SENSASİYA

 

BƏŞƏRİYYƏT GERÇƏKLƏRİ NƏ VAXT BİLƏCƏK?..

 

(Əvvəli qəzetin 12 mart sayında)

 

Digər mənbələrə istanad edilsə, başqa versiyalar da üzə çıxır: amerikalıların bu faktları gizlətməsinin strateji səbəbləri var. Nə qədər qeyri-adi səslənsə də artıq bəziləri belə hesab edir ki, NASA yadplanetlilərlə artıq əlaqə yarada bilib. İddialara görə, bu hələ "əməkdaşlıq" səviyyəsində olmasa da ilkin "təmaslar" şəklində mövcuddur. Əlbəttə, bu qədər qeyri-adi hadisələrin baş verdiyi ampuladan baxdıqda heç bu ehtimalın da yalan olduğuna inanmaq istəmirsən. Hər halda bütün versiyalar adi şəxslər tərəfindən deyil, alimlər tərəfindən irəli sürüldüyündən düşünməyə dəyər. Çünki heç qədim insanlara deyil, elə orta əsrlərdə yaşayan cəmiyyətə Ayda insan övladının gəzəcəyi söylənsəydi, heç şübhəsiz həmin kəslərə sərsəm, dəli kimi baxardılar. Elə indi deyilən bəzi versiyalara biz sayaqlamalar tək baxdığımız kimi...

HAŞİYƏ: Armstronqun Ay "səyahəti" ilə başqa bir versiya da səsləndirilir. Bildirilir ki, Neyl uçuşdan sonra qəflətən İslamı qəbul etmişdi. Və NASA rəhbərliyi bu məsələyə münasibət bildirməyi sevmirdi. Ayda kosmonavtla nə baş vermişdi? Kosmonavtlar Ay səthini müşahidə edərkən qəflətən Sakitlik dənizi üzərində qəribə iki dairəvi parıltı müşahidə etmişlər. Ay səthinə ayaq basarkən isə cəzbedici avaz eşitmişdilər və bu səs lentə də alınmışdı. "Rabbial ardzdini inda huizə kunaliym". Daha sonra "əşhədü ənna iləhə illəlləh, əşhədü ənnə Mühəmmədən - rəsulullah". Astronovtlar Yerə qayıtdıqdan sonra bir də lentlər dinlənilmiş, araşdırmalar aparılmış, NASA-nın məsul katibi Əl-Bəzlə məsləhətləşmələr keçirilmişdi. Və mütəxəssislər mətnin Qurani-Kərimdən Tanrı kəlamı olduğunu bildirmişlər. 14 ildən sonra, Neyl Armstronq 1983-cü ildə elmi konfransda iştirak etmək üçün Misirə gəlmişdi. İclas zamanı rəyasət heyətində oturan Armstronq qəflətən ağappaq ağarmışdı. O, bayırdan gələn azan səsini eşitmişdi və bunun Ayda duyduğu avazın təkrarı olduğunu etiraf etmişdi. Son dərəcə heyrətlənən Neyl onda belə demişdi: "... Ay Allah, mən Aya dualarsız ayaq basdım, amma indi dua edirəm ki, mənim də müsəlman olduğumu qəbul edəsən".

Təbii ki, bütün elmi dəlilləri, şəkilləri, təhqiqatın digər nəticələrini məxfi saxladıqlar kimi ABŞ hakimiyyəti həmin faktların da üzə çıxmasına heç cür razı ola bilməzdi. Və beləliklə, kosmonavtların Ayda şahidi olduqları əksər faktlar beləcə gizlədilmişdi. Hətta Armstronqun islamı qəbul etməsi xəbəri yayılandan sonra müxtəlif cür təkziblər dünyanı dolaşdı. Hətta kosmonavtın öz imzası ilə mətbuatda bunun belə olmadığı haqda məktublar da dərc edildi. Əslində amerikalıların bu qeyri-adi təzahürü təsdiq edəcəyini düşünmək də abdallıqdan başqa bir şey deyildi.

Bir qədər qəribə səslənsə də bu faktlarla yanaşı insan skleti ilə bağlı başqa real iddialar da var. Yuxarıda qeyd etdiyimiz kimi, müasir kosmik optik cihazlar ən xırda detalları belə müşahidə etmək, görmək imkanları yaradır. Və elə onlar da söylənən tarixçəni bir qədər də sirli edir və aydın olur ki, bunlar hələ heç də hamısı deyilmiş. Belə ki, Ay səthindəki skletin şəkillərinin araşdırmasından aydınlaşır ki, sklet böyük ehtimalla sağ olarkən cins paltarda imiş. Bunda başqa, skletin bəzi sümükləri də çatışmırdı. Bu da belə bir versiyaya yol açır: həmin varlıq öldürülüb, lakin bir müddət sonra Aya gətirilib. Mütəxəssislər belə hesab edir ki, əgər o, Ayda öldürülsəydi, (ölsəydi), onda yalnız sklet deyil, həmin şəxsin bütövlükdə cəsədi qalmalıydı. Bir az əvvəldə qeyd edildiyi kimi, Aydakı havasızlıq mühitində meyit toxumalarının çürüməsi mümkün deyil.

