Valideynlər uşaqlar haqqında nəyi bilməlidir

 

(əvvəli ötən saylarımızda)

 

20 aprel -21 may arasında doğulan uşaqların xarakteri

 

Bu uşaqlar BUĞAlardır. QOÇlarda olduğu kimi, BUĞAlara da diqqətlə ehtiyatla yanaşmaq lazımdır, burada yumşaq rəftar gərəkdir, kobudluqdan, döyməkdən, hədə-qorxu zor tətbiq etməkdən qaçmaq lazımdır. BUĞAlar tez qızır , hirslidir, tez özündən çıxır, tərs, inadcıl qəzəblidir. Onları bir qayda olaraq təbdən çıxarmaq çətindir, amma qeyzləndimi, uzun müddət sakitləşə bilmir. Yaşıdlarına qarşı səmimi vicdanlıdır, dostluqda sevgidə vəfalı sadiqdir.

Təhsilə az meyl göstərirlər. Burada valideynlərin səyi əbəsdir, mütləq mütəxəssis tərbiyəçi müəllimin köməyi gərəkdir, müəyyən psixoloji yanaşma məharəti tələb olunur. Bu onunla izah olunur ki, BUĞAlar realist olur, təcrübəyə üstünlük verirlər, həyata söykənməyən nəzəriyyələri qəbul eləmirlər. Buna görə onlara mənən təsir etmək çox çətin olur. Mənəmlik, xudbinlik, qısqanclıq inamsızlıq, güclü vasvasalıq həyatda onlara mane olur. Onlar gah həddən artıq adamayovuşmaz, inadcıl, gah da hədsiz çəkingən utancaq olurlar. Onların uşaq istəkləri, inadkar israrlı hərəkətləri erkən yaşlardan özünü göstərir, bu şıltaqlıqlar sonra var-dövlətə, dəbdəbə zənginliyə aludəçilik gətirir. Onlar bir tərəfdən maddi sərvətlərə yiyələnsələr digər tərəfdən çox bədxərc israfçı olurlar.

BUĞA əsl rəssamdır, artistdir. Yetkinlik üçün ona yalnız həyat təcrübəsi lazımdır, buna isə onun səbri çatar, o gözləməyi bacarır. BUĞA təbiətən melanxolikdir, tez-tez özünə qapılır, ona görə ciddi fikirlidir, düşünüb-daşınır, digər tərəfdən isə o, şən, diqqətcil həssas ola bilir.

Onlarla işbirliyinə girən adam bilməlidir ki, onları aldatmaq olmaz. Sizin sözünüzlə əməliniz bir olmalıdır. BUĞAlar belə şeyləri sanki bələkdən bilirlər. Bunu nəzərə almayan valideynlər onların gözündən düşə bilər. Məlum olmuşdur ki, belə uşaqlar erkən yaşlardan özlərinə pul yığmaq istəyir, müəyyən məqsədlə qənaət ehtiyat yaratmaq fikrinə düşürlər. İnamla demək olar ki, bütün BUĞAlar pul maddi dəyərlərlə bağlı işlərdə müvəffəqiyyət qazanırlar. Onların daxilində sanki radar qurğusu var, pul yaxşı qazanc olan yeri tez görürlər. Hər halda onların valideynləri arxayın ola bilər, qocalıqda pula görə korluq çəkməzlər. Belə uşaqların qəlbində yaxın doğmalara sədaqət yuva salır. Bəzən buraxdıqları yüngül səhvlərə baxmayaraq, onlar sevdiklərinə xəyanət etmirlər.

Qız-BUĞAlar erkən yaşda da olduqca cazibədar gözəl olurlar. Amma Allah eləməsin, onların xətrinə dəyəsən, yaxud hövsələdən çıxarasan, bu zaman onların qəzəbi tüğyan edir, belə hallarda onlar təhlükəli ola bilirlər.

BUĞAlar inam dünyagörüşlərini hələm-hələm dəyişmir. Öz fikirlərini isə bacarıqla, ləyaqətlə, bəzən qəzəblə müdafiə edirlər.

BUĞAlarda öz yaşayışını, gələcəyini qocalığını təmin etmək zərurəti illər keçdikcə artıb möhkəmlənir. Məqsədə çatmaq üçün onlar ən sadə, lakin sınanmış vasitələrdən istifadə edirlər. Başa düşmədiklərini sadəcə rədd edirlər. Onlar üçün özlərinin fikri müstəsna dərəcədə doğrudur, onlara özünəinam, səbat dönməzlik xasdır.

Onların ömür yolunu erkən yaşdan müəyyən etmək olar, bu yolun üstündə maddi dəyərlərə, ictimai fəaliyyətə, yaxud ədəbiyyat incəsənətə, elm tətbiqi sənətə meyl maraq durur. Gələcək peşə, sənət hobbilərini onlar bu sahələrdə seçirlər. BUĞAlarla qarşılaşanda nəzərə almaq lazımdır ki, onlar müsahibinin niyyətini o dəqiqə başa düşür, sən fikrini deyib qurtarmamış onların qərarı artıq hazır olur. Yadda saxlayın ki, onlar çox həssas olur, yaltaqlıq tərif onların xüsusilə xoşuna gəlir. Onlar səmimi vicdanlı, işgüzar münasibətlərdə etibarlı tərəfdaş olurlar.

