Bakıda konfrans keçirildi
Bakıda Azərbaycan
Sığortaçılar Assosiasiyası (ASA) və Maliyyə
Nazirliyinin təşkilatçılığı ilə
"Azərbaycan sığorta bazarı: problemlər və
perspektivlər" mövzusunda konfrans keçilib.
"APA-Economics"in məlumatına görə, ASA
Direktorlar Şurasının sədri Azər Əliyev
konfransın keçirilməsində əsas məqsədin
biznes təşkilatlarının rəhbərləri, həmçinin
dövlət qurumlarının rəsmilərinin diqqətinə
sığorta institutlarının fəaliyyətinin vacibliyini
çatdırmaqdır.
A.Əliyev bildirib ki,
"Azərbaycan sığorta bazarı: problemlər və
perspektivlər" mövzusunda keçirilən konfrans
ölkədə sığortanın təbliğinə dair
atılan ilk ciddi addım kimi qiymətləndirilir: "Bundan əvvəl
sığorta sahəsinə dair digər tədbirlər də
keçirilib, lakin bu konfrans birbaşa olaraq
sığortaçıların özlərinə istiqamətlənib".
Tədbirdə Milli Məclisin
iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə
sığorta sahəsinin inkişafı üçün Azərbaycanın
əlverişli investisiya mühiti olan ölkəyə
çevrildiyini bildirib. Əhali tərəfindən Azərbaycanda
sığorta şirkətlərinə olan inam daha da
artıb. Lakin digər sahələrdə olan inkişaf
sığorta sektorunda hiss olunmur. Bu sektorun
inkişafını sürətləndirmək
üçün ilk olaraq əhalini sığorta sahəsi ilə
bağlı maarifləndirmək lazımdır. "Mövcud
vəziyyətə nəzər salsaq görərik ki, əhalinin
maarifləndirilməsi işləri aşağı səviyyədədir.
Sığorta biznesinin inkişafı üçün ən
vacib məsələlərdən biri cəmiyyətin maarifləndirilməsidir",
- deyə millət vəkili bildirib.
Z.Səmədzadənin
sözlərinə görə, Azərbaycan üçün
illik 200 mln. dollarlıq sığorta haqqının
toplanması olduqca azdır: "Çətinliklər
mövcuddur, rəqabət aparılır, müştəri cəlb
etmək problemi yaranıb. Lakin buna baxmayaraq, sığorta
şirkətləri və aidiyyatı qurumlar tərəfindən
maarifləndirmə işləri həyata keçirilməlidir".
Tədbirdə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti
Xidmətinin rəisi vəzifəsini icra edən Namiq Xəlilov
"Azərbaycanda sığorta qanunvericiliyi və
sığorta nəzarəti" mövzusunda geniş təqdimatla
çıxış edib.
Ədalət.- 2011.- 17 mart.- S. 6.