Belə olan təqdirdə fakt qeyri-adi, qəribə görünmürmü? Görünür. Əlbəttə, bununla bağlı çoxsaylı ehtimallar irəli sürmək mümkündür: yəni, bu ölmüş adam kimdir, Aya necə düşüb? Və sair suallar... Onda istər-istəməz Yerdən bir sıra insanların izsiz-tozsuz yoxa çıxması, kimlərinsə yad planetlilər tərəfindən oğurlanması haqda hər tərəfi bürüyən və hamının eşitdiyi söz-söhbətlər yada düşür. Amma bütün bunlar həmin sirrin açılmasına artıq yaxınlaşdığımıza dəlalət edirmi? Hər halda doktor Mao Kan bunlardan əmindir və həmin səbəbdən də fikirlərini bütün dünyaya açıq-aşkar elan etdi.

Mao Kan: "Mənim əlimdə elə sənədlər və məktublar vardır ki, onlar sübut edir: Ay səthindəki insana məxsus ayaq izləri təzədir və sklet mübahisəsiz olaraq insana məxsusdur. Mənim üçün sual tamam başqadır. İnsanın yalın ayaq izləri və insan skleti hansı yollarla Aya düşüb. Məncə bu belə izah oluna bilər, görünür burada yadplanetlilərin iştirakı vardır. Amma amerikalılar bütövlükdə insanlığa aid olan əllərindəki bütün məxfi materialları açıqlamayanadək əsl həqiqətləri bilməyəcəyik".

Əslində son dövrlər mütəxəssislər kosmik fəzada aşkarlanmış Yerin "oxşarı"ndan daha tez-tez danışmağa başlayıblar. Haradansa siqnalların da alındığı tez-tez müşahidə edilir. Alimlər onsuz da belə qənaətdədirlər ki, kainatda mövcud olan saysız-hesabsız planetlərin, ulduzların sırasında yalnız Yerdə həyatın mövcudluğunu düşünmək absurddur. Burada yeganə məsələ həmin planetlərdən hansı yollarla, hansı vasitələrlə bizim planetimizə qədər gəlmələridir. Əslində burada da təəccüblü heç nə yoxdur. Çünki bu da elmi-texniki nailiyyətlərdən asılıdır. Və kosmosun öyrənilməsini həyata keçirən alimlərin kəşf etdikləri yeni planet haqqında məlumatları çox maraqlıdır. Mütəxəssislər yerin oxşarının tapıldığını bildirirlər. Və NASA astronomları da haqqında söhbət açılan, Qlis-581-g adlandırılan bu planetin mövcudluğunu təsdiqləyib. Onlar bildirirlər ki, həmin planet Günəş sistemindən kənarda qərarlaşsa da oradakı temperatur həyat üçün yararlıdır.

Duq Xadqins bu haqda daha dəqiqləşdirilmiş məlumatları açıqlayıb: "Qlis-581-g-nin orbiti təqribən 37 gün təşkil edir. Bu məlumat da, yəni 37 güünlük müddət onun hərarətverici və işıqlandırıcı ulduza çox yaxın olmasına dəlalət edir. Bu da Qlis-581-g-nin hədsiz isti olması fikrini ortaya qoyur. Amma əslində heç də belə deyil. Onun günəşi "Bizim günəşimizdən" daha kiçik ölçülərə, daha az istiliyə malikdir ki, Qlis-581-g planetin istilik alması üçün ona daha yaxın olması şərtdir". Havay adalarında yerləşən təhqiqat mərkəzində çalışan alimlər bu cür axtarışla 11 ildir məşğuldur. Müəyyən olunub ki, Qlis-581-g Yerdən çəmi 20 işıq ili uzaqlıqdadır. Yer kimi bərk struktura malikdir. Və həmin planetin həcmi bizim planetimizdən 2 - 4 dəfə böyükdür. Qlis-581-g-nin üzərindəki hərarət təxminən - 31 və - 12 dərəcə Tselsi arasındadır. Bu da orada suyun donmuş və maye halda mövcud olduğu ehtimalına əsas yaradır. Hələlik həmin planeti Yerdən fərqləndirən ən başlıca əlamət onun yalnız bir üzünün günəşə sarı hərəkət etməsidir. Yəqin ki, Mao Kanın bildirdiyi kimi əsl həqiqətlər aydınlığa çıxandan sonra bir çox sirrlərdən insanlıq xəbərdar olacaq.

 

 

Babək Yusifoğlu

 

Ədalət.- 2011.- 16 mart.- S. 5.