Ən zərif yerləri - boyun, boğaz, ağız, udlaq, xirtdək, qalxanabənzər badamcıq vəziləri, alın boşluqları, eşitmə orqanları limfalardır. Geniş yayılmış soyuqdəymə, kataral, xüsusilə, yuxarı tənəffüs yollarının iltihabından xəstələnirlər. Cinsiyyət orqanları, uşaqlıq yolu xəstəliklərindən, şəkər, qastrit, ponos karlıqdan əziyyət çəkirlər.

Belə uşaqlara 9-11 yaş arasında xüsusi diqqət vermək lazımdır.

 

21 may-21 iyun arasında doğulan uşaqların xarakteri

 

Bu uşaqlar ƏKİZLƏRdir. ƏKİZLƏR olan yerdə həyat qaynayır, onlar hər şeyə maraq göstərir, civə kimi həmişə hərəkətdə olur, aləmi bir-birinə qarışdırırlar. Onları sakitləşdirmək, barışdırmaq olmur. Onlar bir dəqiqə belə sakit otura bilmir, ata-analarına, ətrafdakılara rahatlıq vermirlər.

ƏKİZLƏR təbiətən ikili xarakterdədir. Onlar bir tərəfdən həqiqi, praktik konkret olana, digər tərəfdən, ideya əqlin gücünə inanırlar. Onlar yaxşı müşahidəçidir, hərəkətlərində fəal, dinamik, işində çevik, diribaş olur, ona görə deyirlər ki, onların qızıl əlləri var. Onların ağlı iti genişdir, lakin hədsiz çox şeyə maraq göstərirlər, bu xasiyyət sonrakı illərdə onların əsəb sisteminə psixikasına mənfi təsir edir. Onlar tez-tez çıxılmaz vəziyyətlərə düşür, başladıqları işi çox vaxt axıra çatdırmırlar.

Təhsil təlimə, ünsiyyətə səthi münasibət, hisslərindəki ötərilik, ağılın emosiyalara üstün gələ bilməməsi onlara çox mane olur. ƏKİZLƏRə zəngin fantaziya, aydın canlı təsəvvürlər, kəskin ağıl hazırcavablıq, ixtiraçılıq qabiliyyəti xasdır. Müsahib kimi onların tayı yoxdur. Bir qayda olaraq onların iradəsi zəifdir, çox vaxt işlərini axıra çatdırmırlar, maneələr ki qədər istəsən var.

İxtilaf ziddiyyətlərdən, daxili dünyası ilə əsl həqiqət arasında gedən mübarizədən irəli gələn sarsıntılar həmişə ƏKİZLƏRə əzab verir. Bu cür uşaqlar gözəl yalan danışırlar. Bilə-bilə yox, sadəcə ona görə ki, onların beyni sonsuz arzularla, fantaziyalarla doludur. Oxumaq onlar üçün asandır. Lakin tez asanlıqla mənimsədikləri biliyi asanlıqla sürətlə unudurlar.

Təhsil sənət seçimində ƏKİZLƏRə təsir etmək çalışmaq faydasızdır, çünki bir qayda olaraq arzu niyyətlərini dəfələrlə dəyişirlər.

Heç bir rejim qaydaya tabe olmamaq üçün ƏKİZLƏR elə bir sənət seçir ki, orada sərbəst olsunlar, onları məcbur etməsinlər, işlərinə məhdudiyyət qoyulmasın. Onların gələcək fəaliyyət sahələri bunlardır: elm texnika, ədəbiyyat incəsənət, jurnalistika nəşriyyat işləri, poeziya musiqi, balet idman, tətbiqi sənət dizaynerlik.

Texnikada ƏKİZLƏRin həvəs göstərdiyi sahələr- atom kosmik texnikası, aviasiya gəmiçilik, rabitə, radio-televiziya, nəqliyyat s. Onlar gördükləri işlə peşəkarcasına məşğul olurlar.

Onlarla ünsiyyət yaratmaq üçün yumşaq rəftar yumor gərəkdir, onlara sərbəstlik verilməlidir.

Orqanizmlərinin ən zəif yeri- əlləri qollarıdır. Tənəffüs orqanları da xəstəliyə həssasdır. Xəstəlikləri nəfəs yollarının iltihabı, bronxit plevrit, əsəb sistemi ilə bağlıdır.

Digər xəstəlikləri: nevrasteniya nevralqiya, nevroz psixoz. Onlara müxtəlif maniyalar, fobiya (daimi xof), sayıqlama, epilepsiya, kleptomaniya (oğurluğa meyl), nitqin yaddaşın xarab olması da xasdır.

 

 

(ardı var)

 

 

Ədalət.- 2011.- 5 mart.- S. 14.