ÖNDƏDİR HƏLƏ
(Nahid Hacızadənin 75 illiyinə həsr olunub)
Qayən bulaqların suyundan təmiz,
Özün dost-doğmasan daim əzizsən.
Ədib-dramaturq
Hacızadəmiz,
Şair təbiətli
Nahidimizsən!
Çətin suallardır
həyat dərs kimi,
Tərs kimi intizar, qəm
payın da var.
"Yalçın
qayalarda qalan səs" kimi,
Göylərə ucalan
harayın da var.
Çağırır
Savalan dağı da səni,
Təbriz, Arazın o
tayı gözləyir.
Ömrün
qarşıdakı çağında Səni
Nəvən Yasəmənin
toyu gözləyir.
Cütbaşlı əjdaha
gərək əzilsin,
Sabun
köpüyüdür şər, böhtan, hədə.
Vətəni tərk
edən oğullar bilsin:
Çoxdur cəngavərlər
Gədəbəydə də.
"Məhəbbət"
- işıqlı əqidə, məslək:
"Məhəbbət"
- od, alov, əbədi şölə!
Nahid, bu bayrama
gümüş söyləsək,
Qızıl yubileyin
öndədir hələ!
Oqtay RZA
Ədalət.- 2011.- 16 mart.- S. 6.