MEDALA GEDƏN YOL...

 

"İpək yolu" Beynəlxalq Boks Turniri başa çatdı

 

Artıq Azərbaycan neçə illərdir ki, mötəbər idman yarışlarına ev sahibliyi edir. Bu da təsadüfi deyil. Çünki məmləkətimizdə təşkil olunan müxtəlif növ idman turnirlərinin təşkilindən iştirakçılar razılıq edirlər. Ən azından ona görə ki, mötəbər turnirlərdə yarışlarda iştirakçı dövlətlərin idmançıları üçün hər cür şərait yaradılır, onların istirahəti, məşqləri diqqət mərkəzində saxlanılır. Təbii ki, bu da iştirakçı dövlətlərin idmançılarının razılığına səbəb olur.

Martın 7-dən 12-nə kimi Bakı İdman Sarayında "İpək yolu" Beynəlxalq Boks Turniri keçirilib. Elə burda da əsas məqsəd boks üzrə keçirilən yarışda hansı ölkənin idmançılarının güclü olmasına bir daha aydınlıq gətirilməsi idi. Mötəbər yarışda 7 ölkənin, o cümlədən Azərbaycanın, Rusiyanın, Türkiyənin, Qazaxıstanın başqa məmləkətlərin boksçuları iştirak edirdilər. Mütəxəssislərin hesablamalarına görə, bu görüş çox maraqlı gərgin keçməli idi. Məhz gözlənilən proqnozlar da rinqdə boksçuların görüşü zamanı bir daha özünü təsdiq etdi. Ona görə ki, rinqə çıxan hər bir boksçu qələbə uğrunda mübarizə aparmağa döyüşü uğurla başa çatdırmağa can atırdı. Düzdür, Rusiyanın Qazaxıstanın boksçuları daha təcrübəli, texniki taktiki cəhətdən ustalıq nümayiş etdirirdilər. Amma bu o demək deyildi ki, digər ölkələrin boksçuları rinqdəki döyüş zamanı inamsız mübarizə aparmalı idi. Mütəxəssislərin əvvəlcədən bu döyüşlərin bayaq dediyimiz kimi, maraqlı gərgin keçməsi ilə bağlı fikirləri döyüşdən-döyüşə özünü göstərməyə başladı.

Əlbəttə, həmişə idman sarayına toplaşan azarkeşlərin alqışları yerli komandanın boksçularını daha çox ruhlandırır. Elə bu beynəlxalq turnirdə bokssevərlər idmançılarımızı tək qoymadılar. Yəni hər dəfə rəqiblə döyüşməli olan boksçularımız azarkeşlər tərəfindən ruhlandırıldı. Azərkeşlərin bir ağızdan "qələbə, qələbə, qələbə" deyə hayqırması sanki rinqdə döyüşən boksçulara yeni bir qüvvə verirdi. Ətrafına göz gəzdirən Azərbaycan boksçuları alqışlandıqlarını görəndə daha inamlı döyüşməyə başlayırdılar. Məhz buna görə "İpək yolu" Beynəlxalq Boks Turnirində Azərbaycan boksçuları 3 qızıl, 6 gümüş 6 bürünc medal qazanıblar. Bu medalların qazanılması heç asanlıqla əldə edilmədi. Yəni hər bir medal uğrunda boksçularımız ilk görüşdən finala qədər inamla döyüşüblər. Daha doğrusu, onlar medala gedən yolda heç bir əziyyətdən çətinlikdən qorxmayaraq son saniyəyə qədər döyüşə biliblər. Boksçularımızdan Tural Əhmədov (52 kq), Vətən Hüseynli (75 kq), Anar Cəfərov ən yüksək pilləyə qalxaraq qızıl medala layiq görülüblər. Rəhim Nəcəfov (56 kq), Emil Əhmədov (69kq) isə gümüş medal qazanıblar.

Azərbaycan Boks Federasiyasının birinci vitse-prezidenti, professor, millət vəkili Ağacan Abiyev deyir ki, "İpək yolu" Beynəlxalq Boks Turnirinin Bakıda keçirilməsi özü bir böyük tədbirdir. Çünki bu cür beynəlxalq turnirlərin yarışların Azərbaycanda təşkil edilməsi ilk növbədə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artırır, ona inam çoxalır. Məhz bu mənada Bakıda keçirilən müxtəlif beynəlxalq turnirlər ölkəmizin imicinə müsbət təsir edir. Təbii ki, ilk növbədə ölkəmizə yaranan maraq burda idmanın sürətlə inkişaf etməsi onun inkişafına prezident səviyyəsində göstərilən qayğı ilə bağlıdır. Bir çox beynəlxalq idman təşkilatları yaxşı bilirlər ki, dövlət başçısı İlham Əliyev idmanın inkişafına böyük qayğı göstərir. Beynəlxalq təşkilatların prezidentləri nümayəndələri Azərbaycana Bakıya gəlib şəraiti görəndən sonra razı qalırlar. Elə bu razılığın nəticəsidir ki, sonradan beynəlxalq idman təşkilatları mötəbər turnirlərin ölkəmizdə keçirilməsinə razılıq verirlər. Bu mənada "İpək yolu" Beynəlxalq Boks Turniri yetərincə yüksək səviyyədə təşkil edilmiş burda idmançıların hərtərəfli istirahəti, məşq etməsi üçün şərait yaradılmışdır. Bir sözlə, Bakıda keçirilən beynəlxalq boks turnirindən həm qonaqlar razı qalıb, həm iştirakçılar. Deməli, hər bir beynəlxalq turnir həm ölkələr arasında dostluq əlaqəsi yaradır, həm idmançıları bir-birinə daha da yaxınlaşdırır. Bir fikri xüsusilə qeyd edim ki, Azərbaycan boksçuları bu turnirdə kifayət qədər yaxşı nəticələr qazanıblar. Bu da yay ayında Azərbaycanda keçiriləcək boks üzrə yeniyetmələrin dünya çempionatına hazırlıq deməkdir. Mən boksçularımızın bundan sonra da yeni-yeni uğurlar qazanacağına böyük inam bəsləyirəm.

Hər bir qələbə gərgin məşqlərdən çətin döyüşlərdən keçir. Gərək hər bir idmançı rinqə çıxmamışdan öncə bu gərgin məşqlərə çətin döyüşlərə tab gətirməlidir ki, beynəlxalq turnirdə döyüşərkən qələbə qazana bilsin. Qələbə qazanmağın bir yolu da hər bir boksçunun məşqçini axıra qədər dinləməyindən asılıdır. Əgər boksçu məşqlər zamanı müəlliminin göstərişlərini tamamilə yerinə yetirə bilirsə, onun rinqdə qələbə qazanması o qədər çətin olmur. Sadəcə olaraq, boksçu rinqə çıxarkən özünə inanmalı son saniyəyə qədər rəqibi ilə döyüşməyi bacarmalıdır.

  

  

Faiq QİSMƏTOĞLU

 

Ədalət.- 2011.- 16 mart.- S. 8.