SƏHVİMİ
TALEYİN BOYNUNA YIXDIM
Düşünüb
çox sirrə
çözüm
öyrəndim,
Min
cürə əzaba
dözüm
öyrəndim
Az-çox
nə öyrəndim,
özüm
öyrəndim,
Heç
nəyi öyrədən olmadı mənə.
Hərdən
qayğılandım,
hərdən
ağladım
Səssizcə
ağladım,
bərkdən
ağladım.
Gah
sevincdən,
gah
da dərddən ağladım,
Gülməyi
öyrədən olmadı mənə.
Nə oldu dedim ki,
beləymiş
bəxtim.
Səhvimi
taleyin boynuna yıxdım.
Baxdım,
boş-boşuna
dünyaya
baxdım,
Görməyi
öyrədən olmadı mənə.
Atam
bü dünyada qonağıq,
qonaq!
Əsl
həyat o dünyada olacaq.
Yetən
yaşamağı öyrətdi, ancaq
Ölməyi
öyrədən olmadı mənə.
İLAHİ,
BİR NAĞIL DANIŞ
Niyə
belə fikirliyəm,
Bu
gecə, Xuda, bilmirəm?
Bir
dünya dərd-qəmimlə də,
Başımı qata
bilmirəm.
Qalıb
anası, balası,
Yığılıb
qalıb hamısı.
Yoxdur
bir qəm müştərisi,
Dərdimdən
sata bilmirəm.
Çoxunu
yandırıb, yaxıb,
Çoxunun
axrına çıxıb.
Axı
kim əkib, kim doğub,
Qəmi dünyada
bilmirəm?
Bü
qəm mənə çoxdan tanış,
Gəzib
məni qarış-qarış.
İlahi,
bir nağıl danış!
Bu
gecə yata bilmirəm.
O İLLƏR GERİYƏ
DÖNSƏYDİ ƏGƏR...
Gözəl
tələbəlik illərim mənim,
Getdi,
sevincimi götürüb getdi.
Uşağın
aldadan analar kimi,
Başımı
aldadıb, yatırıb getdi.
Şirin
xatirəyə çevrilib getdi,
Dilimin
ən şirin kəlməsi oldu.
O
illər bir gözəl nağıldı, bitdi.
Sonda mənə
qalan alması oldu.
Ax, necə bir anda
quş kimi uçdu,
Mənə
həm sevilmək,
sevmək
öyrətdi.
O
illər yuxuydu,
mən
də yatmışdım.
Açdım
gözlərimi, dağıldı getdi.
O
gözəl qayğısız, mehriban illər,
İndi
xəyalımı oxşayır mənim.
Bir
zamanlar məni yaşadan illər,
İndi
xatirəmdə yaşayır mənim...
O
illər geriyə dönsəydi əgər,
Yalvarıb-yaxarıb
saxlardım onu.
Necə
olur-olsun
qoymazdım
gedə,
Tutub
ağaclara bağladım onu.
O
illər geriyə dönsəydi əgər,
Öpüb,
sığallayıb, oxşardım onu.
O
illər geriyə dönsəydi əgər,
Vallah,
iki növbə yaşardım onu.
O
illər geriyə dönsəydi əgər...
Bu
misra ağlıma
hayandan
gəldi?
O
illər geriyə dönsəydi əgər,
Bircə
Allah bilir
mən
neyləyərdim.
Dünyada
ən xoşbəxt
bəndə
olardım,
Nə
kədər, nə qayğı
daşıyardım
mən.
Yox,
heç nə etməzdim dönsə
o
illər,
Sadəcə,
təzədən
yaşayırdım
mən.
Elşad Ərşadoğlu
Ədalət.- 2011.- 1 iyun.- S. 7.