ERMƏNİLƏRİN SUMQAYITDA
TÖRƏTDİKLƏRİ ERMƏNİ SOYQIRIMI
(əvvəli
ötən saylarımızda)
ERMƏNİ TERROR TƏŞKİLATÇILARINDAN
BİRİ OLAN QRİQORYAN
EDUARD ROBERTOVİÇ ƏLƏ KEÇDİ
Erməni terroristlərinə
hadisələri törədib ələ keçməmək
üçün dərhal aradan çıxmaq
tapşırığı verilmişdi. Lakin, nə qədər
çalışsalar da, vaxtında qaçıb aradan
çıxa bilməyən terroristlərdən biri ələ
keçdi. Bu, 1953-cü ildə anadan olan, 1979, 1981, 1982- illərdə
üst-üstə 9 il iki ay 13 gün həbs cəzası
alan, Sumqayıt hadisələrinin ən fəal təşkilatçısı
və törədicilərindən biri, milliyyətçə
erməni olan terrorist Qriqoryan Eduard Robertoviç idi. O, təkbaşına
6 ermənini öldürmüş, neçə-neçə
erməni qız və qadınlarını zorlamış, mənzillərini
talamışdı. Azərbacanlı hakim kimlərinsə təsirilə
Eduard Qriqoryana güllələnmək əvəzinə 12
il(?!) iş vermişdi. O, ermənilərin kompak
yaşadığı Stavrapol vilayətinin Budyonnovski şəhərinin
həbsxanasına göndərilmişdi. Həbsxanada hər
cür şəraitlə təmin olunan, hətta arvadı ilə
tez-tez görüşən Qriqoryan tezliklə həbsdən
azad edilib təmtəraqla qarşılandığı Yerevan
şəhərinə getmişdi.
Erməni terrorist təşkilatçılarından
biri, qatı cinayətkar Qriqoryana ölüm
hökmünün verilməməsi, Moskvanın diktəsi, zəhmi
altında işləyən Azərbaycanın müti
prokurorluq, məhkəmə və hüquq-mühafizə
orqanları sisteminin iflası idi.
QRİQORYAN HƏBS EDİLMƏSƏ NƏ BAŞ VERƏRDİ?
Əgər Qriqoryan
Eduard Robertoviç həbs edilməsəydi biz bu gün Erməni
Terrorizminin Sumqayıtda törətdikləri erməni
soyqırımını sübuta yetirməkdə çətinliklər
çəkərdik.
O vaxtkı kölələşdirilən
Azərbaycan rəhbərliyi, prokurorluğu və digər təşkilatları
Qriqoryanın 6 erməni öldürmək faktını
soyqırım haray-həşiri salan ermənilərin
gözünə soxa bilməmişdi. Azğınlaşmış
ermənilərin qarşısında susqunluq, itaətlilik
göstərmişdi.
Sumqayıt hadisələrində
200 mənzil, 50-dən artiq maqazin, köşk, idarə və
b. obyektlər dağıdılmış,
yandırılmış və talan edilmişdi. 26 erməni, 5
azərbaycanlı, 1 ləzgi
öldürülmüşdü. Şəhərə bəzi
hesablamalara ğörə 10, başqa hesablamalara görə
13 mılyon ABŞ dolları həcmində maddi ziyan dəymişdi.
Öldürülən
ermənilərin hamısının ölümü ermənilərin
öz əlləri, öz iştirakları ilə həyata
keçirilmişdi. Sadəcə olaraq, onlar bu proseslərə
pul, spirtli içki və narkotik maddələrin vasitəsilə
təsirləri altına saldıqları təcrübəsiz,
bəziləri əvvəllər həbs edilən, bəziləri
yüngül təbiətli olan, bəziləri təəssübkeşlik
hissləri daşıyan azərbaycanlıları cəlb edə
bilmişdilər.
