GECƏLƏRİN NAĞILI,
GÜNDÜZLƏRİN GERÇƏYİ
Tarix necə yazılır?
Yüz faiz dəqiqliyinə
əmin olmasam da, mən bilən Ağsu yeganə rayonumuzdur
ki, ərazisi həm dağlıq, həm dağətəyi, həm
də aran yerləri birləşdirir. Şimalda və
şimal-şərqdə Niyaldağ, Hinqar və Ləngəbiz
silsilələri, Ağsu aşırımından
Girdimançay istiqamətində dağətəyi, cənuba
doğru isə Şirvan düzünün
ovalıqlarıdır. Bu özəlliyin başqa
nüansları da var. Sovet dövrü tədqiqatlarında
rayonun mərkəzi Ağsu şəhərinin tarixi,
ümumiyyətlə bu yerlərin keçmişi barədə
çox "cavan" fikirlər söylənilir. Əslində
isə şəhərdəki Şeyx Dursun türbəsi və
digər abidə qalıqları XII-XIV əsrləri əhatə
edir və elə qədim abidələr və onların
qalıqları da mövcuddur ki, heç tarixini müəyyənləşdirə
bilmirlər.
Özəlliklər
Bu qədim yurdun
başqa özəllikləri də var. Kürə qovuşan
iki dağ çayının - Ağsu, Girdiman
çaylarının əhatəsindədir. Padar,
Gürcüvan, Kalva... Otuz ilə yaxın əlaqələrim,
dostluq gediş-gəlişlərim olan, daha yaxından
tanıdığım təmkinli və ağayana Pirhəsənli...
Keçmişlərdə
SSRİ Ali Sovetinin deputatı seçilməsi şərəfinə
müəyyən bölgü prinsipləri ilə çox
böyük vəzifə sahibləri, əmək adamları
(pambıqcı, mexanizator, sağıcı, toxucu, fəhlə),
seçmə elm və mədəniyyət xadimləri nail
olardılar. Ticarət sahəsi bunun ən cüzi faizini təşkil
edərdi. Həmin o "mində bir faiz" də Ağsunun
payına düşmüşdü.
Ağsu eyni dövrdə
Azərbaycan incəsənətinə üç böyük
sənətkar bəxş edən bir rayon kimi də tarixə
düşür. Səməndər Rzayev, Mikayıl Mirzə və
Rasim Balayev nəinki ağsuluların, bütün Azərbaycanın
fəxr etdiyi aktyorlardır.
... Və bütün fəsillərdə
insana ruh verən, hər addımı göz oxşayan bənzərsiz
Ağsu aşırımı. Ləngəbiz silsiləsinin
göylərə, ulduzlara uzanan və oradan da geriyə,
aşağıya hörmələnən yaşıl çələngi.
Hə, sən neçə
vaxdı bu aşırımla üzü aşağı yol gələrkən
düşüncəli olub çaşsan əgər, elə
bilsən ki, ulduzlar göydən yerə enib, elə bilsən
ki, bu bir röyadır...
Əlbəttə,
gerçəkliyə daha çox sevinəcəksən.
Çünki aşağıda ulduz-ulduz sayrışan
heç də göylərin əksi deyil, bu, gözəl
Ağsu şəhəridir!
Ağsu - modern şəhər
Şəhər gözəlliyi
dağların ətəyindən, sonuncu dolaydan, giriş
yollarından başlayaraq, eləcə mərkəzə,
oradan da ucqarlara doğru addımlayır, hər tərəfə
paylaşır. Bu, son illərin ən uğurlu şəhər
müasirləşməsi nümunələrindəndir. Elə
təəssürat yaranmasın ki, Ağsu şəhərini
söküb yenidən tikiblər. Yox, sadəcə çox
ağıllı, qənaətcil və zövqlü bir
yanaşma ilə Ağsu şəhəri modern görkəm
almaqdadır, urbanik inkişafdadır.
Burada el-obasına,
camaatına arxalanan rayon rəhbərliyinin əzmkar fəaliyyətini,
xalqa və dövlətçiliyə sədaqət prinsiplərini
də vurğulamalısan. Mən onsuz da Ənvər Seyidəliyevi
30 ilə yaxındır ki, müxtəlif vəzifələrdə
elə beləcə tanımışam. Ən çətin məqamlarda
belə təmkinini pozmayan, məsuliyyətli və işini
sevən səmimi bir şəxs kimi.
Ağsu Rayon İcra
Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevlə
rayonda görülmüş və görüləcək
işlər barədə xeyli söhbət etdik. Bəzən
o, qazanılan uğurlardan və ya hər hansı bir yenilik
barədə telefon danışıqlarımız zamanı da
həvəslə söz açır, sevincini
bölüşür. Təbii ki, ölkəmizdəki
bütün uğurlara mənimlə bərabər,
hamının sevinməsini arzulayır.
Ağsı rayonunun ərazisi
1020 kv.km., əhalisi 72128 nəfərdir. Rayon 1 şəhər,
78 kənddən ibarətdir. Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında
nəzərdə tutulmuş tədbirlərin uğurlu
icrası rayonun inkişafında keyfiyyətcə yeni mərhələnin
başlanğıcını qoymuşdur.
