SENSASİYA

 

BƏŞƏRİYYƏT GERÇƏKLƏRİ NƏ VAXT BİLƏCƏK?..

 

(Əvvəli qəzetin 11 mart sayında)

 

Alim Pollakın özü öz sualını elə-belə kompüterə verməmişdi. Çünki bir müddət əvvəl bir sensasiyalı kəşf bütün dünyanı dolaşırdı: Yer üzündə mövcud olan bütün canlı orqanizmlər - bakteriyalardan tutmuş filədək, insan da daxil olmaqla bir bioloji koda malikdir. Ancaq həyatın əmələ gəlməsi təkamülü haqqında mövcud olan bütün nəzəriyyələrə görə bu, mümkün deyildi. Amma bu var. Hətta bir qədər cəsarətli ağıllar Yerdəki həyatın süni şəkildə əmələ gəlməsi kimi sərsəm bir ideyanı da irəli sürdülər. Guya hansısa "daha ağıllılar" təkamülün eksperimentlərini aparmaq üçün bizim planetdən təcrübə laboratoriyası kimi istifadə ediblər. Məhz buna görə belə balaca planetdə təbii şəraitdə bu qədər müxtəlif həyatlar əmələ gəlib. Amma deyəsən elm sahibləri nahaqdan bu fantaziyadan yazan həmkarlarına isteza ilə gülüblər.

Amerikalı astronavt Neyl Armstronq ilk dəfə Ay səthinin Yerdən görünməyən hissəsinə keçərkən elə şeyləri müşahidə etmişdi ki, hətta ona verilən ciddi təlimatı unudaraq mikrofona açıq mətnlə bunları söyləmişdi; "Kosmik gəmiləri görürəm! Onların sayı yəqin ki, iyirmi olar". Uçuşu idarə edən mərkəz bu məsələyə ani reaksiya verərək rabitəni kəsmişdi bundan sonra Armstronq yadplanetlilər haqqında bir daha kəkələməmişdi .

HAŞİYƏ: Ay səthində olmuş amerikalı kosmonavtlar Neyl Armstronq, Edvin Oldrin Maykl Kollinz qayıtdıqdan sonra NASA-nın açıqladığı məlumatlarda bildirilirdi ki, Neyl Armstronq 82 metr məsafə qət edərək təhqiqat aparmışdır. O vaxt jurnalistlərin - Aya qədər məsafəni qət etdikdən sonra belə az təhqiqatın niyə aparıldığı sorğusuna niyəsə Armstorq özü cavab göndərmişdi. Neyl bildirirdi ki, Ay səthinin işıqlanmış üzündə Selsi 93 dərəcə istilik olduğu üçün NASA sərinləşdirici skafandrın qədər effektli olacağından ehtiyat etmişdi. Bundan başqa, digər eksperimentlərin aparılması üçün kifayət qədər vaxtları qalmadığından onları başa vura bilməyiblər. Həqiqətdə Ay səthində nələrin baş verdiyini NASA bildirməsə 82 metr məsafənin kosmonavtlar tərəfindən qət edildiyi göstərilmişdi. Armstorqun qədəm basdığı məkan Ayın görünən üzünün üfiqi ola bilməzdimi? Əlbəttə, bu mübahisəsiz mümkün idi. onda Armstronqun 82 metr irəliləməklə Ay səthinin görünməyən hissəsinə keçməsində qeyri adi heç yox idi. Buna onlar üçün zaman da bəs edirdi. Qeyri-adi onun harayı, daha qeyri-adisi isə NASA-nın sükutuydu...

Lakin sonradan onun məşhur harayı ilə NASA razı olmadığını kifayət qədər yöndəmsiz şəkildə bildirmişdi. Amma fakt faktlığında qalırdı. Bütün bunlarla yanaşı Ayla bağlı həm çox uzaq keçmişə aid heyrətləndirici müəmmalar da özünü göstərməkdədir. İlk növbədə - Ayın özü nədir? O haradan gəib Yer üfiqində qərarlaşıb. Axı, bir çox mənbələr bildirirlər ki, hələ ən azı 20 min il əvvəl Ay yox imiş. Astronomların bir qrupu belə qənaətdədirlər ki, o, qalaktikanın dərinliklərindən "azaraq" gəlmişdir. Ola bilər ki, hansısa güclü kosmik qəza nəticəsində Ay öz orbitindən çıxaraq Yerin cazibə dairəsinə düşsün.

