NAZİM MƏMMƏDBƏYOV - 75

 

Rəssam, yazıçı, maarif xadimi Nazim Həsən oğlu Məmmədbəyov 1983-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyi Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışır. Artıq 28 ildir ki, o, bu mərkəzin direktorudur. 2011-ci ildə onun pedaqoji fəaliyyətinin 44 ili tamam olur. N.Məmmədbəyov öz pedaqoji fəaliyyətini 1967-ci ildə 240 nömrəli ümumtəhsil məktəbində təsviri sənət müəllimi kimi davam etdirmiş və burada da direktor müavini vəzifəsinə yüksəlmiş, 15 il işləmişdir. Sonra isə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodiki Mərkəzində direktor vəzifəsinə təyin edilmişdir. Bu illər ərzində Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodiki Mərkəzi, respublika miqyasında və respublikadan kənar Estetik Tərbiyə üzrə bağlı müxtəlif səpkili, iri həcmli tədbirlərin təşəbbüskarı və birbaşa icraçısı olmuşdur.

1990-cı ildən bu günə qədər N.Məmmədbəyovun təklifi və Təhsil Nazirliyinin yaxından köməkliyi ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Estetik Tərbiyə yönümlü on bir Eksperimental məktəb və studiyalar açılmışdır. Hal-hazırda Bakı şəhərində sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bir neçə təhsil ocağında mərkəz tərəfindən təşkil olunan eksperimental studiyalar fəaliyyət göstərir.

N.Məmmədbəyov Təhsil sistemi sahəsində işlədiyi 44 il müddətində bir çox təşəkkür, fəxri fərman və fəxri adlara: "Azərbaycanın Maarif xadimi", "SSRİ Maarif əlaçısı" və "Əmlak Veteranı" layiq görülmüşdür. N.Məmmədbəyov 8 təlim proqramı, ümumtəhsil məktəb, məktəbə qədər və məktəbdən kənar müəssisələr üçün 100-dən artıq tövsiyə və metodiki vəsait, o cümlədən, mahnı topluları hazırlamışdır. O, 400 təmsil, 120 şeir, 50-dən çox nağıl, 100-ə yaxın hekayə və 16 komediyanın müəllifidir. N.Məmmədbəyov Azərbaycan Respublikası Əsilzadələr məclisinin, Azərbaycan Rəssamlar İttifaqının, Azərbaycan Memarlar İttifaqının, Azərbaycan Yazıçılar Birliyinin Üzvüdür.

N.Məmmədbəyovun Bakı şəhərində 2 fərdi sərgisi keçirilmişdir. Nazim Həsən oğlu Məmmədbəyov 7 mart 1936-cı ildə Bakı şəhərində anadan olmuşdur.

Bu günlərdə 75 yaşı tamam olan Nazim Məmmədbəyovu ürəkdən təbrik edirik.

 

 

Ədalət.- 2011.- 2 mart.- S. 8.