2010-cu ildə Ağsu
şəhərinin və kəndlərin içməli su təchizatı
yaxşılaşdırılmış, təhsil, səhiyyə,
mədəniyyət və rabitə müəssisələrinin
maddi-texniki bazası möhkəmləndirilmiş,
idman-sağlamlıq obyektlərinin tikintisi sürətləndirilmiş,
yerli xammal hesabına fəaliyyət göstərən sənaye
və xidmət müəssisələrinin tikintisi genişləndirilmişdir.
Təməli 29 oktyabr 2009-cu ildə Azərbaycan Republikasının
Prezidenti İlham Əliyev tərəfindən qoyulmuş
Ağsu şəhərində 3000 yerlik stadionun və
uşaq-gənclər bədii yaradıcılıq məktəbinin
inşası sürətlə aparılmış, Dövlət
Miqrasiya Xidmətinin rayonlararası təşkilatı
üçün inzibati binanın tikintisinə
başlanılmışdır.
İqtisadiyyat yüksəlir
Rayonda mövcud
potensialdan səmərəli istifadə olunması
üçün əsaslı tədbirlər həyata
keçirilir. İqtisadiyyatda kənd təsərrüfatı
əsas sahə olduğu üçün ilk növbədə
yeni emal müəssisəsinin yaradılması nəzərdə
tutulmuşdur. 2010-cu ildə Cənubi Qafqaz regionunda ən
böyük istehsal müəssisələrindən olan və
ildə 5000 ton məhsul qəbul etməyə gücü
çatan "Az Qranata" şirələr və şərab
emalı zavodunun tikintisində işlər tam başa
çatdırılmışdır. Ən müasir
avadanlıqlarla təchiz olunan və yaxın vaxtlarda istifadəyə
verilməsi nəzərdə tutulan çörək zavodu
sutkada 5 ton məhsul buraxacaqdır.
Ağsu rayonunun kəndlərində
də irimiqyaslı tikinti-quruculuq işləri aparılır.
Çeyni kəndində abadlaşdırma iləri
miqyasına görə daha geniş xarakter almışdır.
Burada az vaxt ərzində yerli icra nümayəndəliyi və
kənd bələdiyyəsi üçün ikimərtəbəli
inzibati bina inşa olunmuşdur. Yol, qaz, elektrik təsərrüfatı
yeniləşmişdir. Hazırda 100 yerlik mədəniyyət
sarayının və kənd stadionunun tikintisində işlər
davam etdirilir.
Ekologiya ilində park və
meydanlarda, təhsil, səhiyyə və mədəniyyət
obyektlərinin ərazilərində, küçələrdə,
Bakı-Yevlax magistralının Ağsu ərazisindən
keçən hissəsində, kənd yaşayış məntəqələrində
26200 ədəd ağac əkilmiş və onlara qulluq işləri
aparılmışdır
2010-cu ildə
bütün mülkiyyət formalarından olan müəssisə
və təşkilatlar tərəfindən iqtisadiyyatın və
sosial sahənin inkişafına 24 milyon 423 min manat investisiya
yönəldilmişdir. Rayonda ümumi məhsul
istehsalının həcmi 90 milyon 517 min manata
çatmışdır ki, bu, əvvəlki illə
müqayisədə 17 milyon 938 min manat çoxdur.
Tikinti-quraşdırma işlərinin həcmi 2009-cu illə
müqayisədə 4,1 dəfə artmış və 2010-cu
ildə məhsul buraxılışının ümumi həcminin
21,2 faizini təşkil etmişdir. Rayon iqtisadiyyatının əsası
hesab olunan aqrar sahənin ümumi məhsul
buraxılışında xüsusi çəkisi 49,4 faiz
olmuşdur. Ötən il 44 milyon 724 min manatlıq kənd təsərrüfatı
məhsulları istehsal edilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu il
büdcəsinin ehtiyat fondundan ayrılmış 3,7 milyon vəsait
hesabına 25 kilometr məsafədən bulaq sularının gətirilməsi
üçün yeni kəmər çəkilmişdir.
Digər istiqamətlərdə
olduğu kimi, təhsil, səhiyyə və mədəniyyət
sahələrində də islahatlar davam etdirilmişdir.
"Qızıl" axtarışı
Rayonun tarixi
keçmişinin mükəmməl öyrənilməsi
baxımından çox əhəmiyyətli tədbirlər
həyata keçirilir. Azərbaycan Milli Elmlər
Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli
Azərbaycan Tarixi Muzeyinin "Miras" Mədəni İrsin
Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü
və maliyyə dəstəyi ilə 2010-cu ilin mart ayından
Ağsu rayonu ərazisində arxeoloji qazıntı işləri
aparılır. Məqsəd turizm marşrutlarından kənarda
qalmış Ağsu rayonunun tarixi abidələrini tədqiq
etmək və nümayişə hazır vəziyyətə
gətirməklə turistlərin diqqətini bu bölgəyə
çəkməkdir. Turistlərin tanış olmaları
üçün yeni açılmış "Orta əsr
Ağsu şəhəri: sənətkarlıq məhəlləsi"
sərgi- kompleksdə hər cür şərait
yaradılmışdır.
Bu faktı diqqətə
çatdırmaqla 2011-ci ilin respublikamızda "Turizm
ili" elan olunmasını da bir daha xatırladıram.
Məzahir ƏHMƏDOĞLU
Ədalət.- 2011.- 4 mart.- S. 7.