Proseslərdə
iştirakına görə minlərlə günahsız
şəhər sakinləri həbs edilib təjridxanalarda
saxlanılmışdı. Bildiyimə görə 94 nəfər
haqqında cinayət işi qaldırılmış, onlardan hər
biri 2 ildən14-15 ilə qədər iş almışdı.
Moskvada erməni terroristlərinin psixoloji təcavüzə məruz
qoyduğu 24 yaşlı Əhmədov Əhməd
İmanı oğlu hadisələrin təşkilatçısı(?!)
adlandırılaraq SSRİ Ali Məhkəməsinin hökmü
ilə güllələnmiş, Elçin Gəncjəliyev
Bayıl, Tale İsmayılov Tiblis həbsxanasında müəmmalı
şəkildə ölmüşdü.
Erməni terrorist təşkilatları
hadisədən sonra Yerevan şəhərində azərbaycanlıları
ifşa etmək məqsədilə xarici ölkələrdən
çağırılmış nümayəndələr və
jurnalistlərin iştirakı ilə bir neçə
yığıncaq və konfrans keçirdilər. Onların
materiallarından rus, ingilis, erməni dilində
"Sumqayıt, Genosit, Qlasnost" adlı kitab buraxıb
dünyaya yaydılar.
Erməni terroristləri
qapıları dünya mətbuatına bağlı olan Azərbaycanı
ifşa etməyi bacardılar.
O vaxtlar sovetizmin dərin
quyusuna salınan Azərbaycanın səsi-sorağı
heç yana çıxmırdı.
Biz hələ, hadisələrdən
23 il ötdükdən sonra da, bir neçə ötəri
yığıncaq və toplantıları nəzərə
almasaq, beynəlxalq səviyyəli konfranslar keçirib erməni
hiylələrini dünyaya çatdırmamışıq.
İSMƏT QAYIBOVLA İLYAS İSMAYILOVUN YANINDA OLDUM
Sumqayıt prokuroru
İsmət Qayıbov məni və Afaq Bəşir
qızını respublika prokuroru İlyas İsmayilovun qəbuluna
apardı. İsmayılov məndən ərizə yazıb
mitinqdə "ermənilərə ölüm" dediyimi
göstərməyi tələb etdi. Kəskin ehtiraz etdim və
təkid edib yazdırdığı ərizədə "ermənilərə
ölüm" sözlərinin mitinqçilər tərəfindən
deyildiyini, səsləndirildiyini bildirdim.
İlyas
İsmayılovun nə üçün belə ərizə
yazdırmaq istəməsinin mənası bu gün də mənə
aydın deyil. Bu haqda İsmət Qayıbova verdiyim sual da
cavabsız qaldı.
Mən, onda da, indi də
mənə qarşı qurulan bu tələnin ermənilərdən
qaynaqlandığına əminəm.
TRİBUNADAN "ERMƏNİLƏRƏ
ÖLÜM" DEYİLƏ BİLƏRDİMİ?
Terroristlər mitinqə
toplaşan kütləyə "ermənilərə
ölüm" sözlərini xorla dedizdirməyə nail
olurdular. Tribunada dayananlar çaşıb
qalmışdılar. Bu kor-təbii stixiyanın
qarşısını almaq mümkün olmurdu.
Sonralar terroristlər
"ermənilərə ölüm" sözlərinin
kütləni sakitləşdirməyə çalışan
tribunadakı ayrı-ayrı adamlar, o cümlədən mənim
tərəfimdən də səsləndirildiyini uydurub emala
buraxmış, istintaq orqanlarının nəzərinə
catdırmışdılar.
MK-nin katibi Həsən
Həsənovun, Sumqayıtın partiya və sovet, hüquq
mühafizə orqanlarının rəhbərlərinin dayandığı
tribunadan məktəb direktorunun "Ermənilərə
ölüm" deməsi absurt uydurma idi. Mitinqi idarə etdiyim
4-5 saat ərzində nə mən, nə də bir
başqası bu haqda bir kəlmə də söz deməmişdi.
