Əbülfəs Qarayev azərbaycanlı aktyora fəxri fərman təqdim etdi

 

Mədəniyyət Turizm Nazirliyində "Hollivudun Gənc Aktyorlar Mükafatı"na layiq görülmüş gənc aktyor Timur Oduşev "Sahə" bədii filminin yaradıcı kollektivi ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, görüşdə nazir Əbülfəs Qarayev "Hollivudun Gənc Aktyorlar Mükafatı"nın film sənayesində gənc aktyorlara verilən ən yüksək mükafat hesab olunduğunu bildirib. Son illər ölkəmizdə kino sahəsində baş verən canlanmanı yüksək qiymətləndirən nazir vurğulayıb ki, qazanılan uğurlar Azərbaycan kinosunun böyük gələcəyindən xəbər verir.

Hazırda Bakı Xoreoqrafiya Məktəbinin 2-ci kurs tələbəsi olan Timur Oduşev ilk dəfə çəkildiyi filmin müxtəlif ölkələrin qatıldığı belə bir möhtəşəm müsabiqədə uğur qazanacağını heç ağlına belə gətirmədiyini söyləyib. Görüşdə Əbülfəs Qarayev Timur Oduşevə Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanını təqdim edib.

 

 

Ədalət.- 2011.- 31 mart.- S. 2.