TÜRKSOY-un Vaşinqtonda böyük konserti
Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı TÜRKSOY Birləşmiş Ştatlarda
Novruz şənlikləri
çərçivəsində Vaşinqtonda böyük konsert təşkil edib. Milli.Az xəbər portalı
"Amerikanın səsi"nə
istinadən bildirir ki, şəhərin tarixi Linkoln teatrında təşkil edilmiş konsertdə türk xalqlarını təmsil edən 140-dan çox incəsənət
ustası iştirak edib. Novruz konsertində Azərbaycan,
Qazaxıstan, Qırğızıstan,
Türkmənistan və
Türkiyə ilə yanaşı Ukrayna və Rusiya Federasiyasının bir sıra bölgələrini
təmsil edən sənət ustaları çıxış edib.
Vaşinqtondakı konsertə ABŞ Azərbaycanlılarının
şəbəkəsi USAN və
Qarabağ Fondu da sponsorluq edib. TÜRKSOY-un təşkil etdiyi konsert proqramlarının əsas məqsədi Avrasiyadakı türk xalqlarının ümumi mədəni birliyinin dəstəklənməsi və
gücləndirilməsindən ibarətdir. Vaşinqtondan
öncə türk xalqlarının incəsənət
ustaları Nyu-Yorkda
BMT-nin Baş
Assambleyası və Nyu-Yorkun mərkəzi meydanında konsert proqramı ilə çıxış ediblər.
Ədalət.- 2011.- 31 mart.- S.
8.