Və deməsi də mümkün deyildi. Əksinə, mənimlə
yanaşı tribunadakıların hamısı "ermənilərə
ölüm" sözlərinin deyilməsinin
qarşısını almağa
çalışmışdı.
Yeri gəlmişkən
deyim ki, tribunadan həm mənim, həm də
başqalarının etdiyi çıxışın mətni
təhlükəsizlik orqanları tərəfindən gizli
olaraq maqnitafona yazilmış və müstəntiqlərə
verilmişdi. Başqa istintaq materiallar ilə yanaşı bu mətn
də istintaq materialında saxlanılır.
Bəs, mənim,
Xıdır Alovlunun, tribunadan guya "ermənilərə
ölüm" deməyimi iftiraçılar hansı məqsədlə
uydurmuşdular.
Bu uydurmada üç
qorxulu nüans vardı.
Birinci nüans şəhər
rəhbərliyinin özünə bəraət qazandirmaq
üçün kimisə təşkilatçı kimi şərləyib
güdaza verməsindən, ikinçi nüans prokurorluq
işçılərinin uydurma "təşkilatçı
obrazı" yaradıb bacarıqlarını SSRİ
Prokurorluğu qarşısında nümayiş etdirməsindən,
üçünçü nüans teraktı azərbaycanlı
təşkilatçının və ya təşkilatçıların
törətdiyi haqda erməni terroristlərinin uydurmasından
ibarət idi.
İSTİNTAQ ALTINDA
Başqaları kimi mən
də istintaqa çəlb edildim. İstintaqı Rusiyadan gətirilən
Stepanov, sonra onu əvəz edən Bayda soyadlı müstəntiq
aparırdı. Sorğularda tərcüməçi kimi
adını unutduğum azərbaycanlı rus dili müəllimi
də iştirak edirdi. İstintaqdan aralanıb Rusiyaya
qayıdan Stepanovun dedikləri sözlər indi də
qulaqlarımda səslənir: "Sən təmkininlə
adamı heyrətləndirirsən. Ya günahını məharətlə
maskalayırsan, ya da həqiqətən günahkar deyilsən.
Bil ki, bu bəladan milyonlarla pulla qurtarmaq olmaz!".
Stepanovun dediklərində həqiqət
var idi.
ÖLÜM TƏHLÜKƏSİNDƏN QURTARDIM
Uzun müddət izlənildikdən,
evim, iş yerim axtarıldıqdan, çoxsaylı adamlarla
üzləşdirildikdən sonra hadisələrin
qarşısını almağa
çalışdığım sübuta yetirildi və mən
azad edildim.
İÇƏRİMİZDƏ KÖK SALAN ERMƏNİ
TƏHLÜKƏSİ
İllər
ötdükcə, Azərbaycana qarşı törədilən
terror aktları daha geniş vüsat aldıqca, Erməni Terrorizminin
Sumqayıt hadisərərin törətmələrinin səbəbləri
daha aydın, daha qabarıq görünməyə
başlayır.
