DÜNƏNİNƏ
BƏNZƏMƏYƏN MÜASİR YEVLAX
İLHAM ƏLİYEV: "YEVLAX BU
GÜN AVROPANIN ƏN QABAQCIL ŞƏHƏRLƏRİNDƏN
BİR ADDIM DA GERİ QALMIR"
(əvvəli ötən
sayımızda)
Rayonun
elektrik enerjisi və təbii qazla təminatı məsələsi
də qüvvədə olan problemlərdəndir. Qeyd olunan
zaman kəsiyində əhalinin keyfiyyətli və fasiləsiz
elektrik enerjisi ilə təmin edilməsi istiqamətində
ardıcıl tədbirlər görülmüşdür. Hal-hazırda
Yevlaxın bütün məntəqələri tam sutka boyu
elektrik enerjisi ilə təmin edilir. Elektrik verilişindəki
fasilələri aradan qaldırmaq məqsədilə keçən
il iki elektrik xətti və 33 transformator əsaslı təmir
olunmuş, 112 elektrik dirəyi dəyişdirilərək 12
yeni transformator quraşdırılmışdır. Analoji
inkişafı rayonun təbii qazla təmin edilməsi sahəsində
də müşahidə etmək olar. İl ərzində
rayonun 10 yaşayış məntəqəsi, 3 küçəsi,
bütövlükdə isə indiyə qədər
Yevlaxın 49 qəsəbə və kəndlərindən
20-si təbii qazla təchiz edilmişdir. Cari ildən isə
rayonun Cırdaxan, Balçılı, Ağqıraq, Salahlı
və Xaldan zonası kəndlərinin qazlaşdırılması
istiqamətində tədbirlər görülür. Proqramın
sonunadək bütün kəndlərin, qəsəbələrin
qazlaşdırılması nəzərdə tutulub. Əvvəlki
illərə nisbətən əhaliyə göstərilən
rabitə və poçt xidmətlərinin səviyyəsində
yüksəlmə qeydə alınmış, 2009-cu illə
müqayisədə keçən il bu sahə üzrə
artım 40 faizi ötüb keçmişdir. Həmçinin
rayonun 5 kəndində yeni poçt binaları və ümumi
311 telefon çəkilişi həyata
keçirilmişdir.Qeyd olunan dövrdə təhsil, səhiyyə
və mədəniyyət sahəsi üzrə də ciddi irəliləyişlər
qeydə alınmışdır. Şəhərdə təhsilin
maddi-texniki bazasının möhkəmləndirilməsi,
müasir təhsil sisteminin və düşüncə tərzinin
formalaşması məqsədilə bir sıra işlər
görülmüşdür. Belə ki, son iki ildə Yevlaxda
3 yeni məktəb binası tikilmiş, 4 orta məktəb
binasında, şəhər Uşaq-Gənclər idman məktəbində
və bir uşaq bağçasında əsaslı təmir
işləri aparılaraq istifadəçilərin
ixtiyarına təhvil verilmişdir. Keçən il orta məktəbi
bitirmiş məzunlardan 255 nəfəri tələbə
adını qazanmış, onlardan 2 nəfəri 600-dən,
28 nəfəri isə 500-dən çox bal
toplamışdır. Rayon müəllimlərindən 4 nəfəri
"Əməkdar müəllim" fəxri adına layiq
görülmüş, 1 nəfəri isə "Tərəqqi
medalı ilə təltif olunmuşdur. Lakin rayonun təhsil
sistemində hələ də bir çox problemlərin,
qalması o cümlədən təhsil üzrə əldə
olunmuş nəticələrin qənaətbəxş
olmaması narahat doğuran məqamlardandır. Son iki ildə
Yevlaxda 9 kənd xəstəxanası həkim məntəqəsinə
çevrilmiş, 3 kənddə isə yeni tibb məntəqəsi
yaradılmışdır. Mərkəzi xəstəxanada isə
yeni ginekologiya və cərrahiyyə şöbəsi təşkil
edilmişdir. Hal-hazırda isə 235 çarpayılıq
Regioanal klinik xəstəxananın tikintisi davam etdirilir. Ərazi
Vərəm dispanserinin tikintisi isə proqramın sonunadək
reallaşdırılması planlaşdırılır.
Rayonun səhiyyə sahəsində xidmətləri olan
üç nəfərə isə "Əməkdar həkim"
adı verilib. Qeyd olunan dövr rayonun mədəni və idman
həyatında da bir çox tədbirlərin keçirilməsi
ilə yadda qaldı. Yeni yaradılan Elektron kitabxana və əsaslı
təmirdən çıxmış Uşaq kitabxanası,
Meyvəli kənd kitabxanası, klubu yeni avadanlıqlarla təchiz
edilərək istifadəçilərin ixtiyarına təhvil
verilmişdir. Gələcək illərdə isə şəhərdə
Uşaq Yaradıcılıq Mərkəzi və Uşaq musiqi
məktəbinin tikintisi planlaşdırılan layihələrdəndir.
