyyən səbəblərdən həmişə suallarla qarşılanır. O suallar əsasən iki məqamı özündə əhatə edir:   

1.Bəzən Xocavənd Xocalı rayonlarının mətbuat işçiləri, xüsusilə regiona bələd olmayan ziyalılar qarışıq salırlar. Hətta, teleekrandan çıxış edəndə bunun fərqinə varmırlar.  

2. Xocavənd Xocalı rayonları Dağlıq Qarabağ hadisələri başlayandan sonra, yəni 1991-ci ildə yarandığı üçün bu rayonların bir qurum kimi tarixi çox müasirdi. Amma bir gerçəklik var ki, həmin rayonlar əslində Azərbaycanın ən qədim yaşayış məskənləri hətta ən qədim insan məskəni, tarixi mədəniyyət ünvanlarıdır. Azərbaycan tarixinə bələd olan hər kəs Azıx mağarasını, Quruçay mədəniyyətini, Xocalı abidələrini yəqin ki, xatırlayır bu barədə müəyyən bilgilərə malikdirlər.   

Bu gün Xocavənd rayonu Dağlıq Qarabağın işğal olunmamış Aran torpaqlarında fəaliyyət göstərməkdədir, demək olar ki, yeganə rayondur ki, onun qış yataqları, qışlaq ərazisi işğaldan qorunub saxlanılıbdır. Düşmən bu ərazidə məhz Ulu Öndərin səngərə gəlişi ilə əsgərlərlə təmas qurduqdan sonra geri oturdulub. ən maraqlısı budur ki, Azərbaycanın ən məşhur kəşfiyyatçısı, ermənilərin Milli qəhrəmanını məhv etmiş, dünyanı "Avo" ləqəbli terrorçudan xilas etmiş İbad Hüseynov məhz bu rayonun sakinidir. "Azərbaycan Bayrağı" ordeninə layiq görülmüş, Ulu Öndərimiz tərəfindən mükafatlandırılmış İbad Hüseynov özünün qeyri-adi qəhrəmanlığı ilə təkcə Xocavənd rayonunun deyil, bütövlükdə Azərbaycanın hərb tarixinə öz adını böyük hərflərlə yazmışdır.   

1992-ci ilin payızında işğal edilmiş Xocavənd rayonunun sakinləri respublikanın müxtəlif regionlarına səpələnibdi. Lakin rayonun əsas ağırlıq mərkəzi Beyləqan, Ağcabədi Füzuli qövsü üzərində yerləşən, bir tərəfi Ağdamın Mərzili kəndinə qədər uzanan düzənlikdə, qış yataqları ərazisində məskunlaşıb. Burada salınmış qəsəbələr Xocavənd qaçqınlarının həm ünvanıdır, həm onların sabaha olan inamının bir növ dayaq nöqtəsi. Belə ki, Xocavənd rayonunun Qaradağlı, Muğanlı, Tuğ, Kuropatkin, Salakətin digər kəndlərindən olan insanların böyük əksəriyyəti məhz bu qəsəbələrdə məskunlaşıblar. Artıq həmin qəsəbələrdə müasir tipli mənzillər inşa edilib, sosial obyektlər fəaliyyət göstərir, yollar, elektrik xətləri insanların ixtiyarına verilib. Hətta dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev cənabları bölgələrə səfər edərkən Xocavənd qaçqınlarının məskunlaşdığı qəsəbədə olmuş, buradakı şəhid ailələri ilə söhbət etmiş, ən yaxşı mənzillərdən birinin açarını şəhid ailəsinə özü şəxsən təqdim etməklə yanaşı, həm bu ailənin qonağı da olmuşdur. Bu gün xocavəndlilər həmin məqamı qürurla xatırlayırlar.  

