HEYDƏRBABAYA SALAM
(Bir parça)
Heydərbaba,
ildırımlar şaxanda,
Sellər, sular
şaqqıldayıb axanda,
Qızlar ona səf
bağlayıb baxanda,
Salam olsun şövkətüzə,
elüzə,
Mənim də bir adım gəlsin
dilüzə.
Heydərbaba, kəhliklərin
uçanda,
Kol dibindən dovşan
qalxıb qaçanda,
Baxçaların
çiçəklənib açanda,
Bizdən də bir
mümkün olsa yad elə,
Açılmayan ürəkləri
şad elə.
Bayram yeli çardaxları
yıxanda,
Novruz gülü, qar
çiçəyi çıxanda,
Ağ buludlar köynəklərin
sıxanda,
Bizdən də bir yad eləyən
sağ olsun,
Dərdlərimiz qoy dikəlsin,
dağ olsun.
Heydərbaba, gün
dalıvı dağlasın,
Üzün gülsün,
bulaqların ağlasın,
Uşaqların bir dəstə
gül bağlasın,
Yel gələndə, ver gətirsin
bu yana,
Bəlkə mənim
yatmış bəxtim oyana.
Heydərbaba, sənin
üzün ağ olsun,
Dörd bir yanın bulaq olsun,
bağ olsun,
Bizdən sonra sənin
başın sağ olsun,
Dünya qəzöv-qədər,
ölüm-itimdi,
Dünya boyu oğulsuzdu,
yetimdi.
Heydərbaba, yolum sənnən
gəc oldu,
Ömrüm keçdi, gələmmədim,
gec oldu,
Heç bilmədim gözəllərin
nec oldu,
Bilməz idim döngələr
var, dönüm var,
İtginlik var, ayrılıq
var, ölüm var.
Heydərbaba, igid əmək
itirməz,
Ömür keçər, əfsus
bərə bitirməz,
Namərd olan .ömrü
başa yetirməz,
Biz də vallah,unutmarıq
sözləri,
Görəmməsək,
halal edin bizləri.
Xəzan yeli yarpaqları
tökəndə,
Bulud dağdan yenib kəndə
çökəndə,
Şeyxül-İslam gözəl
səsin çəkəndə,
Nisgilli söz ürəklərə
dəyərdi,
Ağaclar da Allaha baş əyərdi.
Daşlı bulaq
daş-qumunnan dolmasın,
Baxçaları
saralmasın-solmasın,
Ordan keçən atlı
susuz olmasın.
Deynə, bulaq xeyrin olsun,
axarsan,
Üfüqlərə
xumar-xumar baxarsan.
Heydərbaba, dağın,
daşın, sərəsi
Kəklik oxur,
dalısında fərəsi,
Quzuların ağı, bozu,
qərəsi,
Bir gedəydim dağ-dərələr
uzunu,
Oxuyaydım "Çoban,
qaytar quzunu"
Heydərbaba, sulu yerin
düzündə,
Bulaq qaynar çay-çəmənin
gözündə,
Bulaqotu üzər suyun
üzündə,
Gözəl quşlar ordan gəlib
keçərlər,
Xəlvətləyib bulaqdan
su içərlər.
Biçin üstü
sünbül biçən oraqlar,
Elə bil ki, zülfü
darar daraqlar,
Şikarçılar
bildirçini soraqlar,
Biçinçilər
ayranların içərlər,
Bir huşlanıb, sondan durub
biçərlər.
Heydərbaba, kəndin
günü batanda,
Uşaqların şamın
yeyib yatanda,
Ay buluddan çıxıb
qaş-göz atanda
Bizdən də bir sən
onlara qissə de,
Qissəmizdə çoxlu qəmü
qüssə de.
Qarı nənə gecə
nağıl deyəndə,
Külək qalxıb
qap-bacanı döyəndə,
Qurd keçinin şəngülüsün
yeyəndə
Mən qayıdıb bir də
uşaq olaydım,
Bir gül açıb ondan
sora solaydım.
Əmməcanın bal bələlsin
yeyərdim,
Sondan durub üs donumu geyərdim,
Baxçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən
günlərim,
Ağac minib, at gəzdirən
günlərim.
Heydərbaba, kəndin toyun
tutanda,
Qız-gəlinlər həna,
piltə satanda,
Bəy gəlinə damnan
Mənim də o
qızlarında gözüm var,
Aşıqların
sazlarında sözüm var.
