RƏNGLƏR QARIŞDI USTAD

  

Böyük şairimiz Rəsul Rzanın "Rənglər silsiləsi"

 

Əlinə qələm alan,

Səni soruşdu, ustad.

Şan üstə, şöhrət üstə

Yaman yarışdı, ustad.

 

Ömürdü gedir aza,

Duza gedirik duza

Yağılar canımıza

Elə daraşdı, ustad.

 

Çağırdım gedənləri

Dönmədi üzü bəri.

Saydıqca şəhidləri

Gözüm qamaşdı, ustad.

 

İtdi qədər də, say da,

Beləymiş guya qayda.

Kaş görəydin nə boyda

Rənglər qarışdı, ustad.

  

  

GEDƏSƏN DÜNYANIN AXIRINACAN

 

Bu nağıl dünyanın dilindən tutub,

Gedesən dünyanın axırınacan.

Bir dəli sevginin əlindən tutub,

Gedesən dünyanın axırınacan

 

Əl atıb çəmənin gülün götürüb,

Əyilib ocağa külün götürüb.

Əlinə bir kağız-qələm götürüb

Gedesən dünyanın axırınacan

 

Özündən kənara hərdən çıxasan,

Göydən ayrılasan Yerdən çıxasan.

Pünhan saxladığın sirrdən çıxasan,

Gedesən dünyanın axırınacan...

 

Bu yerin altını üstdən tutasan,

Yıxılsan bir qəfil səsdən tutasan.

Ağlına gəlməyən kəsdən tutasan,

Gedesən dünyanın axırınacan

 

Qurumaz gün üzü bu dərdi sər ki,

Xatirən açılar yoluna sərgi

Alıb əllərinə bir daş bir çəki,

Gedəsən dünyanın axıracan

 

 

ZƏMANƏ HAVAMI BELƏ ÇALDIRIR

 

oyanlıq ollam bu yanlıq,

Nəyə yarayaram bu təbim ilə.

Zamanə havamı elə çaldırır,

Qalxıb oynayıram əsəbim ilə.

 

Səsim qulağına çata, İlahi,

Duram ətəyimdən tökəm daşımı.

Görəsən hayanda salıb qalmışam

Hələ axtarıram itən başımı.

 

Ürək dediyin süfrə deyilmiş,

Durub hər çatana aça bilməyə.

Pulum da yoxdur ki, kəndir almağa,

Yolum da yoxdur ki, qaça bilməyə.

 

Misra göyərdirəm ətim-qanımla,

Payız buludutək boşallam, dollam.

Şeirin ucbatından ölən canımla,

Özüm öz evimdə kirayə qallam.

 

oyanlıq ollam bu yanlıq,

oda sığınnam nədə ki külə.

Zamanə havamı elə çaldırır,

Qalxıb oynayıram əsəbim ilə.

 

 

GƏL GEDƏK DAĞLARA ŞEİR DEMEYƏ

 

Şair qardaşım  Musa Ələkbərliyə

 

qədər uzatsaq bu ömür qısa,

Elə yanmamışam, kiriyəm, susam.

Səni çağırıram Musa ay, Musa.

Gəl gedək dağlara şeir deməyə.

 

Hələ boşalmayıb çiyninin yükü,

Qardaş elə baxma, boynunu büküb.

Kağız-qələm olsun yol tədarükün,

Gəl gedək dağlara şeir deməyə.

 

Özümü itirsəm tapan deyiləm,

Bu kağız ömürə hopan deyiləm.

Yapışıb yaxandan qopan deyiləm,

Gəl gedək dağlara şeir deməyə.

 

Gəl düşək dumana, sisə yollanaq

Yoxsa dağlar bizdən küsər, yollanaq.

Anamız haylayan səsə yollanaq,

Gəl gedək dağlara şeir deməyə.

 

Dayazı mən görüm, dərini sən de,

Hardadır şah misra, yerini sən de.

Birini mən deyim, birini sən de,

Gəl gedək dağlara şeir deməyə.

 

 

Fərqanə MEHDİYEVA

 

Ədalət.- 2011.- 5 mart.- S. 6.