Buna baxmayaraq, aramızda
teraktın erməni terrorist təşkilatlarının
törətmələrindən diqqəti
yayındırmağa çalışanlar da tapılır. Aradan
13 il keçdikdən sonra Sumqayıt hadisələri
dövründə respublikanın baş prokuroru olan İlyas
İsmayılov 29 mart 2002-ci ildə "Azadlıq", 2003-
cü ildə "Zerkalo" qəzetlərinə, həmçinin
"Monitor" jurnalına verdiyi müsahibələrdə
deyib ki, "Xıdır Alovlu Sumqayıt hadisələrini
qızışdıranlardan olub". Xoşbəxtlikdən
haqqımda qaldırılan ağır cinayət işini
İlyas İsmayılovun başçılıq etdiyi
respublika prokurorluğu deyil, SSRİ prokurorluğu
aparırdı. Müsahibələrində mənim
"deputat olub Milli Məclisdə oturduğumu"
vurğulayan İlyas İsmayılov sonradan özü deputat
olub Milli Məclisdə oturdu. Sumqayıt hadisələri
haqqında heç bir təsəvvürü olmayan ASDP-nin sədri,
Cahangir Müslümzadə ilə yaxın münasibətlərinin
olduğu söylənilən Zərdüşt Əlizadə
də qəzetlərdə mənim güya "ermənilərə
ölüm" dediyimi söyləyib. Onlar başa
düşməliydilər ki, partiya, sovet, hüquq mühafizə
və təhlükəsizlik orqanlarının
toplaşdığı tribunada onlarla çiyin-ciyinə
dayanıb 4-5 saata qədər mitinqi idarə edən məktəb
direktoru belə bir ifadə işlədə bilməzdi. Əgər
işlətsəydi çoxdan ölüm hökmü ilə
edam edilmlş olardı.
M.Ə. Sabir demişkən
"Öz qovlümüzün başına əngəl kələfg"
olan, fikirləri erməni terroristlərinin fikirləri ilə
üst-üstə düşən adamların nəzərinə
SSRİ prokurorluğunun istintaq qrupunun verdiyi
aşağıdakı qərarın sonluğunu
çatdırıram:
"V toje vremə analiz
sledstvennıx materialov svidetelğstvuet neposledovalğnosti i
neiskrennosti pokazaniy otdelğnıx svideteley, umalçavşix
na oçnıx stavkax, a v rəde sluçaev izkazivşix
smısl i soderjanie vıstupleniə Alovlu X.B.
Abramən V.A. otkazalsə,
poəsniv, çto vstuplenie Alovlu X.B. ne slışal.
Bunətov Ə.
svidetelğstvoval, çto Alovlu X.B. 28 fevralə proəvləl
zabotu o bezopasnosti Armənskix semey
Svidetelğ Seyidaliev X.M.
svidetelğstvuet o tom, çto Alovlu X.B. v rayone avtovokzala
uspokoil lödey.
Krome toqo, sledstviem
proverenı i obcektivno podtverjdenı pokazaniə Alovlu X.B. o eqo
nepriçastnosti k massovım besporədkam, kotorıe imeli
mesto 27-29 fevralə 1988 qoda.
Takim obrazom, v xode sledstviə
ustanovleno, çto deystviə Alovlu X.B. ne nosili propaqandistskiy
ili aqitaüionnıy xarakter s üelğö vozbujdeniə
naüionalğnoy vrajdı, v svəzi s çem oni ne soderjat
priznakov sostava prestupleniə, predusmotrennıy st. 67 UK.Azerb.SSR.
Uçitıvaə
izlojennoe, rukovodstvuəsğ st.st. 215 p-1, 10, p-2 UPK Azerb. SSR
1. Uçitıvaə
vışeizlojennoe delo v otnoşenii Alovlu X.B. po st.67 UK
Azerb.SSR prekratitğ.
2.Kopiə nastoəheqo
postanovleniə napravitğ Qeneralğnomu Prokuroru SSSR.
Sledovatelğ po osobo vajnım delam pri
Qeneralğnom Prokurore
SSSR,
starşiy sovetnik
östiüii
V.S.Qalkin"
Erməni terrorist təşkilatları
Sumqayıt hadisələrini törətməklə 20 Yanvara,
Xocalı soyqırımına, yüzminlərlə
insanların doğma yurdlarından qovulub didərgin
salınmalarına, torpaqlarımızın bir hissəsinin
işğal edilməsinə... yol açdılar.
CAVABSIZ SUALLAR
Ortada
saysız-hesabsız inkaredilməz faktların olmasına
baxmayaraq erməni terrorizmi Sumqayıtda törətdikləri
erməni soyqırımını yenə də azərbaycanlıların
törətdiklərini abırsızlıqla iddia edirlər.