Heydərbaba, bulaqların
yarpızı,
Bostanların gülbəsəri,
qarpızı,
Çərçilərin
ağ nabatı, saqqızı
İndi də var
damağımda, dad verər,
İtikin gedən günlərimdən
yad verər.
Bayram idi gecəquşu
oxurdu,
Adaxlı qız bəy
corabın toxurdu,
Hər kəs şalın
bir bacadan soxurdu,
Ay nə gözəl
qaydadı şal sallamaq,
Bəy şalına
bayramlığın bağlamaq.
Şal istədim mən də,
evdə ağladım,
Bir şal alıb tez belimə
bağladım,
Qulamgilə qaçdım,
şalı salladım,
Fatma xala mənə corab
bağladı,
Xan nənəmi yada salıb
ağladı.
Bayram olub, qızıl
palçıq əzərlər,
Naxış vurub otaqları
bəzərlər,
Taxçalarda düzmələri
düzərlər,
Qız-gəlinin fındıqçası,
hənası,
Həvəslənər
anası, qaynanası.
Bakıçının
sözü, sovu, kağızı,
İnəklərin
bulaması, ağızı,
Çərşənbənin
girdəkanı, mövizi,
Qızlar deyər:
"Atıl-matıl. çərşənbə,
Ayna təkin bəxtim
açıl, çərşənbə"
Yumurtanı göyçək,
güllü boyardıq,
Çaqqışdırıb
sınanları soyardıq,
Oynamaqdan bircə məgər
doyardıq?
Əli mənə
yaşıl aşıq verərdi,
İrza mənə
növruzgülü dərərdi.
Heydərbaba, Nənəqızın
gözləri,
Rəxşəndənin
şirin-şirin sözləri
Türkü dedim, oxusunlar
özləri,
Bilsinlər ki, adam gedər,
ad qalar,
Yaxşı-pisdən ağızda
bir dad qalar.
Heydərbaba, dünya yalan
dünyadı,
Süleymandan, Nuhdan qalan
dünyadı,
Oğul doğan, dərdə
salan dünyadı,
Hər kimsəyə hər
nə verib alıbdı,
Əflatundan bir quru ad
qalıbdı.
Heydərbaba, yaru yoldaş
döndülər,
Bir-bir məni çöldə
qoyub çöndülər,
Çeşmələrim,
çıraqlarım söndülər,
Yaman yerdə gün
döndü, axşam oldu,
Dünya mənə xərabəyi-Şam
oldu.
Heydərbaba, göylər
bütün dumandı,
Günlərimiz bir-birindən
yamandı,
Bir-birizdən
ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən
alıblar,
Yaxşı bizi yaman günə
salıblar!
Bir uçaydım bu
çırpınan yelinən,
Bağlaşaydım
dağdan aşan selinən,
Ağlaşaydım uzaq
düşən elinən,
Bir görəydim
ayrılığı kim saldı?
Ölkəmizdə kim
qırıldı, kim qaldı?
Mən sənintək
dağa saldım nəfəsi,
Sən də qeytər,
göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb
bağırır,
Mürüvvətsiz
insanları çağırır.
Heydərbaba, qeyrət
qanın qaynarkən,
Qaraquşlar səndən
qopub qalxarkən,
O sıldırım
daşlar ilə oynarkən,
Qovzan mənim himmətimi
orda gör,
Ordan əyil, qamətimi darda
gör.
Heydərbaba, sənin
könlün şad olsun
Dünya varkən
ağzın dolu dad olsun,
Səndən keçən
Deynə mənim şair
oğlum Şəhriyar,
Bir ömürdür qəm
üstünə qəm qalar.
Heydərbaba, gəldim səni
yoxlayam,
Bir də yatam,
qucağında yuxlayam,
Ömrü qovam, bəlkə
burda haxlıyam,
Uşaqlığa deyəm:
bizə gəlsən bir,
Aydın günlər,
ağlar üzə gülsən bir!
Heydərbaba,
alçaqların köşk olsun,
Bizdən sora qalanlara eşq
olsun,
Keçmişlərim gələnlərə
məşq olsun,
Evladımız məzəhəbbin
danmasın,
Hər içiboş
sözlərə aldanmasın!
MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYAR
Ədalət.- 2011.- 12 mart.- S. 20.