Nəsibə Zeynalovanın vəfatından
7 il ötür
Azərbaycan sənətsevərləri arasında
"Qaynana" kimi
sevilən, Milli Musiqili
Komediya teatrının inkişafında
müstəsna rol oynayan,
qırx ildən çox işlədiyi sənət
ocağının repertuar
ağırlığını ləyaqətlə çiyinlərində
daşıyan Nəsibə Zeynalovanın ölümündən
bu gün 7 il keçir. Aktrisa üçün rolun böyük-kiçikliyi önəmli deyildi, o ən kiçik hesab olunan obrazı belə yüksək səviyyədə
təqdim etməyi və sevdirməyi bacarırdı. Azərbaycan
tamaşaçısı onun ifasında ən
adi kolxozçu
obrazına da dəfələrlə baxmaqdan yorulmaz. Nəsibə
Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin
tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə
bağlıdır. "Hicran"da Qızbacı, "Ulduz"da Züleyxa
"Qaynana"da Cənnət
obrazları ilə xalqın ürəyində əbədi yer tutan, Nəsibə
Zeynalovanın yaradıcılıq potensialı nəinki teatr səhnəsində, kinoda
da böyük miqyasda açıldı.
"Bizim Cəbiş muəllim"
də daxil olmaqla "Ögey ana", "Böyük
dayaq", "Qanun naminə", "Bəyin
oğurlanması", "Mən mahnı qoşuram",
"Qorxma, mən səninləyəm", "Yuxu" və
bir neçə filmlərdə əsasən kiçik rollar
oynamasına baxmayaraq, hər bir obrazı yaddaqalan,
baxımlı etməyi bacarırdı. Nəsibə xanım
artıq həyatda olmasa da, Azərbaycan xalqının qəlbindən
onun adı heç vaxt silinməyəcək. Çünki o
hələ sağlığında ikən öz əbədiliyini
qazanmışdı. Xatırladaq ki, Xalq artisti Nəsibə
xanım Zeynalova martın 10-u, teatr günü
dünyasını dəyişib. Həyat onun adını teatrla
yanaşı yazdı.
Ədalət.- 2011.- 11 mart.- S. 8.