HAŞİYƏ: Əlbəttə, indi alimlər arasında ən çox yayılan nəzəriyyə belədir ki, Ay uzun əsrlər bundan əvvəl daha ağıllı varlıqlar tərəfindən Yerə yaxın gətirilən nəhəg "kosmik gəmi"dir. Maraqlıdır ki, bunun əksini daha elmi şəkildə göstərən faktlar, məlumatlar hələlik yoxdur. Hələ antik dövrün tarixçiləri, salnaməçiləri - Aristotel, Plutarx, romalı yazarlar Apolloni digərləri dağı ətəklərində - Arkadiyada yaşayan bir cəmiyyət (Proselenes) haqqında yazırdılar ki, onlar yaşadıqları yerə öz adlarını verdilər. Çünki onların (Proselenes) əcdadları bu yerlərdə hələ göy üzündə Ay görünməmişdən çox əvvəl yaşamışdılar. Başqa tarixi məxəzlərdə (Boliviya, Tiayanako şəhəri yaxınlığında, qədim Kalasassinin daxili divarlarında) göstərilir ki, Ay yer orbitinə ilk tarixi mənbələrdə göstərildiyi dövrdən təxminən 11,500 ya 13, 000 il əvvəl daxil olub. Bu da eramızdan çox əvvəllərə təsadüf edir... Bir sıra alimin bu fikri bölüşdüyünü nəzərə alsaq, Ayın nəhəg kosmik gəmi ya başqa bir cisim kimi Yer orbitinə sonradan daxil olduğunu ya daxil edildiyini iddia edən alimlərin fikirlərinə gülənlərə yalnız təəssüflənmək olar.

Astronomların bir qrupu belə qənaətdədirlər ki, o, qalaktikanın dərinliklərindən "azaraq" gəlmişdir. Ola bilər ki, hansısa güclü kosmik qəza nəticəsində Ay öz orbitindən çıxaraq Yerin cazibə dairəsinə düşsün.

Çox güman ki, faktın bu şəkildə izahı hər kəsi qane etmirdi. Çünki indiyədək astronomlar istənilən qədər "ünvansız" kometaların, metioritlərin varlığını bilsələr heç vaxt azmış planetə təsadüf etməyiblər. Belə bir planetin olması inandırıcı görünmür. Özü vulkanların tüğyan etdiyi "canlı" planet... Bəlkə "Ay idarə olunan kosmik gəmidir" kimi sərsəm ideya nahaqdan doğmayıb. Həmin iddiada bildirilir ki, bəlkə elə buna görədir, Ay elə bir orbitdə dayanaraq öz oxu ətrafında fırlanır ki, biz onun yalnız bir üzünü görə bilirik. Elə Armstronq da yad planetlilərin kosmik gəmilərini məhz bizim müşahidə edə bilmədiyimiz tərəfində görmüşdü. Bu faktlar müəyyən nəticəyə gəlməyə əsas vermirmi?

Ona görə bəhs etdiyimiz Ay səthindəki insan skleti çox sirli tarixçəyə malikdir. Axı belə bir fikir var ki, gerçəkdirsə, onun sirri yoxdur. Yəqin bunlara görədir ki, məşhur Mao Kan bütün dünyanın "malı" olan bu məlumatların, faktların indiyədək gizlədilməsinə görə okeanın o tayındakı məxfi xidmət orqanlarını sərt şəkildə günahlandırır. Mao Kan bildirib: "Belə qlobal sirlərin cinayətkarcasına gizlədilməsində amerikalılar iştirak edib. Onlar Ay səthində insan ləpirlərinin şəklini 20 il, insan skletininin şəkillərini isə daha da çox bir müddətdə insanlardan gizli saxlayıblar. Ay üzərində tapılanlar özü-özülüyündə heyrətamiz faktlardır". Belə bir məşhur elm adamının bu bəyanatı ABŞ-ın kosmik təhlükəsizlik xidmətlərinə böyük zərbə oldu. Onlar yaxalarından inadla yapışan jurnalistlərə bu faktlar haqqında izahat verməyi qəti olaraq rədd etdilər.

Onların kəşfiyyatçı ekspertlərindən biri hətta restoranda jurnalistlərin əhatisində çıxılmaz vəziyyətə düşəndən sonra uzun müddət gizlənməyə məcbur qalmışdı. Digər xidmət orqanların əməkdaşları da çinli alimin - NASA-nın əlində Ay səthində sklet yalın ayaq izlərini görüntüləyən 1000 fotoşəkil vardır - açıqlamasına da heç bir cavab vermədilər. Lakin ən maraqlısı budur ki, Birləşmiş Ştatların rəsmilərindən kimsə irəli sürülən bu ittihamlara izah, təkzib verdilər.

 

 

(Davamı 16-mart sayında)

 

BABƏK YUSİFOĞLU

 

Ədalət.- 2011.- 12 mart.- S. 13.