Onları susdurmaq
lazımdır. Bunun üçün hadisələri yenidən
araşdırmaq, təhlil etmək, qarşıya
çıxan cavabsız suallara cavab tapmaq lazımdır. Suallar
isə çoxdur:
Niyə hadisələr
vaxtı Korusdan Sumqayıta bir nəfər də olsun azərbaycanlının
gəlmədiyi faktına fikir verilməmişdi?
Necə olmuşdu ki, erməni
şayiələrində deyildiyi kimi anası, bacısı,
arvad-uşağı "amansız təcavüzlərə"
məruz qaldığı üçün Korusdan qisas
almağa gəldiyi güman edilən azərbaycanlılardan
bir nəfər də olsun həbs edilməmişdi?
Niyə hadisələr
dövründə Gorusda bir nəfər də olsun azərbaycanlının
təcavüzə məruz qalmadığına diqqət
yetirilməmişdi?
Kimlərin təsirilə
təkbaşına 6 erməni öldürən, başqa ermənilərin
öldürülməsində, mənzillərinin
taladılmasında iştirak edən Qriqoryan Eduard
Robertoviçə güllələnmə hökmü verilməmişdi?
Niyə Əhmədov Əhməd
İmanı oğlu kimi Qriqoryan Eduard Robertoviç də
Moskva şəhərində ölüm hökmü ilə
mühakimə edilməmişdi?
Niyə Əhmədovun
Moskvada ermənilər tərəfindən nümayiş
etdirilən məhkəmə prosesi kimi Qriqoryanın məhkəmə
prosesi azərbaycanlılar tərəfindən nümayiş
etdirilməmişdi?
Nə üçün
o vaxtkı baş prokuror Xıdır Alovluya ərizədə
"ermənilərə ölüm" dediyini yazdırmaq
istəmişdi?
Nə üçün
bu günə qədər Azərbaycan Respublikası
Sumqayıt soyqırımı törədən Ermənistan
Respublikasını ittiham etmir?
Niyə hadisələr
vaxtı Sumqayıt şəhəri rəhbərlərsiz
qalmışdı?
Nə üçün
hadisə başlayan kimi Bakı və Bakı ətrafında
yerləşən çoxlu kontingentə malik ordu birləşmələri
hadisələrin qarşısını almağa çəlb
edilməmişdi?
Nə üçün
hadisələrdən əvvəl hüquq-mühafizə
orqanlarının silahları, daha sonra respublika əhalisinin ov
tüfəngləri yığışdırılıb
respublikadan çıxarılmışdı? Bu haqda göstərişi
SSRİ-nin hansı təşkilatı vermişdi?
Hadisələr nə
üçün şənbə və bazar günlərində
törədilmişdi?
Neçə olmuşdu
ki, hadisələrdən bir gün sonra, dərhal, Stepanagertdə
öldürülən ermənilərə abidə
quraşdırılmışdı?...
Bu günə qədər
cavabı axtarılmayan suallar çoxdur?
Bu və bu kimi suallara
cavablar tapılmalı, bizi mühakimə etməyə
çalışan ermənilərin özləri mühakimə
olunmalıdır.
Sumqayıt hadisələrinin
mahiyyətinin çoxdan açılıb faş olunmasına
baxmayaraq erməni terroristləri bu gün də ondan bəhrələnməyə
çalışırlar.
Çox qəribədir
ki, bu günə qədər Sumqayıt hadisələrinin
araşdırıcılarının hələ heç biri
mənimlə söhbət etməyib.
Biz, bu gün, gec də
olsa, ayılıb Sumqayıt hadisələrini erməni
terrorist təşkilatlarının törətdikləri erməni
soyqırımı kimi dunyaya tanıtmalıyıq.
Xıdır ALOVLU
Ədalət.- 2011.- 1 mart.- S. 6.