Həmçinin rayonun mədəni həyatındakı fəaliyyətinə
görə isə 3 nəfərə "Əməkdar mədəniyyət
işçisi" fəxri adının verilməsi ürək
açan məqamlardandır. İl ərzində də rayonun
idman həyatında yeniyetmə və gənclərin
iştirakı ilə 50-dən çox tədbirin
keçirilməsi onların vətənpərvər, sağlam
və mədəni ruhda böyüməsinə xidmət
göstərmişdir. Lakin hələ də Yevlaxda Olimpiya
İdman kompleksinin olmaması, bu sahənin kəsir tərəfidir.
Adı çəkilən kompleksin yaxın illərdə
tikilməsi planlaşdırılan obyektlər sırasında
olması sevindirici həldır. Artıq sənaye şəhəri
kimi xüsusi ad çıxarmış Yevlax həm də
aqrar rayondur. Bu sahə üzrə 4 toxumçuluq təsərrüfatı
fəaliyyət göstərir. Əvvəl ki, illə
müqayisədə ötən ildə obyektiv səbəblər
üzündən taxıl istehsalı 13 ton azalmış, 72
ton ət, 291 ton süd, 498 ton çox pambıq istehsal
olunmuşdur. Bundan əlavə aparılan quruculuq -abadlıq
işləri nəticəsində son 7 ildə Yevlaxda 380 ədəd
müğtəlif təyinatlı ticarət, xidmət obyektləri
tikilmiş və yenidən qurulmuşdur. Görülən
işlərdən aydın olur ki, Yevlax çox sürətlə
inkişaf edir, dirçəlir. Təbii ki, bütün bunlar
ölkə prezidentinin həyata keçirdiyi düzgün
islahatların məntiqi nəticəsidir. Bu inkişafı isə
daim diqqət mərkəzində saxlayan prezident tez-tez
regionlara səfər edir, görülən işlərlə
yaxından tanış olur, yeni tikilmiş obyektlərin
açılışında iştirak edir, lazımi
tövsiyyə və göstərişlərini verir. Məhz
Yevlax rayonu da bu baxımdan çox şanslı
rayonlardandır. Son 7 ildə rayona 5 dəfə səfər edən
Prezident İlham Əliyev rayonda olarkən, sakinlərlə
görüşərkən onlara ürəkdolusu
gözaydınlıqlar, uğurlar diləyib. Maraqlısı
budur ki, bu görüşlərdən üçü son iki
ilin payına düşür. Hətta 2010-cu ildə İlham Əliyevin
rayona iki dəfə baş çəkməsi ilin ən
böyük töhfəsi kimi rayon tarixinə
yazılıb.Prezident 2009-cu ilin martın 2-də rayona səfəri
çərçivəsində 4 iri obyektin, yəni Yevlax Xalq
Teatrı binasının, "EL-TV" regional televiziya
Şirkətinin, Uşaq Xəstəxanasının və
Şahmat məktəbinin açılışında
iştirak etmişdir.
Keçən
ilin oktyabr, noyabr aylarındakı səfərində isə
Prezident 13 belə obyektin açılışında
iştirak etmişdir. Bu obyektlərdən 4-ü orta məktəb,
o cümlədən "Bayraq" meydanını, MTN-nin
Yevlax şəhər şöbəsini, Yevlax Regional Miqrasiya
İdarəsini, Əhalinin Sosial Müdafiəsi Mərkəzini,
"Bank of Azərbaijan"ın Yevlax filialını, "azərtoxum"
MMC-nin toxumçuluq müəssisəsini, Bulvar istirahət
kompleksində inşa olunmuş Fəvvarəni, şəhid və
Qarabağ müharibəsi əlilləri üçün
yaşayış binasını və məcburi
köçkün ailələri üçün inşa
edilmiş yaşayış binaları kompleksini də qeyd etmək
yerinə düşər. Görülən işlər tək
bununla yekunlaşmır, son beş ildə şəhərin
prospekt, küçə və meydanlarında, xiyaban və
parklarında, səkilərində, yaşayış məhəllələrində
abadlıq-quruculuq, kənd yollarında isə əsaslı təmir
işləri aparılmışdır. Hal-hazırda isə
Yevlaxda müxtəlif təyinatlı 27 obyektin tikintisi istiqamətində
ciddi işlər görülür, proqramın sonunadək
tikilməsi nəzərdə tutulan növbəti 25 obyektin
layihəsi planlaşdırılır.
Bəli,
Yevlax tikilir, qurulur, yeni layihələrin icrasına
başlanılır və hər bir tədbir,atılan
addım rayon sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə
və şəhərin müasirləşməsinə gətirib
çıxardır. Təsadüf deyil ki, rayonda olarkən həmsöhbət
olduğum yevlaxlıların da hər tərəfli
qayğıya və inkişafa görə çox sevindiklərinin
canlı şahidi oldum.
İnanırıq
ki, hər bir yevlaxlı bu cür inkişafın davamlı
olması üçün əsl vətəndaş kimi üzərlərinə
düşən vəzifənin öhdəsindən layiqincə
gələcək.
Sonda
isə prezident İlham Əliyevin sitatı ilə bu rayona olan
xoş arzulara mən də qatılıram": Mən
ümid edirəm ki, növbəti dəfə Yevlaxa gələndə
burada daha yeni gözəl işləri görəcəyəm.
Sizə, bütün yevlaxlılara bu işlərdə yeni
uğurlar arzulayıram. Bir daha sizi təbrik edirəm".
Günel İsayeva
Ədalət.- 2011.- 2 iyun.- S. 7.