SƏN ÖZÜN
Tək məzarın çiçəklərlə bəzənib,
Qəmli əksin qara
daşa düzənib,
Hüzurunda baş əyilib,
diz enib
Arzulardın bu məzarı
sən özün.
Şərəfliydi mənə
adın, ismətin,
Ürək dolu sevgi oldu
qismətin,
Sən sevgidə vəfa
umdun, istədin,
Dünyanın ən vəfadarı
sən özün.
Görən
neyçün tale məndən öc aldı?
Bəla gəldi, naləm
ərşə ucaldı,
Desələr ki, Əli
yaman qocaldı,
Ağ saçların
günahkarı sən özün.
NƏYƏ LAZIM?
Onsuz da ölərəm
əyər "öl" desən,
Daha can öldürən
naz nəyə lazım?
Bir söylə,
yananın eşq atəşindən,
Qəlbin
dağlamağa köz nəyə lazım?
Niyə çevirirsən məndən üzünü,
Hanı
gülüşlərin, yardan küsdünmü?
Dünyaya bərabər
təbəssümünü
Görməzsə daha
bu göz nəyə lazım?
Ey könül,
yalvarma gəl sən canana,
Çox demə, dözərəm
hər bir cəfana.
Onsuz da inanmır sənin vəfana,
Sevirsən, ölsən də döz, nəyə lazım?
EDİM ETMƏYİM?
Görən, nə istəyir
bu Leyli məndən?
Bəlkə də
qalacaq gileyli məndən.
Çıxarmı Məcnun
tək "tüfeyli" məndən,
Mən onun dalınca gedim, getməyim?
Odu, atəşi
var dil-dodağında,
Hindu keşikçisi
ağ buxağında.
Olum atəşpərəst,
od marağında,
Bu odda, alovda itim, itməyim?
Unudub bu ötən
yaşımı hərdən,
Töküb ətəyimin
daşını hərdən,
Sıxaraq köksümə
başını hərdən,
Onu tumarlayıb öpum,
öpməyim?
Keçirib bu qədər
dərdi, ələmi,
Coşğun
duyğularım gərək öləmi?
Qalan ömrü verim
qara yeləmi?
Allah, bu günahı edim, etməyim?
GETDİ
Nə dedim ki, incik yara,
Qəhərlənib,
dolub getdi?
Dərin-dərin
xülyalara
Baş vurdu, qərq
olub, getdi.
İnciməzdi heç
bir zaman
Barışmağa
varmı güman?
Heç kimlə işi
olmayan,
Məni eşqə
salıb, getdi.
Qollarıma naz çatması
Gah qaçıb,
gah can atması
Məni bic-bic
aldatması,
Xatirimdə qalıb,
getdi.
Heç, doymadım o
çağlardan
Şeir istərdi
uzaqlardan
Daddım titrək
dodaqlardan
Bir an qanad çalıb, getdi.
Bu dərd
ki, azalan deyil
Bülbül kimi ötmə
dil-dil
Ələmi qəlbindən
niskil,
Neyləsin, qocalıb,
getdi.
ƏLİ ƏMİROV
Ədalət.- 2011.- 10 mart.- S. 6.