Xocavənd rayonunun sosial-mədəni həyatının inkişafı ilə yanaşı burada ayrı-ayrı sahələrə, konkret olaraq təhsilə dövlət qayğısı həmişə diqqət mərkəzində olub. Təsadüfi deyil ki, Azərbaycan prezidentinin imzaladığı sərəncamla rayonun ən qədim kəndlərindən olan Tuğ kəndində fəaliyyət göstərən məktəbin 125 illiyi dövlət səviyyəsində qeyd edilmişdi. Həmin tədbirlərdə respublikanın tanınmış ziyalıları, Dövlət Qaçqınkomun sədri, baş nazirin 1-ci müavini Əli Həsənov da iştirak etmişdi. Ümumiyyətlə, Tuğ kəndi özünün qədimliyi bu kəndin Azərbaycanın elmi-ictimaiyyətinə təqdim etdiyi nüfuzlu xadimləri ilə həmişə fəxr edib. Bu kənddə işləyib fəaliyyət göstərmiş Mirmehdi Xəzani, Üzeyir Hacıbəyov digərləri Xocavənd rayonunun Tuğ kəndinin tanınmasında, məşhurlaşmasında xüsusi payı var. Hətta Mirzə Fətəli Axundovun məşhur "Hacı Qara" əsərində yaxud görkəmli publisist-yazıçı Nurəddin Babayevin əsərlərində, böyük dramaturq Cəfər Cabbarlının "1905-ci ildə" əsərində, Nəriman Nərimanovun digərlərinin əsərlərində bu kənd Azərbaycanın ən qədim yaşayış məskəni ziyalı ünvanı kimi təqdim edilibdi.   

Bəli, bu gün Azərbaycanın tarixi baxımdan yeni dövrünün rayonlarından biri olan Xocavəndin ərazisində dünya tarixinə düşmüş qədim Azıx mağarası da bir tarix, bir insanlıq ünvanı kimi yaşamaqdadır. Təəssüf ki, Azıx mağarası bu gün düşmən işğalındadır. Ancaq fakt fakt olaraq qalır. Rayonun coğrafi ərazisi, tarixi Azıx mağarasının kimə məxsus olduğunu birmənalı olaraq hər kəsə sübut edibdir. Ən azı, Azərbaycan 1988-ci ildəki sərhədləri ilə BMT-yə üzvlüyə qəbul edilibdir. Bu faktın özü bizim coğrafi ərazilərimizi heç bir sübutsuz öz-özünə təsdiq edir.   

O ki qaldı bugünkü Xocavəndə, onun sosial-iqtisadi inkişafına, çəkinmədən demək olar ki, bu rayon artıq hər kəsin diqqət mərkəzindədir. Xüsusilə insanların kompakt yaşaması, rayonda məcburi köçkün qaçqınların məskunlaşmasına baxmayaraq, həyat səviyyəsinin artması digər rayonlarımız üçün nümunə ola bilər. Ərazi baxımdan böyük hissəsi işğal altında olmasına baxmayaraq, qəsəbələrdə tikilən məktəblər, sosial obyektlər, eləcə insanların məşğulluğu ilə əlaqədar görülən tədbirlər rayon rəhbərliyinin Azərbaycan prezidentinin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına şübhəsiz dəstəyinin bariz nümunəsidir.   

Çünki bu rayonun rəhbərliyi qaçqınçılığın, müharibənin olduğunu gözəl bilir, insanların məşəqqətli günlərinin canlı şahidləridir. Ona görə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov onun fəaliyyətdə olan komandası Dövlət Proqramının həyata keçirilməsində, ölkə rəhbərliyinin qarşıya qoyduğu tələblərin həyata keçirilməsində bütün səy bacarıqlarını əsirgəmədən həmişə öz sakinləri ilə birlikdədirlər. Onların uğurları bütün rayon sakinlərinə aiddir. Eyni zamanda bu uğurlar Azərbaycanın uğurudur.

  

  

  Əbülfət MƏDƏTOĞLU

 

  Ədalət.- 2011.- 25 iyun.- S.4.